BƏDXAH

sif. [ fars. ] Başqasının pisliyini istəyən, heç kəsin yaxşılığını istəməyən; qərəzkar (xeyirxah ziddi). Bədxah adam.
– Bəzən oxumuş rəfiqi-bədxah; Tədbirimi çaşdırıbmış, ey vah! M.Ə.Sabir.
[Şah] zəng edənin mütləq bədxah adam olduğu fikri ilə dəstəyi götürüb nərə çəkdi. M.İbrahimov.

// İs. mənasında.
Bədxahım olsa cümlə cəhan, çəkməzəm məlal. Xətayi.
Aralıqda bədxah olmasa əgər; Sevgi sevgisindən olmaz mükəddər. Q.Zakir.
[Mirzə Fətəli:] O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqlar. Ə.Haqverdiyev.
Müəllimdən aldığımı bədxahlara satmadım. Mir Cəlal.

Синонимы

  • BƏDXAH qərəzkar

Антонимы

  • BƏDXAH BƏDXAH – XEYİRXAH O vədə öz babalarının əməllərindən xəcalət çəkib xeyirxahları ilə bədxahlarını əlbəttə tanıyacaqdır (Ə

Этимология

  • BƏDXAH Farsca “pislik istəyən” deməkdir (xah xastən, yəni istəmək məsdərinin əsasıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BƏDXAB
BƏDXAHLIQ
OBASTAN VİKİ
Bədxahlar (film, 2017)
Bədxahlar (ing. Hostiles)— Skot Kuperin filmi XIX əsrin sonlarında ağdərililərlə yerli amerikalılar arasında irqi ədavət və barış mövzusundadır. Ağdərililər və yerli amerikalılar arasında savaşlardan illər sonra ordu kapitanı Cozef Blokerə vaxtikən qatı düşməni olan "Sarı Şahinlər" ordusunun başçısı, hazırda isə ölməsinə az qalmış Şayeni Nyu-Meksikadan Montanaya qədər müşayiət etmək əmr olunur. Belə bir siyasi qərara Vaşinqtonda ABŞ ordusunun yerli amerikalılara qarşı qəddar münasibəti ilə bağlı mətbuatda çıxan xəbərlərdən sonra gəlinir.Yerli amerikalılara qarşı amansız hücumları ilə tanınan ABŞ ordusunun kapitanı obrazını canlandıran Cozef Bloker haqqında Kristian Bey vurğulayır: "Burada dəhşət elementi mövcuddur. Ətrafın gözəlliyinə, eyni zamanda Amerikanın bu gözəl mənzərəsində baş verən dəhşətlərə baxanda mənim oynadığım surət özünü həbsxanadakı kimi hiss edir. O, bu torpaqda çox sayda dostunu itirib"."Bədxahlar" filmində fərqli mənşədən olan insanların metaforik və fiziki aspektləri göstərilir. Məsələn, Komançilər tərəfindən hücuma məruz qalaraq, ailəsini itirən ağdərili gənc ana, və ya öz qəddarlıqları üzündən ağlını itirmiş əsgər. Bununla belə, filmin əsas diqqət mərkəzi iki qatı düşmən, Kapitan Bloker və aktyor Ves Stadinin oynadığı "Sarı Şahinlər"in başçısının tədricən yaxınlaşmasına yönəlir. == İstinadlar == == Həmçinin bax == ABŞ filmlərinin siyahısı == Xarici keçidlər == Bədxahlar — Internet Movie Database saytında.

Значение слова в других словарях

заломи́ть Луку́ллов пир ну́кание по-мужи́цки подгва́зживание ри́синка саблеви́дно термодинами́ческий хан-атла́с шестерёночный изги́бистый калу́жий рассолоде́ть салеп cacology fatidic flanking guddle Mynheer pickaninny porcupine fish puddle Trixie аллилуйя подмешивать