1. Qayğı, üzüntü, həyəcan, şübhə və s. olmadığı hal; asudəlik, dinclik, qayğısızlıq.
Bu sözlərdən sonra Bəyim sanki öz qəlbində bir rahatlıq hiss etdi.
[Hacı Murad:] Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur.
□ Rahatlığını pozmaq – narahat etmək, rahat qoymamaq, dincliyini pozmaq.
[Rza:] [Bayquş] gələn gündən atamın da, anamın da rahatlığı pozulmuşdu.
[Natiq:] Məni bağışlayın, Fərrux əmi, rahatlığınızı pozdum.
Rahatlıq verməmək – daim narahat etmək, dinc qoymamaq, rahat buraxmamaq.
[Pəri Gülnisəyə:] [Əbdül] daha bizə rahatlıq vermir, gedir, hərdənbir bəhanə ilə yüyürüb gəlir.
Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi.
2. İstirahət, dinclik, dincəlmə. Heç rahatlığı yoxdur.
– Yazın istisində, qışın qarında; Rahatlıq bilmədən yürür bu karvan.
□ Rahatlıq etmək (eləmək) dan. – dincəlmək, istirahət etmək, dincini almaq.
Gülnar xanım bir az rahatlıq eləyəndən sonra bu gəlməyinin səbəbini dedi. ( ).
3. Rahatlıqla şəklində zərf – dərdqəmsiz, firavan, rahat.
Hacı Sultan … iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi.