Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avantid
Avantid (q.yun. Ἀβαντίδας) — Sikion tiranı. O, Aratın atası Klininin e.ə. 264-cü ildə öldürülməsindən sonra taxta çıxmışdır. Avantid sui-qəsddən sonra Klininin qalan dost və qohumlarının sürgün edilməsini və ya edam edilməsini əmr etmişdir. Özü e.ə. 251-ci ildə öldürülmüşdür. Ölümündən sonra atası Pasey tiran olaraq onun yerinə keçmiş, lakin sonradan Nikokl Paseyi öldürmüşdür.
Avanzal
Avanzal (fr. avant-salle ön zal) iki fransız söz birləşməsindən yaranıb. Avant-ön, salle-zal, salon mənalarını verir. Əsas tamaşaçı zalından əvvəlki keçid otağı . Müasir memarlıq üslub və prinsiplərində tikilən yeni teatr binalrının əksəriyyətində avanzal olmur.
Avante!
Avante! (mənası – İrəli!) — Portuqaliyada gündəlik qəzet. Portuqaliya Kommunist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1931-ci ilin fevralında təsis edilmişdir. Qəzetin ilk nömrəsi 17 may 1974-cü ildə çıxmışdır. Qəzetin devizi – "Bütün ölkələrin proletarları birləşin!". Qərargahı Lissabondadır. == İstinadlar == == Əlavə ədəbiyyat == "Jornal "Avante!"". Partido Comunista Português. 21 April 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2005.
Avanti!
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
Vantaa
Vantaa — Finlandiyada yerləşən şəhər.
Şantaj
Şantaj (fr. chantage) — digər şəxslərin əmlakına və ya həyatlarına hər cür zorla taviz və ya risklər yaradan alçaldıcı təhlükə. "Şantaj" sözü tez-tez geniş mənada istifadə olunur — hər hansı işin yerinə yetirilməməsi halında mənfi bir təhlükə kimi. == Mənbə == Allen, Michael. Textbook on Criminal Law. Oxford University Press: Oxford. (2005) ISBN 0-19-927918-7. Criminal Law Revision Committee. 8th Report. Theft and Related Offences.
Avanti! (qəzet)
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Avarta FK
Boldklubben Avarta — Danimarkanın 2-ci divizionunda çıxış edən peşəkar Danimarka futbol klubudur. Klub Danimarkanın üçüncü liqasının ən yaxşılarından hesab olunur. Klub öz ev oyunlarını Kopenhagen şəhərinin Rodovre bölgəsində yerləşən, tutumu 6000 nəfər olan Espelundens İdretsanleq stadionunda keçirir. == Tarixi == Boldklubben Avarta 20 yanvar 1953-cü ildə Rødovrevejens Boldklub adı altında təsis edilmişdir. İlk ilində klub ev oyunlarını Rodovre stadionunda keçirirdi. 1960-cı ildən isə klub öz rəqiblərini Espelundens İdretsanleq stadionunda qəbul edir.Komanda 2005-06 mövsümündə Danimarka 2-ci divizounun Şərq qrupunu tərk etmişdir. Lakin klub iki il Danimarka Seriya Pul 1-də çıxış etdikdən sonra 2008-09 mövsümündə Danimarka 2-ci divizounun Şərq qrupuna yenidən vəsiqə qazanmışdır. == Heyəti == 1 avqust 2017-ci il məlumatlarına əsasən.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Şantaj problemi
Şantaj problemi – müqavilə nəzəriyyəsində, bir tərəf ilə əlaqə qurmaq və ya saxlamaq üçün xüsusi sərmayələri zəruri etdikdə, digər tərəfə isə investisiya qoyulmamışdan əvvəl mövcud olan şərtlərdən daha yaxşı şərtlərlə şantaj etmək imkanı verildikdə, iki iqtisadi agent arasında yaranan problem. İnvestisiyaların spesifik xüsusiyyəti ondan ibarətdir ki, onlardan imtina etmək və/və ya alternativ şəkildə istifadə etmək çətindir. Yatırılan investisiyalar tərəflərin danışıq qabiliyyətini dəyişdirir ki, bu da şantaj ehtimalına gətirib çıxarır. Şantaj problemi müqavilələr nəzəriyyəsində və sənaye bazarları nəzəriyyəsində öyrənilir. == Problemin təsviri == Tutaq ki, komponentlərin alıcısı hansısa yeni məhsulun istehsalında maraqlıdır. Bunun üçün ona bazarda olmayan konkret komponentlər lazımdır. Komponentlərin tədarükçüsü onların istehsalını təşkil edə bilər, lakin bunun üçün ona investisiya lazımdır. Əgər son məhsulun qiyməti zəmanətlə hər iki firmanın xərclərini ödəmək üçün kifayət qədər yüksəkdirsə, o zaman ortaq layihəyə başlamaq üçün kifayət qədər qazanc əldə edəcəklər. Bununla belə, bütün layihənin həyata keçirilməsi üçün təchizatçı xüsusi investisiyalar qoymalıdır. Məsələn, layihənin həyata keçirilməsi üçün xüsusi avadanlıq almaq.
Avanti çarlığı
Avanti çarlığı (sanskr. अवन्ति) — Mərkəzi Hindistanda, Malva yaylasında qədim dövlət. Müasir Madhya-Pradeş ştatının ərazisində mövcud olmuşdur. Paytaxtı Udcayn şəhəri olmuşdur. Bəzi salnamələrdə Mahişmati şəhəri də Avantinin paytaxtı adlanır. Alimlərə görə, Udcayn və Mahişmati şəhərləri Avantinin müxtəlif hissələrinin paytaxtları olması ehtimalı da mövcuddur. Buddizm dövründə Avanti dinin yayılması üçün bir mərkəzə çevrilmişdir. Buddist salnamələrində Avanti 16 mühüm dövlət arasında qeyd olunur. Avanti bir sıra qonşu əraziləri ilhaq edərək dörd əsas Şimali Hindistan əyalətindən birinə çevrilmişdir.Avanti b.e. IV əsrdə Çandraqupta Maurya tərəfindən fəth edilmişdir.
Avant Browser
Avant Browser — Internet Explorer əsaslı bir web brauzer.
Avatar (film, 2009)
Avatar və ya Ceyms Kemeronun Avatarı (ing. Avatar, ing. James Cameron's Avatar) — 2009-cu il ABŞ elmi-fantastik filmi. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini təmsil edir. Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır (hinduizmdə avatarlar allahların təcəssümləridir). Pandoranın gözəl bitki və heyvan aləmində yaşayan Na’vilərin isə öz doğma dili var. Filmin və xüsusən Na’vi aləminin gerçək dünyayla bir neçə paralelləri var. "Avatar"ın premyerası 2009-cu il dekabrın 10-da Londonda baş vermişdir. Üç Oskar və bir Qızıl Qlobus mükafatını almış, kompüter qrafikasıyla zəngin "Avatar" dünyanın ən gəlirli (2 milyard dollardan çox) filmi olub. Filmin distribütori 20th Century Fox kinokompaniyasıdır.
Pramudya Ananta Tur
Pramudya Ananta Tur (indon.Pramoedya Ananta Toer; 6 fevral 1925 və ya 20 fevral 1925 – 30 aprel 2006 və ya 29 aprel 2006, Cakarta) — indoneziyalı yazıçı. “1945-ci il nəslinin” üzvü və fəal iştirakçılarından biri olmuşdur. == Tərcümeyi halı == Pramudya Ananta Tur 1925-ci ilde Yava adasının şimalında yerləşən Ducs şərqi Hndistanın şərqində yerləşən Blorədə anadan olub. o, ailənin birinci övladı olub. Onun atası Blorədə məktəb direktoru və müəllim kimi işləyib. Anası isə düyü yığınında işləyən qadın olub. Babası isə müsəlman olub və Məkkəyə gedib. O ilk avtobioqrafik əsərində də bunu qeyd edib. Həmçinin bu əsərindən onun əsl adının Pramudya Ananta Maostur olduğunu vurğulayır. Atasının kitaba marağı çox olduğundan, onun evdə böyük kitabxanasının olması səbəb olmuşdur.
Avatar: Suyun yolu
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı Avatar filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Avatar: Aanq haqqında əfsanə
Avatar: Aanq haqqında əfsanə (ing. Avatar: The Legend of Aang) və ya Avatar: sonuncu hava maqı (ing. Avatar: The Last Airbender) — ABŞ-də elementləri ilə yaradılmış cizgi serialı. Serialın üç sezonu "Nickelodeon" və "Nicktoons Network" kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur. Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementlərindən istifadə olunur. Bu da adətən ABŞ-də ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır. Birinci seriya 2005-ci il fevralın 21-də, dörd hissədən ibarət iki saatlıq axırıncı seriya isə 2008-ci il iyulun 19-da yayımlanmışdır. Serial televiziya ekranları qarşısına 5,6 milyon izləyici toplayıb.
Avatar: Korra haqqında əfsanə
Korra əfsanəsi (ing. The Legend of Korra) — ABŞ-də anime elementləri ilə istehsal olunan cizgi serial. Avatar: Aanq haqqında əfsanə cizgi serialının davamı. 2012-ci ilin aprelin 14-ündə Nickelodeon kanalında yayımlanmağa başladı. == Süjet == Braun Conson, Nickelodeon prezidentı: Yüz illik müharibədən sonra 70 il keçib. Korra — Cənub Su tayfasında doğulan su maqı yeni Avatardır.O artıq yer və od magiyalarının incəsənətini öyrənib.Öyrənəcəyi son elementin incəsənəti qalmışdır-hava magiyasının incəsənəti. Ona Aanq ilə Kataranın oğlu Tenzin kömək edə bilər. == Personajlar == Avatar Korra — Cənub su tayfasında doğulmuşdur. Qızdır. İsyankar və cəsur biridir.
Avatar: Aanq haqqında əfsanə (komikslər)
Avatar: Aanq haqqında əfsanə komiksləri eyni adlı cizgi serialı və Sonuncu hava maqı filmi ilə əlaqəli olan komiksdilər.
Avatar: Aanq haqqında əfsanə — Axtarış
Axtarış (ing. The Search); tam adı Avatar: Aanq haqqında əfsanə — Axtarış (ing. Avatar: The Last Airbender – The Search) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2013 ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Vəd komiksindən sonra baş verir. == Baxış == Axtarışda Zuko və Azulanın çoxdan bəri itirdiyi anası Ursa ilə bağlı sirr üzərində dayanılır. Keçmiş şahzadə Azulanın bir Fire Nation zehin müəssisəsində həbs olunmasının təfərrüatlarını və Fire Lord Ozai ilə Ursa münasibətlərinin çətinliyini ortaya qoyur. Əsas qəhrəmanlar, başda Zuko və Azula olan Fire Nation ailəsinin üzvləridir. Avatar Aang, Sokka və Katara, Fire Nation qardaşlarına çoxdan itən analarını tapmaqda kömək edirlər. Gene Yang, serialın Avatar dünyasının fövqəltəbii tərəflərinə daha çox diqqət ayıracağını qeyd etdi. == İstehsalı == DiMartino ilə Konietzko əvvəl Axtarışı 90 dəqiqəlik animasiya filmi ideyası kimi Nickelodeon-a təqdim ediblər.
Avatar: Aanq haqqında əfsanə — Vəd
Vəd (ing. The Promise); tam adı Avatar: Aanq haqqında əfsanə — Vəd (ing. Avatar: The Last Airbender – The Promise) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks.
Avatar: Aanq haqqında əfsanə — Yarıq
Yarıq (ing. The Rift); tam adı Avatar: Aanq haqqında əfsanə — Yarıq (ing. Avatar: The Last Airbender – Rift) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2014-cü ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Axtarış komiksindən sonra baş verir.
Avatar: Korra haqqında əfsanə (komikslər)
Korra əfsanəsi — eyni adlı cizgi serialın ilə əlaqəli olan komikslər.
Avatar: Suyun yolu (film, 2022)
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı Avatar filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Avatar: Aanq haqqında əfsanə (Kitab 1)
Kitab 1: Su (ing. Book 1: Water) Avatar: Aanq haqqında əfsanə cizgi serialının birinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka barədə və onların Şimalı Gütbə Aanq və Kataraya su maqiyanın müəllimi tapmaq məqsədi ilə başlayan səfəri haqqında bəhs edilir. Hər bir seriyanın ilk efiri milyondan çox izləyici baxıb. Birinci mövsum "Ən yaxşı televiziya serialı" və "Ən yaxşı cizgi televiziya serialı" kimi Pulcinella mükafatı almış.2010-cu ildə onun əsasında M. Nayt Şyamalan çəkdiyi Sonuncu hava maqı adlı film çıxıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icreaedici prodüsserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüsser Aaron Ehasz ilə birlikdə işləyirdilər. Səkkiz seriyanın rejissoru Deyv Filioni idi, Loren MakMillan və Giankarlo Volpe hərəsi beş seriyanın, Entoni Layoli isə iki seriyanın rejissyoru idilər. Seriyaların əsas yazıçı yığımı Nik Malis, Con O'Brayan, Metyu Habbard, Ceyms İqan, Yan Uilkoks, Tim Hedrik və Elizabet Uelç Ehaszdan ibarət idi. == Səsləndirmə == Əsas personajların böyük hissəsin debütu birinci seriyalarda olmuş.