Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərxan Şimşək
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. == Həyatı == Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Təlxab (Həştrud)
Təlxab (fars. تلخاب‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Təlxab (Qoşaçay)
Təlxab (fars. تلخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (105 ailə).
Məzrayə-i Təlxab (Sulduz)
Məzrayə-i Təlxab (fars. مزرعه تلخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qışlaq-i Təlxab (Qoşaçay)
Qışlaq-i Təlxab (fars. قشلاق تلخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (47 ailə).
Bedlam
Bedlam ilk olaraq Londonda yerləşən ruhi xəstələr üçün hospitaldır. Daha sonra bedlam sözü xaos, qarmaqarışıqlıq mənasını verməyə başladı. == Tarixi == Bedlam hospitalı məşhur Taueronun qabağında tikilmişdir. Onu 1330-cu ildə burada xəstəxana tikilmiş, 1377-ci ildə isə ruhi xəstələr üçün xəstəxanaya çevrilmişdir. 1403-cü ildə burada cəmi 9 xəstə var idi. 1815-ci ildə bu xəstəxananın yerində burada nəhəng ruhi hospital tikilmişdir. Burada xəstələri zəncirlə bağlayıb, ac saxlayırdılar.
Berxan Şimşək
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. == Həyatı == Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Bedia Güləryüz
Bedia Güləryüz (türk. Bedia Güleryüz) — türk rəssam. İlk türk qadın rəssamlardan olan Bedia xanım, nəsillər boyu xəttatlıq ilə maraqlanan və məşğul olan bir ailədən gəlməsinə baxmayaraq, rəssamlıq sənətinə yönəlmiş və İnas Sanayi-i Nefise Məktəbinə daxil olmuş, dizayn dərslərini Feyhaman Duran, sənət tarixini Əhməd Haşim və anatomiya dərslərini Nurəddin Əli Bəydən almışdır. Burada impressionizm ixtisası üzrə təhsil almış və bundan sonra Berlində, sonra isə Nyu-Yorkda ali təhsilini davam etdirmişdir. Berlində qaldığı müddət ərzində Artur Kampf ilə çalışan Güləryüz, Türkiyədə Gözəl Sənətlər Birliyinin son dövrlərində Nazlı Ecevit ilə birlikdə sərgilərdə iştirak etmişdir. Açıq hava rəssamı olan Bedia xanım əsərlərinə təbiətlə başlayıb və təbiətlə bitirmişdir. 49-cu Ankara Rəsm Sərgisinə "Boğaziçi Çubuqlu", "Köhnə İstanbul-Zeyrək", "Natürmort və Çiçəklər" adlı əsərləri ilə qatılmışdır.
Bedia Müvahhit
Bedia Müvahhit (türk. Bedia Muvahhit; doğum adı Əminə Bedia Şekip, Emine Bedia Shekip; 1896, Kadıköy, İstanbul ili – 20 yanvar 1994, İstanbul) — Türkiyə aktrisası. O, ilk müsəlman aktrisalarından biri hesab olunur. == Bioqrafiya == Bedia Müvahhit 16 yanvar 1897-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulun Kadıköy məhəlləsində prokuror Şekip bəyin və həyat yoldaşı Refiki xanımın ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Böyükada adasındakı Müqəddəs Antuan məktəbində almışdır. Müvahhit məktəbi bitirdikdən sonra İstanbulda Notr-Dam-de-Sion Fransız liseyinə daxil olmuşdur. Bedia türk və fransız dillərinə əlavə olaraq, yunan dilini də bilirdi. Bedia Müvahhit 20 yanvar 1994-cü ildə İstanbul Universiteti Xəstəxanasında vəfat etmişdir. O, Aşyan qəbiristanlığında dəfn edilmişdir.
Bedra qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.