Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bülbülün abidəsi
Bülbülün abidəsi — Bakı şəhərində Bülbülün xatirəsinə ucaldılmış abidə. == Məzmun == Bülbülün abidəsinin müəllifi heykəltaraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidə Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində ucaldılmışdır. == Açılışı == 31 oktyabr 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılışında iştirak etmişdir. Açılış mərasimində həmçinin Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert Körner, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak etmişlər.
Bülbülün büstü
Bülbülün bürünc büstü — Şuşa şəhərində ucaldılmış bürünc büst. Abidə ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılır ki, orada metal kimi satılsın. Sonralar bu büstlər Azərbaycan hakimiyyəti tərəfindən alınır.
Bülbülün heykəli
Bülbülün abidəsi — Bakı şəhərində Bülbülün xatirəsinə ucaldılmış abidə. == Məzmun == Bülbülün abidəsinin müəllifi heykəltaraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidə Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində ucaldılmışdır. == Açılışı == 31 oktyabr 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılışında iştirak etmişdir. Açılış mərasimində həmçinin Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert Körner, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak etmişlər.
Bülbülün ev-muzeyi
Bülbülün ev muzeyi — tanınmış Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 43 ünvanında yerləşir. == Tarixi == Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial muzeyi yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır.1977-ci il, iyulun 1-də Bülbülün Memorial muzeyinin direktoru vəzifəsində onun xanımı Adelaida Məmmədova təyin olundu. 1982-ci il, iyun ayının 10-da Bakıda Bülbülün Memorial muzeyin təntənəli açılışı olmuşdur. == Ekspozisiyası == Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Filialları: Bülbülün Şuşada yerləşən ev muzeyi. Amma, 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdir.
Eren Bülbülün ölümü
Ərən Bülbül (türk. Eren Bülbül; d. 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. == Həyatı == Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. == Ölümü == 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi.
Ərən Bülbülün ölümü

Bülbülün ev-muzeyi (Bakı)
Bülbülün ev muzeyi — tanınmış Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, ictimai xadim, professor Bülbülün Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzey Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 43 ünvanında yerləşir. == Tarixi == Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial muzeyi yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır.1977-ci il, iyulun 1-də Bülbülün Memorial muzeyinin direktoru vəzifəsində onun xanımı Adelaida Məmmədova təyin olundu. 1982-ci il, iyun ayının 10-da Bakıda Bülbülün Memorial muzeyin təntənəli açılışı olmuşdur. == Ekspozisiyası == Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Filialları: Bülbülün Şuşada yerləşən ev muzeyi. Amma, 1992-ci ildən etibarən, Şuşanın işğalından sonra öz fəaliyyətini dayandırmışdir.
Bülbülün ev-muzeyi (Şuşa)
Bülbülün ev-muzeyi — Azərbaycan müğənnisi Bülbülün yaşadığı ev. 1992-ci ilə qədər Şuşada yerləşən ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı olmuşdur. Ev iki otaq və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini burada keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdır. == Tarixi == Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilmişdir. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edilmişdir. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilmişdir.Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmış və 2020-ci ilədək erməni işğalı altında olmuşdur. 2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bülbülün Şuşadakı ev-muzeyinin yenidən açılışı baş tutmuşdur. 1 il müddətində muzeyi 40.000 ziyarətçi seyr edib.
Tənha bülbülün rəqsi (film, 2003)
== Məzmun == Film məşhur rəqqasə Əminə Dilbazidən bəhs edir. Əminə Dilbazi öz həyatını nəql edir. Bəzi faktlar bərpa edilərək aktyor oyunu ilə təqdim edilir ki bu da filmin təsir qüvvəsini bir az da artırır.
Bisütun
Bisütun— İranın Kirmanşah ostanının Hərsin şəhristanının Bisütun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,075 nəfər və 527 ailədən ibarət idi.
Bisütun kitabəsi
Bisütun kitabəsi — İranın müasir Kirmanşah şəhəri yaxınlığında yerləşən Bisütun qayası nın üzərində Əhəməni şahı I Daranın əmri ilə tərtib olunmuş relyefli kitabə. Onların köməkliyi ilə Dara üsyançılar üzərində öz qələbələrini, özgə ölkələrin istilası və tabe etdirilməsini əbədiləşdirmək istəyirdi. Üç dildə həkk edilən kitabə (qədim fars, Babil və Elam dillərində) min sətirə qədər idi və mixi işarələrlə qazılmışdı. == Haqqında == 1306 sətirlik kitabənin 515 sətri qədim fars, 141 sətri akkad (babil), 650 sətri isə elam dilində yazılmışdı. E.ə. 522-ci ildə Əhəmənilər dövlətində hakimiyyətə gələn I Dara hakimiyyət uğrunda mübarizədə doqquz rəqibini məğlub etmış, möhtəşəm bir imperatorluq qurmuşdu. I Dara bu uğurlarını əbədiləşdirmək üçün qərara gəlir ki, sağ ikən özünə abidə qoysun. Elə bir abidə ki, hakimiyyət uğrunda apardığı mübarizə, rəqibləri üzərində çaldığı qələbələr orada öz təcəssümünü tapsın. Abidə üçün münasib yer Kirmanşah vadisi boyunca ensiz dağ silsiləsi seçilir. Həmədandan Babilistana gedən karvan yolunun başlanğıcında yerləşən dağ silsiləsi ikibaşlı əjdaha kimi şaxələnir.