BƏDNAM

sif. [ fars. ] Pislikdə adı çıxmış, adı ləkəli, pis ad qazanmış; rüsvayçı, biabırçı. Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır. ( Ata. sözü ).
□ Bədnam etmək (eləmək) – rüsvay etmək, biabır etmək.
Çün Nəsiminin muradı sənsən, ey aramican! Xalq içində anı düşmənkamü bədnam eyləmə. Nəsimi.
[Bayram:] İndi sən istəyirsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? M.F.Axundzadə.

Bədnam olmaq – biabır olmaq, rüsvay olmaq, adı pisliyə çıxmaq.
[Xudayar bəy:] Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım. C.Məmmədquluzadə.
[Hacı Xəlil:] …Yaman yoldaş səbəbinə insan min bəlaya düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Ə.Haqverdiyev.

BƏDNAL
BƏDNAMÇILIQ

Значение слова в других словарях