Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Linor Abarqil
Linor Abarqil (ivr. ‏לינור אברג'יל‏‎; 17 fevral 1980, Netanya, Mərkəz dairəsi) — İsrailli hüquqşünas, aktyor, model, gözəllik kraliçası. Cinsi zorakılığa məruz qaldıqdan sonra 1988-ci ildə Miss Dünya ünvanını qazanmışdır,. Hal-hazırda dünya miqyasında cinsi zorakılıqla mübarizə aparan vəkil olaraq fəaliyyət göstərir. == Bioqrafiya == Aliza və Ceki Abarqilin ən böyük övladı Linoq Abarqil 17 fevral 1980-ci ildə İsrailin Netanya şəhərində anadan olmuşdur. Ailəsi Mərakeş-Yəhudi nəslindəndir. Miss Dünya mükafatını almağına 7 həftə qalan 18 yaşlı Abarqil Milanda olarkən səyahət agenti Uri Şlomo Nur tərəfindən bıçaq təhdidi altında cinsi təcavüzə məruz qaldı. O, ilk olaraq Şlomo Nuru İtaliyada məhkəməyə versə də, Nur burada dəlil azlığından sərbəst buraxılır. Linor daha sonra onu İsrail hökumətinə bildirir və İsrailli səlahiyyətlilər onun ekstradisiyasına və həbsinə qərar verirlər. Maşından tapılan dəlillərin DNT testinə verilməsindən sonra cinayət sübut olunur və Uri Şlomo Nur 16 il azadlıqdan məhrum edildi.
Apargia
Külbaba (lat. Leontodon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Dens-leonis Ség.
Avarim
Avarim — İordaniyada dağ silsiləsi. İordan çayının şərq sahilində, keçmiş Moav torpağında, israillilərin səhrada 40 illik səfərinin sonunda düşərgə saldıqları yerdədir. Bu silsilənin Nevo adlanan zirvələrindən birində Musa ölümündən əvvəl dayanmış və son dəfə İsrail torpaqlarını seyt etmişdir. O, orada vəfat etmiş və ərazidəki vadidə basdırılmışdır.
Vagil
Vagil — Rusiyada çay, Sverdlovsk vilayəti ərazisində axır. Çayın mənbəsi Tavda çayının sol sahilindən 650 kilometr məsafədədir. Çayın uzunluğu — 117 kilometr, üst sahəsi — 3830 km²-dir. Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 11. Средний Урал и Приуралье. Вып. 2. Тобол/ Под ред. В. В. Николаенко.
Apargia aurea
Crepis aurea (lat. Crepis aurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Crepis aurea subsp. aurea Crepis aurea subsp. glabrescens (Caruel) Arcang. Crepis aurea subsp.
Avarsin (Xudafərin)
Avarsin (fars. اوارسين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (22 ailə).
Gazi Yaşargil
Mahmud Gazi Yaşargil (türk. Mahmut Gazi Yaşargil; 6 iyul 1925, Lice[d], Diyarbəkir ili) — Türk alim və neyrocərrah. Müasir mikroneyrocərrahiyyənin qurucularından biri. Yaşargil epilepsiya və beyin şişlərini öz ixtirası alətləri ilə müalicə edirdi. 1953–1993-cü illərdə Sürix Universitetində professor və Neyrocərrahiyyə kafedrasının müdiri olub. 1999-cu ildə Neyrocərrahların illik Konqresində o, "1950–1999-cu illərdə Əsrin Ən Yaxşı Neyrocərrahı" seçilmişdir == Şəxsi həyat == O, 1973-cü ildən onun tibb bacısı köməkçisi olan və hələ də ona cərrahiyyə əməliyyatlarında kömək edən Dayan Bader-Gibson Yaşargil ilə evlidir. == Təhsil və karyera == 1931–1943-cü illərdə Atatürk Liseyini və Türkiyənin Ankara Universitetini bitirdikdən sonra Almaniyaya, Yena Fridrix Şiller Universitetində tibb təhsili almaq üçün gedir. Serebrovaskulyar neyrocərrahiyyədə istifadə üçün mikrocərrahi üsulların qurulmasında onun dühası əvvəllər əməliyyat olunmayan xəstələrin müalicəsində nəticələr əldə etməyə kömək etmişdir. 1969-cu ildə Yaşargil müəllimi professor Kraienbühlün rəhbərliyi ilə Sürix Universitetində dosent, 1973-cü ildə professor və neyrocərrahiyyə kafedrasının müdiri vəzifələrində çalışıb. Sonrakı 20 il ərzində o, 1993-cü ildə təqaüdə çıxana qədər 7500 neyrocərrahiyyə əməliyyatı həyata keçirərək mikrometodların laboratoriya təcrübələri və klinik tədqiqatları aparıb.
Kargil müharibəsi
Kargil müharibəsi (hind: करगिल युद्ध, kargil yuddh, urdu: کرگل جنگ ‎ kargil jang) — 1999-cu ilin may və iyun ayları arasında Hindistanla Pakistan arasında baş verən hərbi münaqişə. Hindistanda bu münaqişə Vijay əməliyyatı (Hind dilində mənası "qələbə" deməkdir) kimi də adlanır. Müharibənin başlamasının səbəbi Pakistan hərbçilərinin təmas xəttini keçərək Kəşmirin Hindistanın nəzarəti altında olan Kargil bölgəsinə daxil olması idi.
Avril Lavin
Avril Lavin (ing. Avril Ramona Lavigne; 27 sentyabr 1984[…]) — kanadalı məşhur müğənni, musiqiçi, bəstəkar, aktrisa və model. Onun ailəsi franko-kanada mənşəlidir. Adı isə fransızcadan tərcümədə Avril-aprel və la vigne-üzüm deməkdir. Rok və pop janrlarında ifa edir. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayan Avril Sum 41, The Black List Club, Avril Lavigne kollektivlərində çıxış edib. == İlk illər == Avril Belvill şəhərində katolik təriqətli Con və Cudi Lavinin ailəsində dünyaya göz açıb. 5 yaşından Napanee şəhərində böyüyən Avril orada kilsə xorunda oxuyub, həmçinin gitarada çalmağı öyrənib. Sonralar kantri stilində mahnılar ifa etməyə başlayıb. 16 yaşında olarkən Avrili görən Arista Records kompaniyasının üzvü Ken Kronqardöz bossu Antonio Reid-ə Avrili Nyu-Yorkdakı studiyada dinləməyi məsləhət görür.
Eduar Anri Avril
Edouard Henri Avril (fr. Édouard-Henri Avril, adətən Paul Avril imzasından istifadə etmişdir) (21 may 1849, Əlcəzair, Fransa – 28 iyul 1928) — erotik ədəbiyyat illüstrasiyaları ilə tanınan fransız rəssamıdır. == Bioqrafiyası == Eduard Henri Avril 21 may 1849-cu ildə Əlcəzairdə anadan olub. Atası jandarm polkovniki idi. Gəncliyində atasının yolu ilə getmək istəmiş, 51-ci xətti piyada alayının tərkibində Fransa-Prussiya müharibəsi döyüşlərində iştirak etmiş, kiçik leytenant rütbəsinə qədər yüksəlmiş, 31 may 1871-ci ildə müharibə zamanı aldığı xəsarətlərə görə Fəxri Legion ordeni ilə təltif edilmişdir. 1872-ci il yanvarın 23-də aldığı yaraların ağırlaşmasına görə hərbi xidmətdən getməli olmuşdur. 22 yaşında təqaüdə çıxdıqdan sonra yeni bir peşə axtarışında olmuş, müxtəlif Paris seks salonlarında incəsənət sahəsini öyrənməyə başlamışdır. İşinin qeyri-etik olmasına və Paul Avril təxəllüsü ilə əsərlərini hazırladığı üçün onun tərcümeyi-halı haqqında çox az şey məlumdur. Onun Pol-Viktor Avril olan təxəllüs adı həm rəssam, həm də oymaçı kimi işləyən qardaşı ilə səhv salınmamalıdır. 1874–1878-ci illərdə Parisdə Gözəl Sənətlər Məktəbində təhsil almışdır.
Jan-Jak Avril
Jan-Jak Avril (fr. Jean-Jacques Avril; 16 dekabr 1744[…], Paris – 26 noyabr 1831[…] və ya 1823, Paris) — fransız rəssam və oymaçı. == Həyatı == Jan-Jak Avril 1744-cü ildə Parisdə anadan olmuşdur. Bəziləri böyük ölçülərdə olan təxminən 540 qravüranın müəllifidir. O, İohan Georq Villenin şagirdidir. Avril 1831-ci ildə Parisdə vəfat edib. Onun əsərləri Rue de la Huchette və Rue du Petit Bourbomda saxlanılır. == Əsərləri == Onun qravürlarına daxildir: La Vierge au linge; Rafaeldən sonra. Mars Döyüşə gedir; Piter Paul Rubensdən sonra. Mars Döyüşdən qayıdır; Peter Paul Rubensdən sonra.
Édouard-Henri Avril
Edouard Henri Avril (fr. Édouard-Henri Avril, adətən Paul Avril imzasından istifadə etmişdir) (21 may 1849, Əlcəzair, Fransa Əlcəzairi[d] – 28 iyul 1928) — erotik ədəbiyyat illüstrasiyaları ilə tanınan fransız rəssamıdır. Eduard Henri Avril 21 may 1849-cu ildə Əlcəzairdə anadan olub. Atası jandarm polkovniki idi. Gəncliyində atasının yolu ilə getmək istəmiş, 51-ci xətti piyada alayının tərkibində Fransa-Prussiya müharibəsi döyüşlərində iştirak etmiş, kiçik leytenant rütbəsinə qədər yüksəlmiş, 31 may 1871-ci ildə müharibə zamanı aldığı xəsarətlərə görə Fəxri Legion ordeni ilə təltif edilmişdir. 1872-ci il yanvarın 23-də aldığı yaraların ağırlaşmasına görə hərbi xidmətdən getməli olmuşdur. 22 yaşında təqaüdə çıxdıqdan sonra yeni bir peşə axtarışında olmuş, müxtəlif Paris seks salonlarında incəsənət sahəsini öyrənməyə başlamışdır. İşinin qeyri-etik olmasına və Paul Avril təxəllüsü ilə əsərlərini hazırladığı üçün onun tərcümeyi-halı haqqında çox az şey məlumdur. Onun Pol-Viktor Avril olan təxəllüs adı həm rəssam, həm də oymaçı kimi işləyən qardaşı ilə səhv salınmamalıdır. 1874–1878-ci illərdə Parisdə Gözəl Sənətlər Məktəbində təhsil almışdır.
Alice (Avril Lavin mahnısı)
"Alice" (azərb. Alis‎) — Kanadalı söz yazarı-bəstəkar Avril Ramona Lavinə məxsus, gitara və piano müşayiətində, G major miqyaslı rok balladası. Mahnı 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin əsas saundtreki olaraq musiqi tənqidçiləri tərəfindən müsbət rəğbətlə qarşılanmışdır. == Mahnı == "Alice" mahnısının sözləri və bəstəsi, ifaçısı Avril Lavinə məxsusdur. Buç Valker əsərin musiqi prodüseri vəzifəsinə üstlənmişdir. Mahnının musiqi videosu, 2010-cu ildə ekranlaşdırılan "Alis möcüzələr diyarında" filminin süjet xətti ətrafında qurulmuşdur. İfaçı adi bir gündə, bəyaz dovşanın iziylə meşəyə tərəf yollanır və qəfil diqqətsizlik səbəbilə böyük çuxura yıxılır. Bu çuxur "Möcüzələr ölkəsinin qapısı"dır. O, çuxurdan xilas olmağa çalışarkən özünü möcüzələr diyarında tapır və onu ilk olaraq Papaqçı(Conni Deppin canlandırdığı) çay süfrəsində qarşılayır. Ona verilən mühüm vəzifə, təhlükədə olan "Möcüzələr ölkəsini" eybəcərlər ordusundan xilas etmək və düşmənlərə qalib gəlməkdir.
Abarqi
Abarqi (şum. 𒀀𒁇𒄀, A.BAR.GI; Ur[d]) — təqribən e.ə. 3500-cü ildə hakimiyyətdə olmuş Ur çarı. Onun məzarı 1926–1927-ci illərdə ingilis arxeoloq ser Leonard Vulli tərəfindən Ur şəhərində tapılmıdır. Abarqinin yanında çariça Şub-adın məzarı yerləşirdi. Bu məzarlarda saray sakinlərinin skeletləri və əşyaları da tapılmışdır.
Avaxıl
Avaxıl — Azərbaycan Respublikasının Şamaxı rayonunun Avaxıl inzibati ərazi vahidində kənd. Avaxıl çayın (Ağsu çayın mənbəyi) sahilindədir. Yaşayış məntəqəsinin adı ərazisindəki mineral bulağın adından goturulub.Yerli toponimikada bu adın hava axan, havası bol olan yer və s.mənada izahları vardır. == Mədəniyyəti == Kənddə XIX əsrə aid məscid binası və hələ tam öyrənilməmiş qədim qəbristanlıqlar, o cümlədən Ömər Soltan Xəlvəti Avaxıli, Əhməd Rəvanı, qəbristanlıqları və Pir Qulu, Murad piri, Feyzulla piri, Alçalı pir, Pir Hüseyn, Pir Hacı, Dünya nənə və b. ziyarətgahlar mövcuddur. Ümumiyyətlə kənd ərazisinin bəzi yerlərindən saxsı qırıqları, saxsı kəhrizlərə və başqa maraq doğuran tapıntılara rast gəlinsə də heç zaman tarixi-arxeoloji tədqiqatlar aparılmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dəniz səviyyəsindən 1.386 metr hündürlükdə, rayonun inzibati mərkəzi Şamaxı şəhərindən 29 km uzaqlıqda yerləşir. Kənd Qabandağ silsiləsinin ətəyində Yekəqurşaqlı və Hallacı aşırımlarının arasında yerləşir. Ərazisində onlarla şirin su mənbələri , gözəl səfalı bulaqlar, o cümlədən müalicəvi əhəmiyyətli "İlisu" suyu vardır. Şamaxı rayonunun ən böyük şirin su mənbələrindən olan Qırxbulaq, Qoşabulaq, Kamil bulağı, Buzbulaq, Şıxbulağı, Nehrə bulağı, Şaqqulu bulaq, Əzgilli bulaq, Avaxıl bulağı, Böyük bulaq, İlisu, Kötüklü, Şirəli bulaq,Cəfər bulağı, Qaraçöhrə bulağı,Sərçə bulağı və bundan savayı onlarla şirin su mənbələri mövcuddur.
Carqıl
Carqıl xanım — türk və altay mifologiyasında xəbərçi tanrıçası. İnsanlara tanrıların xəbərlərini gətirir. == Etimologiya == (Car/Çar/Çer) kökündən törəmişdir. Car sözü monqolcada nara, avaz, qışqırıq mənalarına gəlir. Carçı/Çerçi sözü kənd-kənd gəzən səyyar satıcıları ifadə edir, çünki hər girdiyi kənddə bağırır.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.