Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polad Bülbüloğlu
Polad Bülbüloğlu (doğum adı: Polad Murtuza oğlu Məmmədov; 4 fevral 1945, Bakı) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006 – h. h.), Azərbaycan SSR xalq artisti (1982), Türkmənistanın xalq artisti (2017), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (Qara Qarayevin sinifi). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb. Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin — ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.
Bülbülü ilbizcüllüt
Bülbülü ilbizcüllüt (lat. Tringa erythropus) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Bülbülü öldürmək
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur. Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir".Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur. Kitab Birləşmiş Ştatların məktəblərində tolerantlığı və qərəzsiz mövqeni təbliğ edən dərslərdə geniş şəkildə tədris olunur.
Cənub bülbülü
Qamış bülbülü
Cettia cetti (lat. Cettia cetti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin cettiidae fəsiləsinin cettia cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Təxminən 13-14 sm-dirlər. Yetkin fərdin arxa tərəfi açıq qəhvəyi, alt tərəfi ağımsov bozdur. Qısa qanadları və geniş quyruğu vardır. Sylviidae fəsiləsinə aid olduğundan onların xüsusiyyətlərini daşıyırlar: erkək və dişi fərd oxşardırlar. == Yaşayış tərzi == Bu kiçik oxuyan sərçələr əsasən Avropada yaşayırlar, amma şərqdəki populyasiyaları qısa məsafəli köçlər edirlər, çoxalma sahələri içində qışı keçirdirlər. Sıx bitki yaşamının olduğu suya yaxın yerlərdə yaşayırlar. Yuva bir kolluqda və suya yaxın olaraq düzəldilir. Bir dəfəyə 3-6 yumurta qoyurlar.
Qərb bülbülü
Qərb bülbülü (lat. Luscinia megarhynchos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin bülbül cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu adətən 17 sm, kütləsi isə 25 q olur. Rütubətli yerlərdəki, kolluqlarda və çay vadilərində yaşayırlar. Köçəri quşdur, Afrikada qışlayır.
Bülbülü öldürmək (film)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Bülbülü öldürmək (film, 1962)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.