TORPAQ

is.
1. Planetimizin bitki aləminin inkişaf etdiyi üst qatı. Yer qabığının istilik, rütubət, hava və orqanizmlərin fəaliyyəti təsiri altında dəyişmiş üst qatı torpaq adlanır. “Ümumi fiziki coğrafiya”.
// Yer qabığının tərkibinə daxil olan yumşaq, dənəvər, tündqonur rəngli maddə. Qumlu torpaq. Torpaq yığını. Meşə torpağı. Torpağın məhsuldarlığını artırmaq.
– Gözlər qır rəngli torpağa dirənir. M.İbrahimov.

// Torpaqdan olan, torpaqdan düzəldilmiş və ya tikilmiş, döşəməsi quru torpaqdan ibarət olan. Torpaq yol.
– Hənifə balağı haşiyəli tumanı ilə torpaq döşəməni süpürə-süpürə eşiyə yüyürdü. İ.Hüseynov.

2. Birinin ixtiyarında, istifadəsində olan yer, ərazi, sahə. Mülkədar torpaqları.
– Çox adamın inanmağı gəlmirdi ki, lütün birinə pulsuz-parasız torpaq verələr. Mir Cəlal.

3. Yer (göy qarşılığı).
Səmada, torpaqda düşür qırhaqır, Yerdən alov yağır, göydən od yağır. M.Rahim.

4. Toz-torpaq.
Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq.

5. Dövlət, məmləkət, ölkə.
Faşistlərin yuqoslav torpağına hücum etməsi çox oğulları öz yurdundan, ailəsindən ayırdı. S.Vəliyev.

6. məc. Vətən, yurd, el.
Torpağına girsə düşman; Köksün olsun süngü, qalxan!… A.Şaiq.
Torpağın eşqilə vurur ürəyi; Vətənə bağlıdır qəlbi, diləyi. M.Rahim.

◊ Torpağa düşmək köhn. – qabağında diz çökmək, ayağına yıxılmaq.
Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğanə gəlsin! Q.Zakir.
[Gültəkin:] Dövlət bəy, aciz bir qadın kimi diz üstündə torpağa düşüb sizə yalvarıram.
Məndən uzaqlaşın. C.Cabbarlı.

Torpağa getmək – ölmək, vəfat etmək.
Qəflətən Möhsün müəllim xəstələndi və gözlənilmədən bu pak insan torpağa getdi. S.Rəhimov.

Torpağa (qara torpaqlara) tapşırmaq (gömmək) – bax torpağa təslim etmək.
[Musa:] Bir dənəcik yavrumu, vərəmli qardaşımı … bu tək əlimlə qara torpaqlara gömdüm. H.Cavid.

Torpağa təslim etmək tənt. – basdırmaq, dəfn etmək.
Pərini torpağa təslim edəndən sonra bütün oba… ovçunu da laləli dərənin kənarına qədər ötürdü. Ə.Məmmədxanlı.

Torpağı qədər (sanı) yaşasın (yaşayasan) – ölü haqqında danışarkən qarşısındakı adama uzun ömür arzulamaq mənasında işlənir.
Məmmədcəfər də bəzi işlərində (torpağı sanı yaşayasınız) rəhmətlik dayısı Hacı Səttar bəyə çox oxşayır. Qantəmir.

Синонимы

  • TORPAQ 1. TORPAQ Dənizləri aşaram; Torpaqda da, suda da; Şən, fərəhli yaşaram (M.Dilbazi); XAK Ani-vahiddə xütteyi-Şirvan; Oldu, səd heyf, xak ilə yeksan (M
  • TORPAQ yer
  • TORPAQ ölkə — məmləkət — ərazi

Этимология

  • TORPAQ Əsli topraq formasında olub. Təpik sözü ilə bağlıdır: “ayağımızın altında olan” deməkdir: top (raq) və təp (ik) arasındakı fonetik oxşarlıq da bunu sü
TOROS
TORPAQALTI
OBASTAN VİKİ
Bremen (torpaq)
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Torpaq
Torpaq — yer qabığının bitki bitən üst münbit qatı. == Tərifi == Torpağa ilk elmi tərif V. V. Dokuçayev tərəfindən verilmişdir: "Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş "açıq" və ya xarici qatına torpaq deyilir". O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar "yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri" nəticəsində yaranmışdır. V. V. Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral ("biokos") dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V. R. Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir". Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q. Ş. Məmmədov, 2007). Torpağın ən üst qatının rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir.
Ağ Torpaq
Ağ Torpaq — Frans-İosif Torpağı arxipelaqı daxil olan qrup. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 381 metr təşkil edir. Sahəsi 288 km²-dir. Qrupa daxil adaların üzəri çoxillik buzla örtülmüşdür. Frans-İosif Torpağı arxipelaqının digər adalarından Şimal-Şərq boğazı ilə ayrılır. == Coğrafiyası == Qrupa daxil olan adalar: Yeva-Liv adası — ada arxipelaqın şimal-şərqində yerləşir. Freden adasından Sars boğazı ilə ayrılır. Ucqar qərb nöqtəsi Klyuv, şimal-şərq nöqtəsi isə isə Mesyaseva burnudur. Sahəsi 288 km², ən hündür nöqtəsi 381 metrdir.
Federal torpaq
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. == Coğrafiyası == Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Qum (torpaq)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. == Radioaktivliyi == Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Torpaq (1988)
== Məzmun == Filmin mövzusu humanist prinsiplər üzrə yaşayan hər bir kəsi düşündürür. Kinolentdə söhbət yaxın vaxtlara qədər Ermənistanda yaşamış, indi isə öz doğma ev-eşiyindən qovulmuş iki yüz min azərbaycanlının acı taleyindən gedir. Bu adamlar öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Filmdə Alim Qasımovun ifasında M.Ə. Sabirin "Bizdə bu soyuq qanları neylərdin, İlahi" şeri zəminxarə muğamı üstündə səslənir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor-Debütant: Vaqif Azəryar Ssenari müəllifi: Toğrul Cuvarlı, Qismət Babayev Operator: Amin Novruzov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Torpaq (2002)
== Məzmun == Filmdə deyilir ki, Vətənin hər bir daşı millət üçün qiymətlidir, əzizdir. == Film haqqında == Filmin ssenarisi qədim türk əfsanəsinin motivləri əsasında yazılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiz İsmayılov Ssenari müəllifi: Aydın Dadaşov Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Fərhad Rzayev, Vyaçeslav Jestkov Cizgi rəssamı: Arifə Hatəmi, Rauf Dadaşov, Firəngiz Quliyeva Fon rəssamı: Hüseyn Cavid İsmayılov Musiqi tərtibatı: İsmayıl Dadaşov Səs operatoru: Marat İsgəndərov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Torpaq (Almaniya)
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Torpaq (dəqiqləşdirmə)
Torpaq — Yer qabığının bitki bitən üst münbit qatı. Torpaq (film, 1989) — Film. Torpaq (film, 2002) — Film. Torpaq (ərazi vahidi) — Almaniya və Avstriyanın federativ dövlət quruluşunun əsasını təşkil edən inzibati-ərazi vahidi.
Torpaq Ana
Torpaq Kadastrı
Torpaq kadastrı — torpaq istifadəçiliyinin (torpaq üzərində hüquqların) dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Torpaq istifadəçiliynin (sahələri üzərində hüquqların) dövlət qeydiyyatı == Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir.O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır. Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir.
Torpaq Krallığı
Yer Krallığı — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir dövlət. Bu (xəritəyə görə) Avatar dünyasın şərqinin böyük hissədə yerləşən kontinentdə yerləşən, Kral tərəfdən idarə edilən konfederativ monarxiyadır. Paytaxtı - Ba Sinq Se. Əraziyə görə Avatar dünyanın ən böyük dövlətdir. Hava köçəriləri və Su tayfasıdan fərqli olaraq o gədər də magiyanı istifadə edə bilən bilən adamların azlıqdan görə əziyyət çəkmir. == Görünüşü == Millətin görünüşü qədim Çindən yaradılmışdır (Tzin sülaləsin dövrü). == Mədəniyyət == Yer Krallığda yaşayan camaatın mədəniyyəti regeonlara görə çoxşaxəlidir.
Torpaq aerasiyası
Torpaqdakı hava ilə atmosfer havasının mübadiləsi - dəyişilməsidir. Torpaq aerasiyasında torpaqdakı hava oksigenlə zənginləşir. Torpaq aerasiyası bitkinin boy atması və inkişafı üçün zəruridir.
Torpaq coğrafiyası
Torpaq coğrafiyası— Dünya üzrə torpaqların yayılmasının qanunauyğuluğunu öyrənən elmdir. Torpaqların coğrafi yayılmasının qanunauyğunluqları yer səthində təbii şəraitin yayılması qanunauyğunluqlarına tabedir. Bu elm həm torpaqşünaslığın, həm də fiziki coğrafiyanın tərkib hissəsidir. == Torpaq coğrafiyasının strukturu == Torpaq coğrafiyası iki hissədən ibarətdir: Ümumi. Regional. Ümumi torpaq coğrafiyası əsasən torpaqəmələ gəlmənin və torpaqların yer kürəsi üzrə yayılmasının qanunauyğunluqlarını, regional torpaq coğrafiyası isə torpaqların zonallaşmasını və konkret bölgə üzrə yayımasını öyrənir . == Torpaq coğrafiyasının inkişaf tarixindən == Torpaqların müxtəlifliyi və fərqli yayılması çoxdan məlum olub. Ancaq onun bir elm kimi formalaşması XIX əsrə təsadüf edir. Vasili Dokuçayev ilk dəfə Rusiya düzənliyində torpaqların enlik-zonallıq üzrə yayılmasını öyrənmiş vəmüəyyən etmişdir ki, şimaldan cənuba hərəkət etdikcə tundra torpaqları, podzol torpaqlar, boz meşə torpaqları, qara torpaqlar, şabalıdı torpaqlar və boz yarımsəhra torpaqları bir-birini ardıcıl olaraq əvəz edir. Dokuçayev aldığı nəticələri xəritəyə köçürərkən, eyni miqdara malik humus xətlərini birləşdirdikdə onların cənub-qərbdən şimal-şərqə doğru ən dolğun tərkibdə olduğunu qeyd etdi.
Torpaq kolloidləri
Torpaq kolloidləri - ölçüsü 0,2 mkm-dən (bəzi müəlliflərə görə 0,1 mkm-dən) kiçik torpaq hissəciklərinə deyilir. == Kolloid == Ümumiyyətlə kolloid hər hansı maddənin yüksək dərəcədə kiçik hissələrə parçalanmış (və ya disperslik) halı adlanır. Hər bir bərk cismi xırdalamaq yolu ilə kolloid halına salmaq olar. Təbii halda torpağın kolloid hissəcikləri kəltənlər və aqreqatlar şəklində birləşmiş olurlar. Onları yenidən kolloid hissəciklərə ayırmaq üçün torpaq natrium ionları ilə doydurulur. Kolloid hissəciklər yarandıqları mühitdə asılı halda olur. Kolloidlərin bu halına zol deyilir. Kənar təsir nəticəsində kolloidlər zol halını itirib çökməyə başladıqda bu hadisə koaqulyasiya (pıxtalaşma) adlanır. Kolloidlərin yükünü itirmiş və iriləşmiş yumşaq çöküntülərinə gel deyilir. Torpaq kolloidləri mineral, üzvi və üzvi-mineral olmaqla üç qrupa bölünür.
Torpaq mikroorqanizmləri
Torpaq mikroorqanizmləri == Torpaq mikroorqanizmlərin növləri == Torpaqda mikroorqanizmlərin bir çox növləri – bakteriyalar, aktinomisetlər və göbələklər məskən salmışdır. Hesablamalar göstərir ki, çürüntülü torpağın 2-15 sm dərinlikdə olan qatının 1 qr torpağında 1-dən 10 milyarda qədər bakteriya, 20 milyon şüalı göbələk, 100 minə qədər göbələklər, 100 min yosunlar, 1 milyona qədər ibtidailər və s. olur. == Torpaqda mikroorqanizmlərin rolu == Mikroorqanizmlər torpaqda heyvan və bitki qalıqlarını sadə mineral birləşmələrə parçalayıb, onları yenidən bitkilərin və heyvanların istifadəsinə qaytarırlar. Bitkilərin karbohidratlı qidası üzvi maddələrin mikroorqanizmlər tərəfindən CO2 -yə qədər parçalanması nəticəsində əmələ gəlir. Torpaqda mənimsənilə bilən azotlu maddələr də mikroorqanizmlərin iştirakı ilə əmələ gəlir. Torpağın fiziki və kimyəvi xüsusiyyətlərindən asılı olaraq, oradakı mikroorqanizmlər həm sayca, həm də növ tərkibinə görə dəyişirlər. == Torpağın mikrobiotası == Torpağın mikrobiotasına onun tipi, ilin fəsilləri, torpağın şumlanması, ona müxtəlif gübrələrin verilməsi və s. böyük təsir göstərir. Zəif qələvili əkin torpaqlarında bakteriyaların miqdarı çox, nisbətən turş, bataqlıq və ya torflu torpaqlarda isə az olur.
Torpaq rakşiləri
Torpaq rakşiləri (lat. Brachypteraciidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Torpaq sahəsi
Torpaq sahəsi – dövlət torpaq kadastrında və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhəddi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. == Hüquqi statusu == Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamaşdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. == Bölünən torpaq sahələri == Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirələ bilər. == Bölünməz torpaq sahələri == Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədi ilə dövlət qeydiyyatına alına bilən topraq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasında 1 m² torpaq sahəsi Dövlət Torpaq kadastrında hüquqi qeydiyyata alına bilər.
Torpaq sovkası
Torpaq sürüşməsi
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Torpaq vergisi
Torpaq çərşənbəsi
Torpaq çərşənbəsi və ya Axır çərşənbə — Novruz bayramının sonuncu, dördüncü çərşənbəsi. Xalq arasında "İlaxır çərşənbə" kimi də adlanır. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “Zında çərşənbə", "Xak çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Sonuncu, həm də «ilaxır çərşənbə»də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
Torpaq şibyəyeyəni
Torpaq şibyəyeyəni (lat. Eilema palliatellum) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi çox kiçikdir. Qanadları açılmış halda 8-10 mm-dir. Ön qanadları açıq-sarıdır. Bu növ əvvəlki növdən açıq rəngli alnı ilə fərqlənir. Tırtılı boz-qonur rəngdə olub, kürək üzərindəki xətt tünddür, yan xətlər çirklənmiş sarıdır. Başı qaradır. == Həyat tərzi == Tırtılı torpaq şibyələri ilə qidalanır və bu mərhələdə qışlayır. M.A.Darçeva, V.V.Dubatolovun məlumatlarına görə tırtılına mərkəzi Kopetdağda kütləvi surətdə rast gəlinir.
Yeni Torpaq
Yeni Torpaq — Şimal Buzlu okeanda yerləşən arxipelaq. Kara dənizi və Barens dənizləri arasında qərar tutur. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti «Novaya Zemlya» rayonuna daxildir. == Coğrafiya və iqlim == Arxipelaq iki iri adadadan və bir sıra xırda adalardan ibarətdir. Şimal adası və Cənub adası ən iriləri olub aralarında ən ensiz yeri 2 km olan Matoçkin Şar boğazı yerləşir. Kiçik adalar arasında ən irisi Mejduşarski adasıdır. Şimal adasının şərq qutaracağında Avropanın adada yerləşən ən ucqar nöqtəsi olan Flissinqski burnu yerləşir. Arxipelaq cənub-qərbdən şimal-şərq qutaracağına qədər 925 km məsafədə uzanır. Arxipelaqın ucqar şimalı Böyük Oranski adalarıdır. Cənub qutaracağı Petuxov arxipelaqı, şərq qutracağı Qusinaya Zemlya yarımadasında yerləşən adsız burun, şərq qutaracağı isə Şimal adasında yerləşən Flissinqski burnunda yerləşir.
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı
"Xam torpaqlardan istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 20 oktyabr 1956-cı il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
2019 Abankayda torpaq sürüşməsi
2019 Abankayda torpaq sürüşməsi — 27 yanvar 2019-cu ildə Perunun Abankay şəhərində baş vermiş torpaq sürüşməsi. Hadisə nəticəsində toy mərasimi keçirilən otelin bir hissəsinin çökməsi zamanı ən azı 15 nəfər həlak olmuş, 34 nəfər isə yaralanmışdır. 100 nəfərin iştirak etdiyi "Alhambra" mehmanxanasında baş verən torpaq sürüşməsi otelin yıxılmasına səbəb olmuşdur. Torpaq sürüşməsi günün əvvəlində baş verən aramsız yağışların nəticəsində baş vermişdir.
ABŞ Federal Torpaqları
Federal Torpaqlar (ing. Insular areas, hər. təcrid olunmuş ərazilər) — ABŞ-nin federal torpaqlarına ölkənin heç bir ştatına və federal ərazisinə tabe olmayan adaları daxildir. Palmira atollu — hazırda birləşdirilmiş yeganə ərazidir, yəni Birləşmiş Ştatların ayrılmaz hissəsidir. Palmira atollunun xüsusi statusu heç bir şəkildə yeri və əhəmiyyəti ilə əlaqəli deyil, atollun dövlət statusu aldığı 1959-cu ilə qədər Havay ərazisinin bir hissəsi olması səbəbindən yaranan qanuni bir hadisədir (lakin atollun tərkibindən çıxması ilə). Birləşdirilməmiş ərazilər konsepsiyasının özü, 1901-ci ildə İspaniya ilə müharibədən sonra 1898-ci ildə ABŞ-nin tərkibinə daxil olan adaların statusu haqqında Ali Məhkəmənin bir sıra qərarlarına qədər rəsmi olaraq mövcud deyildi. Buna görə, Konqresin bu presedentdən əvvəl təşkil etdiyi bütün ərazilər, Havay Bölgəsi də daxil olmaqla (1898-ci ildə təşkil edilmiş) avtomatik olaraq birləşdirilmiş sayılırdı. Amerika Birləşmiş Ştatlarının özünü və ya bir hissəsini birləşdirilmiş ərazidən təsisata çevirərək hər hansı bir ərazi üzərində suverenlikdən imtina etməsi üçün bir qanuni mexanizm mövcud deyil və bu səbəbdən 1901-ci ilə qədər birləşdirilmiş Havay Ərazisinin bir hissəsi olan Palmyra Atoll, 1959-cu ildən sonra öz statusunu qorudu. inzibati olaraq Havaydan ayrıldı. Federal vergi ödəməmələrinə və prezident seçkilərində iştirak edə bilməmələrinə baxmayaraq bir sıra ada ərazilərinin sakinləri ABŞ vətəndaşı sayılır.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu
Torpaqşünaslıq və Aqrokimya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevdir.. == Tarixi == Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. == Rəhbərlər == İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V. R. Smirnov-Loqinov; akad. C . M. Hüseynov, V. R. Volobuyev; EA-nın müxbir üzvləri: S. Ə. Əliyev, M. M. Salayev; akad. Q. Ş. Məmmədov; akad. M. P. Babayev. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad.
Almaniya torpaqları
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Altay və Sayan dağlarının torpaqları
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. == İqlimi == İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Avstraliya torpaqları
Avstraliya torpaqları — Avstraliyanın hüdudları daxilində mövcud olan torpaq örtüyü. Ərazinin çox hissəsini tutan səhralar boz və boz-qəhvəyi torpaqları, cod otu və tikanlı kolluqları olan yarımsəhralarla əhatələnmişdir. Yağıntının miqdarı artdıqca (qərb, şimal və şərq tərəf) qırmızı-qonur yarımsəhra, qırmızı-qonur və qırmızı lateritli savannaya keçir. Savanna şimal-şərqdə həmişəyaşıl tropik, cənub-şərq və cənub-qərbdə rütubətli evkalipt meşələri ilə əvəz olunur. Materikin şimal və şərqində qırmızı-sarı lateritli, dağlarda tropik-qara, sarı-qonur, dağ-çəmən torpaqları yayılmışdır. Yarımsəhra və savannalardakı təbii otlaqların Avstraliya üçün böyük əhəmiyyəti var. Əmtəə əhəmiyyətli meşələr materikin təqribən 2%-ni tutur.
Avtomorf səhra torpaqları
Avtomorf səhra torpaqları — relyefin yüksək düzənliklərində formalaşmış profili yaxşı inkişaf etmiş boz-qonur torpaqlar. Bu torpaqların xarakterik əlamətlərindən biri səthinin qaysaqlı olması və humus horizontunun zəif ifadə olunmasıdır. Bu horizont tədricən bərkimiş, yüksək dispersliyi ilə fərqlənən qatda əvəz olunur. Boz-qonur torpaqlarda qaysağın yaranması mineral və üzvi hissənin yüksək dispersliliyi və torpaqların hidrotermik rejimindəki kontraslılıqla əlaqədardır. Torpaqların yüksək dispersliliyinə səbəb torpaq məhlulunun qələvi reaksiyasıdır. Qələvilik yovşanlı-şoranlı bitkilərin minerallaşması zamanı natrium karbonatlarının və biokarbonatların yaranması ilə əlaqədardır. == Morfoloji əlamətləri == Üstyurd platosunun mərkəzi hissəsində tipik boz-qonur torpaqlar aşağıdakı strukturluğa malikdir: Ak horizontu — qaysaqlı qat poliqonal elementlərə malikdir, qalınlığı 3–6 sm-dir. A horizontu — humus, boz-qonur rəngdə. Yuxarı hissəsində köklər zəif, aşağıya doğru yumşaq olduğundan yaxşı inkişaf edir. Qalınlığı 10–15 sm.
Ayı adası (Yeni Torpaq)
Ayı adası — Yeni Torpaq arxipelaqına daxil olan kiçik ada. Ada BArens dənizinin bir hissəsi olan Mityuşex körfəzinin mərkəzinndə yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada üçbucaq formasına malikdir. Maksimal hündürlüyü 8 metrdir. Ətrafında qabarmanın hündürlüyü 1 metrdir. Arktika iqlimi zonasında yerləşməsi səbəbindən kasad bitki örtüyünə malikdir. Adada göl və çay yoxdur. Ayı adasından bir qədər şimal-qərbdə Qaqaçiy adası yerləşir.
Az humuslu ibtidai çəmən-boz torpaqlar (Orta Kür depresiyası)
Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir. == İqlimi == Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir. == Morfo-genetik xüsusiyyətləri == Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər. Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı. Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi.
Azərbaycan Ana Torpaq Partiyası
Azərbaycan Ana Torpaq Partiyası — 1992-ci ildə yaradılan, 1995-ci ildə Müsavat Partiyasına birləşən siyasi partiya. == Haqqında == Azərbaycan Ana Torpaq Partiyasının təsisçisi Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin qardaşı Rövşən Qəmbərdir. Partiya təsisçiləri sırasında daha sonralar İxtiyar Şirinlə birgə Milli Konqres Partiyasını təsis etmiş Sircəddin Hacı, Rafiq Məmmədli, Allahverdi Orucov, kimya üzrə professor Rafiq Əliyev, gənc jurnalist Fəridə Məmmədova, professor Famil Mehdi də olmuşdur. Partiya 26 fevral 1992-ci ildə Xocalı Soyqırımına baş verməsinə cavab axtaran, ermənilərin törətdikləri cinayəti anlaya bilməyən "Quruçay" cəmiyyətinin fəallarının qurulmasəna təşəbüs etdiyi bir siyasi təşkilat kimi meydana gəlib. 1992-ci ilin mart ayında partiyanın quruluşu üçün təşəbbüs başladılmışdır. 15 avqust 1992-ci ildə partiya quruluş qurultayını gerçəkləşdirmişdir və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Partiya qeydiyyata alınan sayca 8-ci partiya olmuşdur. Partiya Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunun ən vacib problem sayaraq parlament sədri ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub. Partiyanın sədri Rövşən Qəmbər olmuşdur. Partiya 1995-ci ildə Müsavat Partiyasına birləşmişdir.
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi — 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə yaradılan qurum. Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. == Tarixi == DTK 1996-cı ildən başlayaraq, əsası böyük Dövlət xadimi Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni 1992-ci ildə Muxtar Respublikanın Julfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının bütünlükdə respublika ərazisində həyata keçirilməsini icra etməyə başlamışdır. 2001-ci ildə ölkədə aparılan struktur islahatları çərçivəsində Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 460 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Komitə Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa Komitə qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili üçün texniki sənədləri hazırlayır, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin layihələşdirilməsini və nəşrini təmin edir. Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini həyata keçirir. Bu vaxtadək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həyata keçirdiyi başlıca işlərdən biri torpaq islahatları olmuşdur. Bu mərhələdə torpaq payı almaq hüququ olan 3 milyon 500 minə qədər subyektə torpaq payı verilmişdir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir.
Azərbaycanın torpaq örtüyü
Azərbaycanın torpaq örtüyü—Azərbaycanda boz, sarı, şabalıdı, şoran, allüvial-çəmən, dağ-çəmən torpaqları yayılmışdır. == Allüvial-çəmən-meşə torpaqlar == Allüvial-çəmən-meşə torpaqları genetik əlaqələri kifayət qədər öyrənilmişdir. Bu istiqamətdə ilkin tədqiqatların ötən əsrin birinci yarısında S.A.Zaxarov, V.P.Simirnov-Loginov və b. aparmışlar. Sonralar bu torpaqlarda H.Ə.Əliyev, M.E.Salayev, G.Ş.Həsənov və b. tərəfindən tədqiqat işləri davam etdirilmişdir. === Yayıldığı ərazilər === Allüvial-çəmən-meşə torpaqlar Böyük və Kiçik Qafqazın quru çöllər zonasında çayların geniş subasarlarında yayılmışdır. Bu torpaqların formalaşmasında çayların gətirdiyi allüvial çöküntülərlə yanaşı, həm də qrunt suların təsiri də böyükdür. Bu torpaqlara eyni zamanda geniş massivlərə Kür və Alazan çaylarının subasar zonasının meşələri altında və Xudat ətrafı ovalığın cavan dəniz terraslarında rast gəlinir. === Mexaniki tərkib === A1 və A2 qatları təzə gətirilmiş nazik təbəqəvari lilli çöküntülərdən ibarətdir.
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (türk. Ağalık) — Osmanlı imperiyasında vergi yığan mülkədar olan ağa tərəfindən idarə olunan feodal vahidi. Bosniya tarixində "ağalıq" adətən bir ağaya məxsus torpaq mənasında işlənir.
BDU Ekologiya və torpaqşünaslıq fakültəsi
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biridir. == Haqqında == Ekologiya və torpaqşünaslıq fakültəsi 2011-ci ildə BDU Elmi Şurasının 20 noyabr 2010-cu il tarixli 15 saylı qərarı əsasında rektorun R-03 saylı 16.01.11 tarixli əmri ilə yaradılmışdır. Fakültənin dekanı prof. Akif Ağbabalıdır == Kafedralar == Fakültənin tərkibinə aşağıdakı kafedralar daxildir: Ekoloji kimya Coğrafi ekologiya Bioekologiya Torpaqşünaslıq Yerquruluşu və kadastr Həyat fəaliyyətinin təhlükəsizliyi == Laboratoriya == Fakültənin strukturuna 1 elmi-tədqiqat laboratoriyası daxildir. Ekoloji kimya və ətraf mühitin mühafizəsi == Təhsil == Fakültədə təhsil əyani və qiyabi formada, azərbaycan, rus və ingilis dillərində aparılır.
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biridir. == Haqqında == Ekologiya və torpaqşünaslıq fakültəsi 2011-ci ildə BDU Elmi Şurasının 20 noyabr 2010-cu il tarixli 15 saylı qərarı əsasında rektorun R-03 saylı 16.01.11 tarixli əmri ilə yaradılmışdır. Fakültənin dekanı prof. Akif Ağbabalıdır == Kafedralar == Fakültənin tərkibinə aşağıdakı kafedralar daxildir: Ekoloji kimya Coğrafi ekologiya Bioekologiya Torpaqşünaslıq Yerquruluşu və kadastr Həyat fəaliyyətinin təhlükəsizliyi == Laboratoriya == Fakültənin strukturuna 1 elmi-tədqiqat laboratoriyası daxildir. Ekoloji kimya və ətraf mühitin mühafizəsi == Təhsil == Fakültədə təhsil əyani və qiyabi formada, azərbaycan, rus və ingilis dillərində aparılır.
Başqırdıstanın torpaq örtüyü
Başqırdıstanın torpaq örtüyü — yetərincə müxtəlifdir. Uralönünün şimalında çimli-podzollaşmış torpaqlarda cökə, bəzən də palıd və ağcaqayın qarışığı olan küknar-ağ şam qarışıq meşələri yayılmışdır. Cənuba getdikcə bunlar tünd-boz meşə və çimli-karbonatlı torpaqlarda zəngin meşəaltına malik və cökə, ağcaqayın, palıd, bəzən qarağacdan ibarət enliyarpaqlı meşələrlə, yerli meşələr isə çox vaxt ikincili çökəliklər, tozağacı meşələri və ağcaqovaqlıqlarla əvəz olunur. Başqırdıstanın düzənlik ərazisinin təqribən 50%-ini meşə-çöllər tutur. Uralönündə tünd-boz meşə torpaqlarında adalar şəklində yerləşən qarağac qarışıq palıd-tozağacı və cökə meşələri tipik və karbonatlı qaratorpaqlardakı taxıllı-müxtəlifotlu çəmən və müxtəlifotlu-şiyavlı bozqırlarla növbələşir. Uralarxasının meşə-çöllərində tozağacı və tozağacı-şamağacı meşələri, adi və cənub qaratorpaqlarında, bəzən şorakətvarı qaratorpaqlarda və şorakətlərdə şırımlı-topallı-şiyavlı çöllər, həmçinin çəmən və bataqlıqlar üstünlük təşkil edir. Başqırdıstanın cənubunda adi və cənub qaratorpaqlarında kolluqlu (qızılıakasiya, topulqa) və daşlı çöllər yayılmışdır. Bozqır sahələr, əsasən, şumlanmışdır. Çay dərələrində qızılağac meşələri, bataqlıqlar və subasar çəmənlər inkişaf etmişdir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur.
Boz-qonur torpaqlar
Boz-qonur torpaqlar — kimyəvi analiz nəticələrinə görə tərkibi genetik qatlar üzrə eyni olmayan torpaq tipi. Bu torpaq tiplərinə əsasən isti ərazilərdə rast gəlinir. == Morfoloji tərkibi == Qaysaq qatda silisium oksid aşağı qatlarla müqayisədə çoxdur. Digər göstəricilərdən kalsium, maqnezium, dəmir üst qatlardan aşağı qatlara doğru çoxalır. Boz-qonur torpaqların qranulometrik tərkibi çox fərqlidir, lakin qumlu və yüngül gillicəli torpaqlar daha çox üstünlük təşkil edir. Bu torpaqların üst hissəsi əksər hallarda çınqıllıdır. Boz-qonur torpaqların mineroloji tərkibində 0,1–0,25 mm ölçüdə olan fraksiyalarda kvars qaysaq qatdan humus və bərkimiş qata doğru miqdarı azalır, lakin qırıntılı silikatların, ağır mineralların miqdarı isə əksinə artır. Boz-qonur torpaqların reaksiyası qələvidir. Karbonatların maksimal toplanması üst horizontlarda müşahidə edilir. Səthdən bir qədər aşağıda gips toplanmışdır.
Boz-qəhvəyi torpaqlar
Boz-qəhvəyi torpaqlar — yayıldığı quru bozqır landşaft tipi Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun şimal qurtaracağında formalaşmışdır. == Morfoloji tərkibi == Bu torpaqlarda humus qatının qalınlığı 40–50 sm-dir və dənəvər-xırda kərtənli struktura malikdir. Qranulometrik tərkibcə ağır gillicəlidir. Məsaməliliyi 54–58%-da tərəddüd edir. Qrunt suyu 3,0–4,0 m dərinlikdə yerləşir. Suya davamlı aqreqatların miqdarı 50–60%-dir. Boz qəhvəyi torpaqlar taxıl, tərəvəz və üzümçülük altında istifadə olunur və gələcəkdə üzüm plantasiyalarının inkişaf etdirilməsi üçün çox əlverişlidir. == İqlimi == Quru subtropik bozqır iqlimi mülayim qışı və isti yayı ilə səciyyələnir. Orta illik temperatur 13,0–14,20C arasında dəyişir. Yağıntının orta illik miqdarı 280–320 mm təşkil edir və onun yüksək miqdarı ilin soyuq dövründə düşür.
Boz meşə torpaqları
Boz meşə torpaqlar — bütöv zona əmələ gətirməyən torpaq tipləri. Bu torpaqlar Şimali Amerikanın Atlantik okeanı sahili ərazilərində və Avrasiyanın Avropadan Baykalətrafı rayona qədər ərazilərində yayılmışdır. Keçmiş SSRİ ərazisinin 3 %-i bu torpaqların payına düşür. == İqlimi == Boz torpaqlar kontinental iqlim şəraitində inkişaf etmişdir. Soyuq və kontinental iqlim Avrasiyada qərbdən şərqə doğru çoxalır. Qərbdə havanın orta illik temperaturu +7 °C, yanvarın orta temperaturu −6°C-yə yaxın, şaxtasız keçən günlərin sayı 250-yə çatır. Şərqdə bu göstəricilər müvafiq olaraq −4,5 °C, −28 C-yə yaxın və 180 gün təşkil edir. Uraldan qərbdə boz torpaqların formalaşdığı zonada yağıntıların illik miqdarı 500–600 mm, Şərqdə Baykal ətrafında 300 mm-ə yaxın olur. Yay temperaturu eyni olub, +19°C-dən +20°C-yə qədər dəyişir.. == Genetik xüsusiyyətləri == Meşə döşənəyi kül elementləri ilə zəngindir.
Boz qəhvəyi torpaqlar
Boz-qəhvəyi torpaqlar — yayıldığı quru bozqır landşaft tipi Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun şimal qurtaracağında formalaşmışdır. == Morfoloji tərkibi == Bu torpaqlarda humus qatının qalınlığı 40–50 sm-dir və dənəvər-xırda kərtənli struktura malikdir. Qranulometrik tərkibcə ağır gillicəlidir. Məsaməliliyi 54–58%-da tərəddüd edir. Qrunt suyu 3,0–4,0 m dərinlikdə yerləşir. Suya davamlı aqreqatların miqdarı 50–60%-dir. Boz qəhvəyi torpaqlar taxıl, tərəvəz və üzümçülük altında istifadə olunur və gələcəkdə üzüm plantasiyalarının inkişaf etdirilməsi üçün çox əlverişlidir. == İqlimi == Quru subtropik bozqır iqlimi mülayim qışı və isti yayı ilə səciyyələnir. Orta illik temperatur 13,0–14,20C arasında dəyişir. Yağıntının orta illik miqdarı 280–320 mm təşkil edir və onun yüksək miqdarı ilin soyuq dövründə düşür.
Bərəkətli torpaq (film, 1954)
Bərəkətli torpaq qısametrajlı sənədli filmi rejissor Lətif Səfərov tərəfindən 1954-cü ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Zaqatala torpağında yetişdirilən kənd təsərrüfatı məhsullarından, bu bölgənin zəngin təbiətindən və qabaqcıl əmək adamlarından danışır. == Məzmun == Film Zaqatala torpağında yetişdirilən kənd təsərrüfatı məhsullarından, bu bölgənin zəngin təbiətindən və qabaqcıl əmək adamlarından danışır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bərəkətli torpaqlar üzərində (roman)
Bərəkətli torpaqlar üzərində — Orxan Kamalın 1954-cü ildə yazdığı roman. == Məzmun == Romanda pul qazanmaq ümidi ilə kəndi tərk edərək şəhərə köç edən üç dostun, yəni Yusif, kösə Həsən və pəhlivan Əlinin yaşadıqlarından bəhs edilir. Orxan Kamal roman haqqında, "Bu kitab öz bilgim və ədəb-ərkanım xaricində, pis iş şəraitində, bir tikə çörək üçün zəhər kimi ömür sürən insanların topladığı materiallarla yaradılmışdır. Müxtəlif kaptanları, ustaları, ustad köməkçilərini yığıb səhərə qədər oxudum, qulaq asdılar. "Bağışlayın" dedilər, "bu qədərdir. Bütün dedikləriniz doğrudur. Hətta yarımçıqdır. Çukurovanın bərəkətli torpaqlarında sizi insan edən şeylər olur. Roman 1979-cu ildə Erden Kıral (türk.) tərəfindən filmə uyğunlaşdırılmışdır.

Значение слова в других словарях