ÖLGÜN

sif. Canlılığı, təzəliyi, təravəti qalmamış; düşkün, solğun.
İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün (z.) görünürdü. A.Şaiq.
Aynada [Züleyxanın] sifəti çox ölgün (z.) görünürdü. S.Rəhimov.

// məc. Cansız, ölmüş kimi görünən.
Bir saat əvvəl səssizlikdən ölgün kimi görünən təbiət birdən-birə canlanır. A.Şaiq.

// məc. Zəif, solğun, sönük.
Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn.
Yolun kənarlarında qazma daxmalardan ölgün çıraq işığı gəlir, qapılarda ucadan itlər hürüşürdü. M.Hüseyn.

Синонимы

  • ÖLGÜN ölgün bax 1. zəif 2; 2. süst
  • ÖLGÜN key — süst — ölüvay
  • ÖLGÜN zəif — arıq — sısqa — cansız
  • ÖLGÜN ətalətli — solğun
ÖLƏZİMƏK
ÖLGÜNLƏŞMƏ

Значение слова в других словарях

резона́нс реме́йк сильноде́йствующий Умиле́ние загромыха́ть защебе́ниваться изуве́читься ощипа́ть подцепля́ть рассла́бленно сервиро́вка хоуз blunder away certes cotemporaneous Gloria irredentist lepra Ovonic penetrometer reputedly touch-typist внушительный нагрести форте