Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
At əvəliyi
At əvəliyi (lat. Rumex confertus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 60-150 sm-ə bərabərdir. Gövdəsi çılpaq, şırımlı olub, yuxarı hissəsi budaqlanandır. Yarpaqları saplaqlı, çətirşəkilli, gövdənin aşağı hissəsinin yarpaqları uzunsov üçbucağabənzər-yumurtaşəkilli, əsası ürəkşəkilli, künclu, uzunluğu 2,5 sm, eni isə 12-13 sm, yuxarı hissəsinin yarpaqları isə yumurtavari-neştərşəkilli olub, əksər yarpaqları kiçikdir. Yarpaqlarının əsasən aşağı hissəsi damarlı və xırda tükcüklüdür. Çiçəkləri demək olar ki, yarpaqsız, sıx, ensiz silindrik, 6 bölümlü olmaqla, yaşıl rənglidir. Meyvələri 3 bölümlü, oval, qəhvəyi fındıqcadır. Qısa şişkinlikli kökümsovları yastı, zəif budaqlanan kökə çevrilir. Çəmənliklərdə, otlu çay kənarlarında, meşə talalarında, otlaq, əkin yerlərindəki alaq otları içərisində rast gəlinir.
Qazaxıstan alçaq təpəliyi
Qazaxıstan alçaq təpəliyi (Сары́-Арка́, Центрально-Казахстанский мелкосопочник, qaz. Сары Арқа — «sarı silsilə») — Qazaxıstannın mərkəzi hissəsində alçaq dağlıq ərazidən ibarət olan çöl. Alçaq təpəliyinin qərbində Turqay vadisi, şimal-şərqində İrtış çayının vadisi, şimalda Qərbi-Sibir düzənliyi, cənub-qərbdə Turan ovalığı yerləşir. Şərqdən-qərbə 1200 km təşkil edir. Eni qərbdə 900 metr, şərqdə isə 400 metr təşkil edir. Mərkəzi hissəsində Karkalin Milli parkı yerləşir. Maksimal hündürlüyü 1565 metr olan Aksoran dağıdır. Cənub-qərbdə Ulıtay (1133 m), şimalında Kokçevat yüksəkliyi (947 m), şərqində Çingiztau (1077 m), Aktaşau (1305 m) yüksəklikləri yerləşir. Ərazisində yerləşən Naurzum və Korqaljın qoruqları YUNESCO ümumdünya irsi siyahısını daxil edilmişdir. == Hidrologiya == Qazaxıstan alçaq təpəliyi çoxlu çaylara sahib olmasına baxmayaraq heç biri gəmiçiliyə yararlı deyildir.