Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Axarsız sahələr
Axarsız sahələr — səth suları dənizlərə və ya Dünya okeanına axıb çatmayan quru iqlimi olan sahələr. Ancaq mənbələrini xeyli rütubətli sahələrdən götürən çox böyük çaylar bu sahələrdən axıb keçir və dənizə tökülür (tranzit çayları məs.: Nil). Kiçik çaylar isə ya qapalı şor göllərə (Balxaş, Çad və b.). Kontinental çökmə suxurlarının geniş yayılması A.c. üçün xarakter xususiyyətdir. Bəzi məlumata görə A.c.üçün 28 milyon km ərazini tutur ki, bu da bütün qurunun 17%-ni təşkil edir.
Axırlı
Axırlı (türk. Ahırlı) — Konya ilinin bir ilçəsi.
Hekayəti Xırsi-Quldurbasan
Hekayəti xırsi-quldurbasan — Azərbaycan dramaturqu, yazıçısı, maarifçisi, şair Mirzə Fətəli Axundovun ədəbiyyat tariximizə qızıl hərflərlə həkk olunmuş dram əsərlərindən biridir. Əsərin yaranma tarixi 1851-ci ilə təsadüf edir. == Məzmunu == Azərbaycanın ilk dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti xırsi-quldurbasan" əsərində kənd həyatından bəhs olunur. M. F. Axundov bu dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir. Dramın mövzusu kənd həyatından alınmışdır. Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur. Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır. Onlar bir-birini sevirlər. Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə nişanlayır və onlar toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdini öyrətdirib quldurluğa göndərir.