Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kreyq Barret
Kreyq Barret (ing. Craig R. Barrett; 29 avqust 1939, San-Fransisko, Kaliforniya) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Intel" korporasiyasının dördüncü icraçı direktoru (1998–2005). == Həyatı == Kreyq Barret 29 avqust 1939-cu ildə San-Fransisko şəhərində anadan olmuşdur. O, orta məktəbdə təhsil aldığı dövrdə fizika və riyaziyyatla yaxından maraqlanır. Kreyq 1957-ci ildə Stenford Universitetinə daxil olur. Orada bakalavriatura və magistratura pillələri üzrə təhsilini tamamlayan Barret, 1964-cü ildə materialşünaslıq sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülür. Bundan sonra universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır. 10 il Materialşünaslıq və mühəndislik elmləri fakültəsində dərs deyir, adyunkt-professor olur. == "Intel" == 1974-cü ildə Kreyq Stenford Universitetindəki işini tərk edərək "Intel" şirkətində çalışmağa başlayır. O, korporasiyada texnologiyaların inkişafı üzrə menecer vəzifəsinə təyin olunur.
Qarret Hobart
Qarret Hobart — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 24-cü vitse-prezidenti.
Rozanna Arket
Rozanna Loren Arket (ing. Rosanna Lauren Arquette, 10 avqust 1959[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı aktrisa, film rejissoru və prodüseri. 1977-ci ildə aktrisa kimi fəaliyyətə başlamışdır.
Natan Styüart-Carret
Neytan Lloyd Stüart-Carrett (ing. Nathan Lloyd Stewart-Jarrett, 4 dekabr 1985) — Böyük Britaniya aktyoru. "Misfits" serialında canlandırdığı Curtis Donovan roluna görə tanınır. Natan 1985-ci ildə anadan olub. Gənc yaşlarında incəsənət ilə maraqlanıb. Daha sonradan akytorluq ilə məşğul olmağa başlayıb. 2006-cı ildə London şəhərində yerləşən Nitq və Drama Mərkəzi Məktəbi universitetinin məzunu olub. Bundan sonrakı illərdə teatrlarda çalışıb. 2007-ci ildə televiziyada ilk rolunu BBC One telekanalında yayımlanan Casuality verilişində alıb. Daha sonradan daha bir neçə verilişdə işləyən Natan 2009-cu ildə Misfits serialında çəkilməyə başlayır.
Neytan Stüart-Carret
ARCNET
ARCNet (ing. Attached Resource Computer NETwork) — geniş yayılmış şəbəkədir. Lokal şəbəkənin sadə, ucuz, etibarlı və kifayət qədər qıvraq arxitekturasıdır. Ötürücü mühit kimi burulmuş cüt, koaksial və optik-lifli kabellərdən istifadə edilir. Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/s-dir. ARCNet şəbəkəyə qurğuların qoşulmasında şin və ulduz topologiyalarının xüsusiyyətlərindən istifadə edilir.
Abrest
Abrest (fr. Abrest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03001. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2659 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1648 nəfər (15–64 yaş) arasında 1153 nəfər iqtisadi fəal, 495 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,0%, 1999-cu ildə 70,2%) idi. Fəal 1153 nəfərdən 1045 nəfər (571 kişi və 474 qadın), 108 nəfəri işsizdir (65 kişi və 43 qadın). Aktiv olmayan 495 nəfər arasında şagird və ya tələbə, 177 nəfər pensiyaçı, 186 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Alget
Məscidli Gorarxı (3 avqust 1959-cu ildən: gürc. ალგეთი: algeti) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Məscidli Gorarxı" adlandırırlar. Məscidli Gorarxı adlandırılmasının səbəblərindən biri başqa Gorarxı adında ərazinin olması ilə əlaqədardır. Daha çox "Qanlı Gorarxı adı ilə də tanınır. Ancaq "Qanlı Gorarxı" dedikdə nəinki yalnız "Alget" həmçinin digər dörd kənd də (Təzəkənd, Əzizkənd, Haciisəkənd, Sabirkend) nəzərdə tutulur. == Əhalisi == 17–24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 5.017 nəfər (2.498 nəfəri kişilər, 2.519 nəfəri qadınlar) əhali yaşayır.
Alqet
Alqet Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı. Alqet Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Alqet - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Suxumi dairəsində Alqat kənd və Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı. Azərbaycanda Xanqet dağ adı ilə müqayisə oluna bilər. (Aşıq Alıda: Əyricə, Versdağı, Xanget buxarı, Ağ sürülər Sarıyaldan yuxarı). == Həmçinin bax == Tiflis quberniyası == Xarici keçid == anl.az/down == İstinad == <B.Ə.Budaqov, Q.Ə.Qeybullayev.
Aprel
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.r XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Arbat
Rusiya
Arceş
Arçeş (rum. Râul Argeș) — Rumıniyada çay Dunay çayının sol qolu.Uzunluğu 335 km Hövzəsinin sahəsi 12400 kvkm. Cənubi Karpat dağlarında Fegeraş massivindən başlanır. Taxta-şalban axıdılır. Oltenitsa şəhəri Arceş çayınin sahilində yerləşir.
Arcut
Arçut (rus. Арчут) — Pəmbək mahalında, indiki Quqark rayonunda kənd. == Tarixi == Arçut İrəvan quberniyasının Pəmbək mahalında, Böyük Qarakilsə şəhərindən 6 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində Arçut kimi qeyd edilmişdir Toponim artuç (ardıc) bitki adı əsasında yaranmışdır. Fitotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası və iqlimi == Kəndi Arçut çayı 2 bölür.Bazum daglarının ətəyində yerləşir.Soyuq kontinental iqlimi var yayi +18,+28 qışı +4,-25 dərəcə olur. == İqtisadiyyatı == Əkinçilik və heyvandarlıq daha geniş yayılıb. Tikiş fabrikasında 1230 nəfər işçi olub. 2240 nəfər basqa yerlərdə işləyənlər olub.
Ardea
Əsl vağ (lat. Ardea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Arhat
Arhat (sanskritcə: ləyaqətli, hörmətli, məşhur) — buddizmdə "nirvanaya daxil olmağa layiqli" olan; Budda müqəddəsi, ilk dəfə Budda Şakyamuni özünü arhat adlandırmış, ondan sonra şagirdləri va ardıcılları da bu adı ("Buddadan sonrakı Buddalar") daşımışlar. Hinayana məktəblərində, xüsusilə therevadada arhatliq ruhani kamilliyinin yüksək pilləsidir; arhat həyatını başa vurduqdan sonra bir daha yenidəndoğulma vərhələsini yaşamır, birbaşa nirvanaya keçir. İnsan təbiətinin bütün qeyri-kamilliklərindən, "mən" haqqında yanlış fikirlərdən tam azad olmuş arhat (kişi, yaxud qadın) üçlü biliyə (özünün əvvəlki doğulmaları, başqa şəxslərin doğulmaları və əqli pozuntunun aradan qaldırılması haqqında) malikdir. Mahayana ədəbiyyatinda arhatlarin "Budda torpaqlarında (buddha-kşetra) yaşamasında bəhs olunur. Mahayana ikonoqrafiyasında arhatın təsvirinə tez-tez rast gəlinir: məsələn, "Budda 16 böyük arhatın əhatəsində" adlı məşhur əsərdə.
Ariel
Ariel (Uranın peyki)
Ariete
İstehsalçı ölkə: İtaliya
Arjen
Arjen (fr. Argein) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09014. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15–64 yaş arasında) 66 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 69,1%). Fəal olan 66 nəfərdən 52 nəfəri (26 kişi və 26 qadın), 14 nəfər işsiz (9 kişi və 5 qadın) idi. 28 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
ARETN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Abrek
Abrek (ləzg. гъабрикI) — Çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə aparan şəxs. Abreklər sadə insanların zülmdən qurtarması uğrunda mübarizə aparmışlar. Əsasən dağlarda, bəziləri də şəhərlərdə həyatlarını təhlükə altında qoymaqdan çəkinməyərək rus kazakları ilə vuruşmuşlar. == Etimologiya == "Abrek" sözü iki hissəyə bölünür. Ab (ləzg. гъаб) yəni bir ovuc və ürək mənasında istifadə olunan rek (ləzg. рикI), bu söz ürəkli yənı cəsur kimi tərcümə edilə bilər. == Məşhur abreklər == == Qeydlər == == Ədəbiyyat == Малая Советская Энциклопедия. Том первый.
Arkey
Arkey — Fransanın İle-de-Frans regionunda yerləşən Val-de-Marn departamentindəki kommunadır. Kommunanın əhalisi 2018-ci il yanvarın 1-nə olan statistik məlumatlara əsasən 21 727 nəfər təşkil edir.
Arnem
Arnem (aşağı almanca: Ernem, almanca: Arnheim) Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır. Şəhər əvvəllər Sint-Jansbeek çayının sahilində yerləşirdi, lakin sonralar ərazisi böyüyərək "Nederrijn çayı"nın hər iki sahilinə qədər genişlənmişdir. Arnhemin şəhərin sərhədləri daxilindəki əhalinin sayı 159,265 nəfər (2019-cu ildə əhalinin ümumi siyahıyaalınmasının statistik məlumatlarına əsasən) olaraq müəyyən edilmişdir. Şəhər metropoliya regionu olaraq "Stadsregio Arnhem Nijmegen" metropoliya şəhərinin şimal hissəsini təşkil edir. Bu metropoliya regionunun əhalisinin sayı 722,181 nəfər (2010-cu ildəki əhalinin siyahıya alınmasının statistik məlumatlarına əsasən) təşkil edir. Bu statistik məlumat nəzərə alınarsa, Arnhem metropoliya şəhəri Hollandiyanın XV ən böyük şəhəridir. == Tarixi == Arhem şəhərinin tarixi orta əsrlərə qədər gedib çıxır. Arnhem 1233-cü ildə Zutfen qraflığından şəhər olmaq hüququ əldə etmişdir. 1850-ci ildə cəmi 9000 nəfərlik əhalisi olan şəhər qərbi Hollandiyanın varlı adamlarının hesabına populyarlıq qazanmışdır. == Coğrafiyası == Arnhem Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır.
Admet
Admet (q.yun. Ἄδμητος) — qədim yunan mifologiyasında Fesaliyadakı Fer kralı Feret və Periklimanın oğlu. "İliada"da (II 714 və s.) adı çəkilir. Kalidon ovunun və arqonavtların yürüşünün iştirakçısıdır. Peli üçün dəfn oyunlarının iştirakçısı olmuş, yumruq döyüşlərində yarışmışdır.