Oğru. (“Koroğlu” dastanının lüğəti)
Alacalardan aşanda,
Ərzurumu dolaşanda,
Qənimlərtək savaşanda,
Gözü qanlı xırsız gördüm.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Koroğlu səslədi:
– Ay anasını satdığımın xırsızı, niyə o yan-bu yana gedirsən, de görüm azarın nədi, sancılanmısan yoxsa? (Paris nüsxəsi, 3-cü məclis)