Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bövlər
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. == Ümumi quruluşu == Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Böyələk
Böyələk — heyvanların qanı və bitkilərin şirəsi ilə dolanan iri çibin (iri milçək). İngiliscə bir-neçə adı var - bot flies, warble flies, heel flies, gadflies və sairə. == İstinadlar == == Mənbə == Orucov Ə. və başqaları. "Azərbaycan dilinin izahlı lüğəti". — Bakı: Şərq-Qərb nəşriyyatı, 2006.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər. Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır.
Bəlx
Bəlx vilayəti
Bələd Surəsi
90-cı surə
Bələm ibni Baur
Bələm ibni Baur - Tövratda adı çəkilən dini fiqur. == İslamda == Tarix kitablarında Yuşə ibni Nunun Bəni-İsrailin düşmənlərilə vuruşduğu müharibələrdə Bəl`əm ibni Baurunun da adı çəkilib. Təfsirçilərdən bir dəstəsi də “Əraf” surəsinin ayələrini də belə təfsir ediblər. Allah taala o iki ayədə öz peyğəmbərinə xitab edərək buyurur: - “Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr. (Ey Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yolundan) azanlardan oldu. Əgər biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, ona tərəf gəlsən də, gəlməsən də hürkər (onun üçün heç bir fərqi yoxdur.) Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən misaldır.
Botlix
Botlix (avar. Болъихъ) — Dağıstan Respublikasının cənub-şərqində yerləşən kənd. Botlix rayonunun inzibati mərkəzi və ən iri yaşayış məntəqəsi. Botlix kənd sovetliyinin inzibati mərkəzidir. == Coğrafi yerləşmə == Kənd Botlix rayonun cənub hissəsində, Ansalta və Qadaro çayları arasında, Mahaçqaladan 160 km cənub-qərbdə, Andi Koysu dərəsində yerləşir. Xarami aşırımından keçən yol (2177 m) Çeçenistana (Vedeno) aparır. Ən yaxın yaşayış məntəqələri: Aşino, Raxata və Tando cənub-qərbdə, Tasuta şimal-şərqdə, Muni şərqdə, Kvanxidatli və Aşağı İnxelo cənub-şərqdə, Alak cənubda və Miarso cənub-qərbdə. == Etimologiyası == Kəndin adının mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur. Onlardan ən çox yayılana görə Botlix toponimi avarlara aiddir (avar. Бо Лъалхъ), bo — «qoşun» və лъалхъ — «durmaq» sözlərinin birləşməsindən meydana gəlmişdir.
ByeAlex
ByeAlex — 6 iyun 1984-cü ildə anadan olan Macar müğənni. ByeAlex 2013 Avroviziya Mahnı Müsabiqəsində Macarıstanı "Kedvesem" mahnısı ilə təmsil edib.
Belen
Belen (Para) — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri. Belen xanım — türk mifologiyasında səyahət ilahəsi.
Belém
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Rolex
Rolex — saatlar və aksessuarlar istehsal edən İsveçrə saat şirkətidir. Rolex ildə yarım milyondan çox saat istehsal edir. Rolex saatları ən yaxşı xam materiallardan və detallara xüsusi diqqət ayırmaqla hazırlanır. Hər bir komponent ən yüksək standartlara uyğun şəkildə dizayn edilir, hazırlanır və istehsal edilir.
Bəlx (şəhər)
Bəlx (puştu dilində: بلخ) — Əfqanıstanda Bəlx vilayətinin mərkəzi. Məzari-Şərif şəhərindən 20 km uzaqlıqda yerləşir. Zərdüştün (Zaratuştra)nın vətəni hesab edilir . Şəhərdə pambıq parça istehsalı inkişaf etmişdir.
Bəlx vilayəti
Bəlx vilayəti (puşt. بلخ, tac. Балх) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Ölkənin şimalında yerləşir. == Əhalisi == Vilayətin sahəsi 17.249 km², əhalisi 1169 min (2009) nəfər, inzibati mərkəzi isə Məzari-Şərif şəhəridir. Əhalisinin çoxluğunu təkil edən tacik və puştunlardan əlavə vilayətdə həmçinin özbəklər, həzaralar , türkmənlər, ərəblər və bəluclar yaşayır. Vilayət əhalisinin 50%-i dəricə, 27%-i puştu dilində, 11.9%-i türkməncə, 10.7%-i isə özbəkcə danışır.
Bəlx xanlığı
Bəlx xanlığı (özb. Balx xonligi / Балх хонлиги / بلخ خانلیگی) — 1850–1702-ci illərdə Cənubi Türkistan ərazisində mövcud olan özbək dövləti. Bəlx Buxara xanlığının (1526–1702) ən böyük inzibati vahidi olmuşdur. 1590-cı ildən başlayaraq, Bəlx valisi Buxara hökmdarının varisi olmuş və xan rütbəsi alaraq müstəqiliyini elan etmişdir. 1850-ci ildə Əfqanıstan Əmirliyi tərəfindən işğal edilmişdir. İlk xan Kistin Qara Sultan xan, son xan isə Rüstəş xan olmuşdur. Bəlx xanlığının ən yüksək inkişaf dövrü Həştərxanilər sülaləsi nümayəndələri, xüsusilə Nadir Məhəmməd xan və Subxankuli xan zamanında olmuşdur. Bəlx xanlığının paytaxtı eyniadlı şəhər — Həştərxanilərin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlx idi. == Çoğrafiyası == Bəlx xanlığı Hissar vilayəti ilə Hinduquş dağları arasında, qərbdən şərqə Murqab çayı və Bədəxşan arasında şimaldan cənuba uzanan geniş bir ərazini tuturdu. Bəlx xanlığının ərazisi arxeoloqlar tərəfindən kifayət qədər araşdırılmamışdır, bizə gəlmiş yazılı mənbələrin məlumatları isə çox azdır.
Ageratina boekei
Ageratina boekei (lat. Ageratina boekei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Anthemis bollei
Anthemis bollei (lat. Anthemis bollei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Botlix rayonu
Botlix rayonu (avar. Болъихъ мухъ) – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublkasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 500 km², inzibati mərkəzi Botlix kəndidir.
Brüs Bötler
Brüs Bötler (ing. Bruce Beutler) — yəhudi əsilli amerikan immunoloqu, 2011-ci ildə Jül Hofmanla birgə anadangəlmə immunitetin aktivləşməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1957-ci ildə Çikaqoda Almaniyadan Adolf Hitlerin zülmündən Amerikaya qaçmış yəhudi ailəsində anadan olub. Daha sonra ailəsi Kaliforniyada yaşayır. 1976-cı ilədək Kaliforniya Universitetində biologiya fakültəsində, daha sonra Çikaqo Universitetində tibb fakültəsində oxuyur. 1981-ci ildə tibbi diplomunu alır. 1985-1986-cı illərdə Rokfeller Universitetində yardımçı dosent (assistant professor) kimi, ardından 2000-ci ilədək Texas Universitetinin Dallas Cənub-Qərb Tibbi Mərkəzində və Howard Hughes Tibbi Institutunda müxtəlif vəzifələrdə çalışıb. 2000-2007-ci illərdə Bötler La Hoyadakı (ing. La Jolla, Kaliforniya) Scripps Tədqiqat Institutunda immunologiya bölməsində , 2007-ci ildən bəri genetika bölməsində işləyir. 2011-ci ildən həm də Texas Universitetində Sahib İmmuniteti Genetika Mərkəzinin direktorudur .
Senecio bollei
Senecio bollei (lat. Senecio bollei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Şarl Bodler
Şarl Pyer Bodler ( fr. Charles Pierre Baudelaire; 9 aprel 1821[…], Paris – 31 avqust 1867[…], Paris) — fransız şair və tənqidçi, Fransa və dünya ədəbiyyatının klassiki, yazıçısı və tərcüməçisi; bütün sonrakı Avropa şeirlərinin inkişafına təsir göstərən simvolizm estetikasının təsisçisi. 1857-ci ildə özü tərəfindən nəşr olunan "Pislik çiçəkləri" şeirlər kolleksiyası onun işində ən məşhur və əhəmiyyətli mövqeyə çevrildi. Şarl Pyer Bodler 9 aprel 1821-ci ildə Paris şəhərində anadan olmuşdur. Atası Fransua Bodler, Napoleon dövründə senator olmuşdur, kölələr, Böyük İnqilabın bir iştirakçısı idi. Oğlunun anadan olduğu ildə 62 yaşına çatdı və həyat yoldaşı yalnız 27 yaşında idi. Fransua Bodler bir sənətkardır və oğlunun erkən yaşdan bəri rəssamlıq sevgisinə aşılayırdı - muzeylər və qalereyalar aparıb, rəssamlarla tanış edib, onu atelyeye aparırdı. 11 yaşında olduqda Şarl , ailəsi ilə Lion şəhərinə köçdü və daha sonra Lion kral Kollecinə köçürülmüş bir internat evinə göndərildi. Uşaq şiddətli melankoliya əlamətlərinə məruz qalıb və təəccüblü, tənbəllik və tam yayınma ilə müəllimlərin tədqiqinə məruz qalmışdı. Ancaq Bodler ədəbiyyata və şeirə cazibəsi artıq burada özünü bildirirdi.
Borley Rektorluğu
Borley Rektorluğu - Şərqi İngiltərənin Esseks əyalətinin Borley şəhərində yerləşən və İngiltərənin ən lənətlənmiş evi kimi təsvir edilmiş məşhur ev. 1862-ci ildə Borley kilsəsinin inzibati binası kimi tikilmiş və 1939-cu ildə baş vermiş yanğından sonra 1944-cü ildə sökülmüşdür. Qotik üslublu binanın tikildiyi gündən etibarən lənətləndiyi iddia edilmişdir. 1929-cu ildə Daily Mirror qəzetində sözügedən binada paranormal fəaliyyətlərin baş verməsi ilə bağlı xəbərlər dərc edilmişdir. Harri Pris adlı parapsixoloq Borley rektorluğu binasının ingiltərədə məşhurlaşmasında xüsusi xidmətləri olmuşdur.
Ən böyük ortaq bölən
Ən böyük ortaq bölən a və b natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük natural ədədə a və b-nin ən böyük ortaq böləni deyilir və ƏBOB(a;b) kimi işarə olunur. ƏBOB (a;b)-ni tapmaq üçün: a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir. Ortaq vuruqlardan qüvvəti kiçik olanlar seçilir. Onların hasili tapılır. ƏKOB(a, b)×ƏBOB(a, b)=a×b ƏBOB (75, 45)=15 75=3×5×545=3×3×5 3×5=15 Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1-ə bərabərdir. Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (15, 16)=1 Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (37, 39)=1 Ədədlərdən biri digərinin bölənidirsə, ƏBOB bu ədədlərdən kiçiyinə bərabərdir.
Ortaq bölən və ən böyük ortaq bölən.Evklid alqoritmi
TƏRİF. a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} tam ədədlərinin hər birinin eyni zamanda bölündüyü d {\displaystyle d} ədədinə bu ədədlərin ortaq böləni deyilir. Məsələn, 60, 25, 45 ədədləri üçün 5 ədədi ortaq böləndir. TƏRİF.Verilən a 1 , a 2 , . . . , a n {\displaystyle a_{1},a_{2},...,a_{n}} ədədlərinin ortaq bölənləri içərisindən ən böyüyünə bu ədədlərin ən böyük ortaq böləni (ƏBOB) deyib, onu ( a 1 , a 2 , . .
Belem qalası
Belem qalası (port. Torre de Belém)- Portuqaliyanın paytaxtı Lissabonun Belem bölgəsində 16-cı əsrə aid tarixi bir qaladır. Qotik stilin dəvamı olan Manuelin stilində olan qala 16. əsrin başlarında Portuqaliyalı səyyah Vasko da Qama şərəfinə tikilmişdir.
Belen (Para)
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Diter Bolen
Diter Bolen (alm. Dieter Günter Bohlen‎, 7 fevral 1954[…]) – Alman pop ifaçı, Modern Talking duetinin iştirakçısı. == Həyatı == Diter Bolen 1954-cü ildə Almaniyada Hamburq şəhərində anadan olmuşdur. 1978-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. İqtisadiyat üzrə diplom qazanır. Diter müxtəlif qqruplara prodüserlik edir. 1984-cü ildə Diter Bolenin Tomas Anders ilə əmdaşlığı nəticəsində məşhur Modern Talking (səslənməsi:"Modern Tokinq") qrupu yaranır. 1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi.
Belen xanım
Belen Xanım — türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Hərbi şəhər (Botlix)
Hərbi şəhər — Dağıstan Respublikasının Botlix bölgəsindəki hərbi şəhərcik. Qəsəbə bu ada sahibdir, çünki qəsəbə Rusiyanın müxtəlif bölgələrindən göndərilən hərbçilər tərəfindən qorunur. == Coğrafiya == Qəsəbə Dağıstanın qərbində, Botlikh bölgəsindədir. Botlikh bölgəsinin mərkəzində yerləşir. == Millətlər == Hərbi Şəhərdə iki əsas millət var: Ruslar və Avarlar . İndi məntəqədə avarlardan daha çox rus yaşayır, amma avarlar da azdır.
La-Bollen-Vezübi
La-Bollen-Vezübi (fr. La Bollène-Vésubie) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokbiyer kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 35,57 km², əhalisi — 561 nəfərdir (2006) artım tendensiyası ilə: 552 nəfər (2012), əhalinin sıxlığı 15,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 550 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 552 nəfər.
Belə (şəhər)
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.