Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.
Aşurəli Zərbəliyev
Aşurəli Səfərəli oğlu Zərbəliyev (9 sentyabr 1999, Quxuroba, Qusar rayonu — 11 oktyabr 2020, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aşurəli Səfərəli oğlu Zərbəliyev 1999-cu il sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində anadan olmuşdur. 2005-2014-cü illərdə Qusar rayon Quxuroba kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Aşurəli Zərbəliyev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Aşurəli Zərbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aşurəli Zərbəliyev 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qusar rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.