Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maurice Jarre
Moris Jarr (Maurice Jarre; 13 sentyabr 1924[…] – 28 mart 2009[…], Malibu[d], Kaliforniya) — bəstəkar. == Həyatı == 13 sentyabr 1924-cü ildə Fransanın Lion şəhərində dünyaya göz açmışdır. O, 1952-ci ildə ilk bəstəsini etmişdir. 1960-cı ilin ortalarında ABŞ-də məskunlaşmışdır. Moris Jarr "Allahın elçisi Məhəmməd" (The Message) filminin musiqisini də bəstələmişdir. 3 övlad atası olan Moris Jarr sonuncu dəfə Berlin festifalında musiqidəki nəaliyyətlərinə görə, "Qızıl ayı" mükafatına layiq görülmüşdür. Moris Jarr filmlər üçün bəstələdiyi musiqilərinə görə 3 dəfə Oskar mükafatı almışdır. Xərçəng xəstəliyindən əziyyət çəkən bəstəkar 29 mart 2009-cu ildə səhər dünyasını dəyişmişdir.
Amblyseius aricae
Amblyseius aricae (lat. Amblyseius aricae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius aricae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Aurinlər
Aurinlər - trifenilmetanın hidroksilli törəmələri sırasından olan boyaqlardır. == Alınması == Bunların ən sadəsi aurin, fenolu (sulfit turşusu iştirakı ilə) oksalat turşusu ilə qızdırmaqla alınır. Reaksiya zamanı əvvəlcə boyağın leykəsası trioksitrifenilkarbanol əmələ gəlir, sonra sulfat turşusunun təsiri ilə su ayrılır və aurin alınır. Fenol ilə ortokrezol və parakrezol qarışığını arsenat və sulfat turşuları ilə oksidləşdirdikdə aurinin homoloqu rozol turşusu alınır. Aurinə pararozol turşusu da deyilir. Onların quruluşu, nitrit turşusunun təsiri ilə parafunksinin aurinə və funksinin rozol turşusuna çevrilməsi ilə sübut olunur. Aydındır ki, nitrt turşusu funksinin və parafunksinin amin qruplarını hidroksil qrupu ilə əvəz edir və onları müvafiq olaraq aurinə və rozol turşusuna çevirir. == Xassələri == Aurin qırmızı rəngli boyaqdır, suda həll olmur, spirtdə və sirkə turşusunda həll olur. sirkə turşusunun və başqa turşuların təsirindən aurin qızılı rəngə, qələvilərin təsirindən isə göy-qırmızı rəngə boyanır. Aurinlər kağıza boyamaq üçün, az miqdarda indikator kimi işlədilir.