Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Herbert Henry Asquith
Herbert Henri Askvit (12 sentyabr 1852[…] – 15 fevral 1928[…]) — 1908–1916 illərdə Baş Nazir olmuş dövlət xadimi. Birinci Dünya Müharibəsinin ilk iki ilində ölkəni idarə etdi və 1911-ci ildə Lordlar Palatasının səlahiyyətlərini məhdudlaşdıran Parlament Qanununun qəbul edilməsinə səbəb oldu. == Həyatı == Herbert Henry Asquith 12 sentyabr 1852-ci ildə Böyük Britaniyada anadan olub. Təhsilini Oksforddaki universitetlərdən birində alıb. Universiteti bitirdikdən sonra vəkil olub. Asquith daha sonra ailə həyatı qurub, onun bir oğlu və üç qızı olub, lakin qızlardan sadəcə biri uşaq vaxtı sağ qalıb. == Karyerası == Asquith 1908-ci ildə Henry Campbell-Bannermanın vəzifədən istehfa etməsindən sonra Baş Nazir oldu. Asquith, Almaniyanın qələbəsinin İngiltərə üçün bir fəlakət olacağını bildiyi halda Birinci Dünya Müharibəsinə qatılmaqda tərəddüd edirdi. Almaniyanın Belçikayı işğal etməsindən sonra qərarını dəyişdirdi. 1916-cı ilin yanvarında Çanaqqala hərəkatının uğursuzluqla nəticələnməsi, Qərb cəbhəsində hər hansı bir irəlləyişin olmaması və aprel ayında İrlandiyada başlayan etirazlar siyasi vəziyyəti pisləşdirdi.
Mariya Korazon Aquino