Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Herbert Henry Asquith
Herbert Henri Askvit (12 sentyabr 1852[…] – 15 fevral 1928[…]) — 1908–1916 illərdə Baş Nazir olmuş dövlət xadimi. Birinci Dünya Müharibəsinin ilk iki ilində ölkəni idarə etdi və 1911-ci ildə Lordlar Palatasının səlahiyyətlərini məhdudlaşdıran Parlament Qanununun qəbul edilməsinə səbəb oldu. == Həyatı == Herbert Henry Asquith 12 sentyabr 1852-ci ildə Böyük Britaniyada anadan olub. Təhsilini Oksforddaki universitetlərdən birində alıb. Universiteti bitirdikdən sonra vəkil olub. Asquith daha sonra ailə həyatı qurub, onun bir oğlu və üç qızı olub, lakin qızlardan sadəcə biri uşaq vaxtı sağ qalıb. == Karyerası == Asquith 1908-ci ildə Henry Campbell-Bannermanın vəzifədən istehfa etməsindən sonra Baş Nazir oldu. Asquith, Almaniyanın qələbəsinin İngiltərə üçün bir fəlakət olacağını bildiyi halda Birinci Dünya Müharibəsinə qatılmaqda tərəddüd edirdi. Almaniyanın Belçikayı işğal etməsindən sonra qərarını dəyişdirdi. 1916-cı ilin yanvarında Çanaqqala hərəkatının uğursuzluqla nəticələnməsi, Qərb cəbhəsində hər hansı bir irəlləyişin olmaması və aprel ayında İrlandiyada başlayan etirazlar siyasi vəziyyəti pisləşdirdi.
Mariya Korazon Aquino
== Həyatı == Mariya Korazon Aquino (1933-2009) - O, 1986-cı ildə Ferdinand Markosun avtoritar rejimini demokratik rejimlə əvəz edən Xalq Gücü İnqilabına başçılıq etməsi ilə yaddaşlarda iz buraxdı. 1986-cı ildə “Time” jurnalı onu “İlin Qadını” adlandırdı. O, Filippinin ilk qadın prezidenti oldu. “Time” jurnalı zorakılığa qarşı fədakarlığını nəzərə alaraq onu “Demokratiyanın Müqəddəsi” adlandırmışdı. Filippinlilərin çoxu onu demokratiya ikonası kimi qəbul edir. “Time” jurnalı 1999-cu ildə onu XX yüzilliyin “20 ən nüfuzlu Asiyalı”sı siyahısına daxil etdi. 2002-ci ildə o, Asiyanın lider biznes məktəbi olan Asiya Menecment İnstitutu İdarə Heyətinə təyin olunmuş ilk qadın oldu. 2006-cı ildə isə “Time” jurnalı onu “Asiyanın 65 qəhrəmanı” siyahısına daxil etdi. 1994-cü ildə Kaliforniyada Qeyl Meyer Rolka tərəfindən çap olunan “Dünya tarixini formalaşdıran 100 qadın” kitabına onun da adı salındı. Filippinlilərin “Tita Kori” (Kori Xala) adlandırdıqları bu qadın adını Filippin tarixinə qızıl hərflərlə yazmış Prezident Mariya Korazon Aquinodur.