Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Awesome Kong
Kia Michelle Stevens (4 sentyabr 1977) — Amerika peşəkar qadın güləşçisidir. Geniş quruluşu və davamlılığı ilə diqqəti cəlb etdi. WWE Raw Kharma adlı əlavə bir rəqib olaraq tədbirin bir hissəsi idi. Professional Güləş Liqasında 2002-də debüt etdi. TNA Təsnifat Güləşçiləri Yaponiya və ABŞ qarşılaşmaları zamanı "Zəhmli Kong" adı ilə tanınan nəhəng bədən güləşçisi, ayaqları arasındakı yerə zərbə endirən "Zəhmli Bomba" hərəkəti ilə məşhurdur. TNA dövründə bir komanda olaraq güləşçi və menecer Melissa Anderson ilə bir araya gəldi. Zəhmli Kong 25 May 2019 yeni AEW ilə müqavilə imzaladı.
An Awesome Wave
An Awesome Wave — İngiltərə indi-rok musiqi qrupu Alt-J-nin debüt studiya albomu. 25 may 2012-ci ildə Infectious Music tərəfindən buraxılıb.
Ağəsmə
Ağəsmə (lat. Clematis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Acı ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Altıləçək ağəsmə
Altıləçək ağəsmə (lat. Clematis hexapetala) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Borşevikyarpaq ağəsmə
Borşevikyarpaq ağəsmə (lat. Clematis heracleifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Çində, Koreyada təbii halda yayılmışdır. 1837-ci ildən mədəni şəraitdə Avropada dekorativ bağ bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü təxminən 1 metr olan, düz, alt hissəsində oduncaqlaşmış, cod zoğları olan çoxillik bitkidir. Gövdələri düz dayanan, ancaq bünövrəsində çox və ya az oduncaqlaşmış, yumru, seyrək tükcüklü, zərifdir. Yarpaqları iri, dərili, üç-lələkvari, uzunluğu 15 sm-dəkdir. Çiçəklərin diametri təxminən 2,5 sm, 4 ədəd, parlaq mavi, ətirli, kənarları kəsikli ləçəkləri sünbülçiçək formalıdır. Avqust-sentyabrda çiçəkləyir. Toxumları 0,5-3 ay müddətində cücərir.
Bənövşəyi ağəsmə
Bənövşəyi ağəsmə (lat. Clematis viticella) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Zаqаfqаziyа, Cənubi Аvrоpа, Kiçik Аsiyаda təbii halda yayılmışdır. İrаndа 1797-ci ildən mədəni şərаitdə bеcərilir. == Botaniki təsviri == Uzunluğu 3-4 m оlаn sаrmаşаn kоldur. Yаrpаqlаrı 5-7 yаrpаqcıqdаn ibаrət mürəkkəb ikili-lələkvаridir. Çiçəkləri tək və yа 3 ədəd оlub, sаllаq, yаrım аçılmış və yа gеniş аçılmışdır. Diаmеtri 2,5-5 sm-ə çatıb, hаmаşçiçəklərə toplanmışdır. Kаsаyаrpаqlаrı dörd, alabəzək çəhrayı, bənövşəyi və ya müхtəlif çаlаrlı göy rənglidir. Kеçən ilki zоğlаrı iyun-iyuldа çiçəkləyir.
Dalayan ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Düz ağəsmə
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Dаlаyаn ağəsmə
Kolvari ağəsmə
Kolvari ağəsmə (lat. Clematis fruticosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Çin və Şimali Monqoliyadır. == Botaniki təsviri == Kiçik, düz kollardır. Gövdələri 1m-dək, budaqları xırda 4 və ya 5 hissəli, parlaqdır. Yarpaqları sadə, saplağı 0,3-1,2 sm, yarpaq ayası lansetvari, uzunsov-lansetvari və ya ensiz, rombvari - yumurtavari, bölünməmiş, hər tərəfdən 1 hissəli, kənarları bir az dişli və ya bütövdür. Çiçək altlıqları yarpaqvari, çiçəklərin diametri 1,8-3,5 sm, çiçək saplağı 0,4-1,8 sm, erkəkcikləri 8–13 mm, çılpaq, tozluqları ensiz-uzunsov, 2,5–4 mm, ucu kütdür. Yumurtaları tükcüklüdür. Avqustun axırı çiçəkləyir. Dörd ləçəkli açıq çiçəkləri yuxarıya baxır.
Mavi ağəsmə
Mavi ağəsmə (lat. Clematis glauca) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Mulatu Teşome
Mulatu Teşome (29 yanvar 1957) — Efiopiya Federativ Demokratik Respublikasının prezidenti (7 oktyabr 2013-cü ildən). Pekin Universitetinin məzunudur. 2011-ci ildən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Qısaquyruq ağəsmə
Qısaquyruq ağəsmə (lat. Clematis brevicaudata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Süpürgəvari ağəsmə
Süpürgəvari ağəsmə (lat. Clematis paniculata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. Bitki Yaponiyada və Koreyada təbii halda yayılmışdır. Sankt-Peterburqda, Cənubi Pribaltikada, Kalininqrad vilayətində, Belarusiyada, Ukraynada, Qafqazda və Orta Asiyada mədəni şəraitdə becərilir. Uzunluğu 10 m-dək olan, yarpağı tökülən lianadır. Uzunluğu 3-10 sm olan yarpaqları 3-5 yumurtavari yarpaqcıqlı olub, çılpaq və ya alt tərəfi tükcüklü, damarcıqlıdır. Ağ, ətirli çiçəklərinin diametri təxminən 3 sm olan çoxçiçəkli süpürgələrə yığılmışdır. Süpürgəvari ağəsmənin uzunsov kasayarpaqları üstdən çılpaqdır. Toxumcaları haşiyəli, bir az tükcüklü, uzun lələkvari tükcüklü, çıxıntılıdır. Süpürgəvari ağəsmə iyuldan oktyabradək davam edən bol və gec çiçəkləməsi ilə çox effektlidir.
Tamyarpaq ağəsmə
Tamyarpaq ağəsmə (lat. Clematis integrifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Yaraqlıcayarpaq ağəsmə
Yaraqlıcayarpaq ağəsmə (lat. Clematis aethusifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Üzümyarpaq ağəsmə
Üzümyarpaq ağəsmə (lat. Clematis vitalba) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. Vətəni Avropadır. Yarpaqları uzun saplaqda yerləşib, birqat lələkvari, adətən 2 cüt və 1 tək yarpaq yerləşmiş qısa saplaqlı hissələri; yumurtaşəkillidir, qaidı hissəsi az ürəkşəkillidir, tam kənarlı, iri dişlidir və yaxud düzgün olmayan hissəyə bölünmüşdür, əsasən damarlar boyunca tüklüdür. Çiçəkləri mürəkkəb qalxanvari qoltuq çiçək qrupunda toplanmış və çoxsaylıdır. Çiçək yanlığının yarpaqcıqlarının uzunluğu 1 sm-ə qədər olub, ağ və yaxud sarımtıl rəngli, uzunsov, küt, hər iki tərəfdən sıx ağ keçə-tüklüdür. Toxumlarının uzun lələkli-tüklü sütuncuğu vardır. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. Əsasən meşənin aşağı hissələrində, aşağı dağ qurşağı meşələrində, kolluqlarda, çəpərlərin dibində və çay sahillərində rast gəlinir. Azərbaycanda Samur-Şabran ovalığında, Böyük Qafqazın şərqində və qərbində, Qubada, Alazan-Əyriçay ərazilərində yayılmışdır.
Şərq ağəsmə