Zamfir Arbore (rum. Zamfir Ralli-Arbore; 14 noyabr 1848, Çernovtsı – 2 aprel 1933[1], Buxarest) — Rumıniyalı sosialist, ictimai fəal və publisist idi. O, həmçinin etnoqraf, coğrafiyaçı və həvəskar tarixçi kimi tanınıb.[2]
Zamfir Arbore | |
---|---|
Doğum tarixi | 14 noyabr 1848 |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 1933[1] (84 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | dilçi, kitabxanaçı, yazıçı, coğrafiyaşünas, tarixçi, jurnalist, statistik, sosioloq, bioqraf, uşaq ədəbiyyatı yazıçısı, tərcüməçi, siyasətçi, filoloq |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Moldovanın Dolna kəndinə sahib olan, Yunan mənşəli ailədən idi. Ailənin əfsanəsinə əsasən, onun atası Konstantin (1811-56), Arbore qədim boyar nəslinin nümayəndəsi tərəfindən götürülmüş və nəticədə "Ralli" familiyasını qəbul edərək "Arbor-Rally" olmuşdur. Kişinyov gimnaziyasında, Sankt-Peterburq Tibb-Cərrahi Akademiyasında və Moskva Universitetində (qısa) təhsil almışdır.
1868-1869-cu illərdə Sankt-Peterburqda çıxış edən şagirdlərin rəhbərlərindən biri idi. Buna görə o, 1869-cu ildə polis nəzarəti altında Bessarabiya əyalətinə sürgün olundu. Eyni ildə yenidən Kişinyov şəhərində həbs olunub, Peterburq şəhərinə aparılır və Peter və Paul qalasında həbs edilir.[3] S. Q. Naçayevin işi ilə əlaqədar istintaqa cəlb olunaraq, 1870-ci ildə sərbəst ifadə vermiş və azad buraxılmışdır.
1871-ci ildə o, İsveçrəyə yerləşdi, Sürix Universitetinə daxil oldu, M. A. Bakunin tərəfdar qrupuna qatıldı.
Rusiyalı Vera Figner və N. Morozov ilə əməkdaşlıq etdiyi "İşçi" (1875) və "İcma" (1878) jurnallarının redaksiya heyətinin təsisçisi və üzvü idi. 1879-cu ildə Rumıniyada yerləşdi, 1886-cı ildə Rumıniya vətəndaşlığı aldı. Müxtəlif vaxtlarda Rumıniyada qəzet redaktoru, statistika bürosunun direktoru, Hərbi Akademiyada rus dili professoru işləmişdir. Rumıniyada sosialist hərəkatın təşkilatçılarından biri idi. [4]
Arbore Ralli xalqa pul, paltar yardımı edir, iş axtarır, digər ölkələrə köçürülməsində iştirak etmiş, dənizçilərə siyasi təsir etməyə çalışırdı.[5]
O, oktyabr inqilabını alqışladı, Kəndlilər Partiyasının qurucusu oldu, senator seçildi.[6]
Zamfir Arbore Buxarestdə 2 aprel və ya 3 aprel 1933-cü ildə vəfat etdi.