Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zamfir Arbore
Zamfir Arbore (rum. Zamfir Ralli-Arbore; 14 noyabr 1848, Çernovtsı – 2 aprel 1933, Buxarest) — Rumıniyalı sosialist, ictimai fəal və publisist idi. O, həmçinin etnoqraf, coğrafiyaçı və həvəskar tarixçi kimi tanınıb. == Bioqrafiya == Moldovanın Dolna kəndinə sahib olan, Yunan mənşəli ailədən idi. Ailənin əfsanəsinə əsasən, onun atası Konstantin (1811-56), Arbore qədim boyar nəslinin nümayəndəsi tərəfindən götürülmüş və nəticədə "Ralli" familiyasını qəbul edərək "Arbor-Rally" olmuşdur. Kişinyov gimnaziyasında, Sankt-Peterburq Tibb-Cərrahi Akademiyasında və Moskva Universitetində (qısa) təhsil almışdır. 1868-1869-cu illərdə Sankt-Peterburqda çıxış edən şagirdlərin rəhbərlərindən biri idi. Buna görə o, 1869-cu ildə polis nəzarəti altında Bessarabiya əyalətinə sürgün olundu. Eyni ildə yenidən Kişinyov şəhərində həbs olunub, Peterburq şəhərinə aparılır və Peter və Paul qalasında həbs edilir. S. Q. Naçayevin işi ilə əlaqədar istintaqa cəlb olunaraq, 1870-ci ildə sərbəst ifadə vermiş və azad buraxılmışdır.
App Store
App Store — proqramlar mağazasıdır, iTunes Store onlayn-supermarketinin bölməsi, iPhone mobil telefonları, iPod Touch pleyerləri və iPad planşetləri üçün müxtəlif əlavələri özündə saxlayan mağazadır. Proqramların bir hissəsi ödənişli, bir hissəsi də pulsuzdur. == Mağaza haqqında == App Store - iPhone və iPod Touch üçün 900 mindən çox proqram təklif edir, iPad üçün təxminən 375 min (12 iyun 2013), ümumi yükləmələrin sayı 50 milyardı örtmüşdür. İstifadəçi bazası 575 milyon userdən ibarətdir. Proqramlar kateqoriyalardan təşkil olunub.
Asoru dili
Asoru dili və ya Yeni Asoru Arami dili Sami dil ailəsinə mənsubdur. Təxminən 220 min insan tərəfindən danışılmaqdadır və Asoru xalqının İranın Qərbi Azərbaycan ostanında, Türkiyənin Hakkari əyalətində, İraqda, Suriyada ,Ermənistanda və Gürcüstanda danışdığı dildir.
Jake Short
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Madlen Astor
Madlen Astor (ing. Madeleine Astor; 19 iyun 1893, Bruklin, Nyu-York ştatı – 27 mart 1940) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri. Yakob Astorun həyat yoldaşı. Titanik gəmisindən sağ qurtulmuşdur. Lakin həyat yoldaşı gəmidə batmışdır.
Medelin Astor
Madlen Astor (ing. Madeleine Astor; 19 iyun 1893, Bruklin, Nyu-York ştatı – 27 mart 1940) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri. Yakob Astorun həyat yoldaşı. Titanik gəmisindən sağ qurtulmuşdur. Lakin həyat yoldaşı gəmidə batmışdır.
Nensi Astor
Nensi Viçer Lenqhorn Astor, Vikontessa Astor (ing. Nancy Witcher Langhorne Astor, Viscountess Astor; 19 may 1879[…] – 2 may 1964[…]) — Böyük Britaniya İcmalar palatasının ilk qadın üzvü == Bioqrafiya == Amerikalı milyonçu Çizuell Lenqhornun qızı. Gənc yaşında ilk həyat yoldaşı ilə boşandıqdan sonra Böyük Britaniyaya köçmüşdür orada sənayəçi sülaləsindən olan media-maqnat Vilyam Uoldorf Astora ərə getmişdir. === Siyasi karyerası === Ledi Astor 1919-cu ildə İcmalar Palatasının deputatı oldu və ümumilikdə 25 il parlamentdə işlədi. O, ailə və qadınların sosial problemlərinə böyük diqqət yetirirdi və alkoqola qarşı çıxış edənlərdən idi. Parlamentdəki ilk çıxışında alkoqolu bütün problemlərin əsası olduğunu söyləmişdir, 1923-cü ildə isə yalnız 18 yaşına çatan şəxslərə spirtli içkilərin satışı haqqında qanun layihəsi ilə çıxış etmişdir. Həmçinin dünya siyasətinə fəal maraq göstərirdi. Əvvəlcə Nensi və onun əri Böyük Britaniyanın baş naziri olan Nevill Çemberleni dəstəkləyirdilər və nəyin bahasına olursa-olsun nasist Almaniya ilə sülhün bərpa edilməsinin tərəfdarları idilər, amma Britaniya 1939-cu il sentyabrın 3-də İkinci Dünya Müharibəsinə daxil olduqdan sonra, Çemberlenin hökumətinin nasizmə qarşı passiv münasibətlərinin tənqidçiləri oldular. Lakin Astor Vinston Çörçillin siyasətini də dəstəkləmirdi. 1945-ci ildə Astor müharibədən sonrakı ilk seçkilərdə öz namizədliyini irəli sürmədi və ömrünün son iki onilliyini siyasətdən kənarda keçirtdi.
Play Store
Google Play — Google-nin İos əməliyyat sistemi üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Yakob Astor
Yakob Astor (ing. John Jacob Astor IV; 13 iyul 1864[…] – 15 aprel 1912[…], Titanik) — "Titanik" gəmisinin birinci sinif sərnişinlərindən biri.
Apple Store
Apple Store "Apple Inc."a məxsus və onun tərəfindən idarə olunan pərakəndə mağazalar şəbəkəsi. Mağazalarda müxtəlif "Apple" məhsulları, o cümlədən "Mac" fərdi kompüterləri, "iPhone" smartfonları, "iPad" planşet kompüterləri, "Apple Watch" ağıllı saatları, "Apple TV" rəqəmsal media pleyerləri, proqram təminatı, "Apple" markalı və seçilmiş üçüncü tərəf aksesuarlar satılır. İlk "Apple" mağazaları 2001-ci ilin may ayında o vaxtkı baş icraçı direktor Stiv Cobs tərəfindən açılmışdır. İllərlə cəhd edilən mağaza daxilində mağaza konsepsiyası uğursuz olmuşdu və bu zaman iki mağaza açılmışdı. Şirkətin məhsullarının təkmilləşdirilmiş pərakəndə təqdimatına ehtiyac olduğunu görən Cobs 1997-ci ildə istehlakçılarla yaxşı əlaqələr əldə etmək məqsədilə pərakəndə satış proqramını yeniləmək üçün səy göstərməyə başlamışdı. O, 2000-ci ildə Ron Consonu işə götürmüşdü. Cobs 1997-ci ildə "Apple"ın onlayn mağazasını yenidən işə salmış və 2001-ci ildə ilk iki fiziki mağazanı açmışdır. Mətbuat əvvəlcə "Apple"ın iflasa uğrayacağı ilə bağlı fərziyyələr irəli sürmüşdü, lakin bu mağazalar çox uğurlu olmuş, yaxınlıqdakı rəqib mağazaların satış nömrələrini keçərək üç il ərzində illik satışı 1 milyard ABŞ dollarına çatmışdır. "Apple Store" bunu bacaran ən sürətli pərakəndə satıcı olmuşdur. "Apple" 15 iyun 2023-cü ildə Birləşmiş Krallıqda, Londonun Bettersi rayonunda ən son mağazasını açmışdır.
My Short Stories
How Crazy Your Love — Yui mügənninin ilk b-tərəf yığma albomu.
Store Koldevey adası
Store Koldevey adası (dan. Store Koldewey) — Qrenlandiyanın şimal-şərqində yerləşən nisbətən iri ada. Adanın sahəsi 615 km². == Coğrafiya == Ada şimaldan cənuba 50 mil uzunluğa malik olduğu halda, şərqdən qərbə eni 8 milə belə çatmır. Cənub qutaracağında Alf Trolle, şimalında isə Helqoland burnu yerləşir. Onun ərazisinin böyük hissəsini plato təşkil edir. Platonun hündürlüyü 2000 - 3100 fut arasında dəyişir. == Tarixi == Ada İkinci Alman Qütb Ekspedisiyası zamanı, 1869—1870-ci illərdə kəşf edilmişdir. Ada ekspedisiyanın rəhbəri olmuş Karl Koldeveyin şərəfinə adlandırılmışdır. Ekspedisiyanın xəritəsində 3 ada təsvir edilmişdir.
Yeva D'Amore
Yeva D'Amore (18 sentyabr 1981) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Yeva D'Amore İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Chrome Web Store
Chrome Veb Mağazası Chrome veb brauzeri üçün Google-un onlayn mağazasıdır. 2022-ci ilə qədər Chrome Veb Mağazası təxminən 123.000 artırma və 29.000 mövzuya sahibdir. == Tarixi == Chrome Veb Mağazası 2010-cu ilin dekabrında ictimaiyyətə təqdim edildi və 11 fevral 2011-ci ildə Google Chrome 9.0 buraxılışı ilə açıldı. Bir il sonra o, "yükləmələr, istifadəçilər və tətbiqlərin ümumi sayı üzrə trafikdə böyük artımı kataliz etmək" üçün yenidən dizayn edildi. 2012-ci ilin iyun ayına olan məlumata görə, Chrome Veb Mağazasında yerləşdirilən məzmunun cəmi 750 milyon quraşdırması olmuşdur. Bəzi genişləndirmə tərtibatçıları öz genişləndirmələrini daha sonra reklam proqramlarını birləşdirən üçüncü tərəflərə satdılar. 2014-cü ildə bir çox istifadəçi arzuolunmaz pop-up reklamlardan şikayət etdikdən sonra Google Chrome Veb Mağazasından iki belə genişləndirməni sildi. Növbəti il Google etiraf etdi ki, öz veb-saytlarına edilən ziyarətlərin təxminən beş faizi reklam proqramları ilə genişləndirmələr tərəfindən dəyişdirilib. == Zərərli proqram == Zərərli proqram Chrome Veb Mağazasında problem olaraq qalır. 2018-ci ilin yanvar ayında ICEBRG təhlükəsizlik firmasının tədqiqatçıları 500.000-dən çox birləşmiş endirmə ilə dörd zərərli genişləndirmə aşkar etdilər.
American Beauty: Original Motion Picture Score
“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir. Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür. Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüsser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar. Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar. == Treklərin siyahısı == "Dead Already" 3:17 "Arose" 1:05 "Power of Denial" 1:43 "Lunch with the King" 2:26 "Mental Boy" 1:43 "Mr.
Abxorə (Qəzvin)
Abxorə - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 42 km şimal-qərbdədir.
Şöhrə Ağdaşlı
Şöhrə Ağdaşlı (ing. Shohreh Aghdashloo, fars. شهره آغداشلو‎, d. 11 may 1952) — İran-ABŞ aktrisası. Soyadını ilk yoldaşı olan Aydın Ağdaşlıdan götürmüşdür.
Aşmor və Kartye adaları
Aşmor və Kartye adalarının əraziləri (ing. Ashmore and Cartier Islands) — İndoneziyanın Roti adasının cənubunda, Avstraliya kontinental şelfinin sonunda, 12°14'S koordinatlarında yerləşən Hind okeanında yaşayan kiçik tropik adaların iki qrupu. Adaların ümumi sahəsi 199 km² (torpaq - 114,400 m²). 1931-ci ildən Avstraliyanın Xarici Ərazisi. 1983-cü ilin avqustunda milli qoruq elan edildi. == Xarici keçidlər == "Ashmore and Cartier Islands". Geoscience Australia (ingilis). 2004-01-28. 2008-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.