Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bölgələrə görə pornoqrafiya qanunları
Bölgəyə görə pornoqrafiya qanunları bütün dünyada dəyişir. Pornoqrafik filmlərin istehsalı və yayılması bir çox ölkələrdə qanuni fəaliyyətdir, lakin pornoqrafiyaya müəyyən yaşdan (adətən 18 yaşdan) yuxarı olan iştirakçı cəlb olunduğu halda bütün ölkələrdə qanuni deyildir. Çox vaxt bu cür materiallara məhdudiyyət qoyulur. Bu səhifə uşaq pornoqrafiyasını və heyvan pornoqrafiyasını əhatə etmir. Əksər hallarda uşaq pornoqrafiyasının qanuniliyi və heyvan pornoqrafiyasının qanuniliyi ayrı məsələlər kimi nəzərdən keçirilir və çox vaxt öz qanunları ilə tənzimlənir.
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü və ya 1722-23 Rusiya-Səfəvi müharibəsi — Rusiya imperiyasının Səfəvi imperiyasına məxsus olan Cənubi Qafqaza və Dağıstana öz quru qoşunları və donanması ilə etdiyi yürüş nəzərdə tutulur. Yürüşün rəsmi şəkildə elan edilən məqsədi rus tacirləri üçün Asiyanın qapılarını açmaq və onları quldurların hücumlarından qorumaq idi. Həmçinin iddia edilir ki, yürüşün məqsədlərindən biri də Cənubi Qafqazdakı ləzgiləri cəzalandırmaq idi. Yürüş ruslar üçün uğurla nəticələndi. Səfəvi imperiyası ilə 1723-cü ildə imzalanan Peterburq müqaviləsi ilə Rusiya imperiyası Xəzər sahilində mühüm torpaqlar əldə etsə də, bunu sona qədər qoruyub saxlaya bilmədi. II Təhmasib bu müqaviləni ratifikasiya etmədi. Ruslar əldə etdikləri torpaqların ilhaqını Osmanlı ilə imzalanmış İstanbul müqaviləsi ilə təstiqlətməyi bacardılar. Lakin Nadir xan Əfşarın uğurlu hərbi yürüşləri nəticəsində 1735-ci il Gəncə müqaviləsi ilə ruslar bölgəni tamamilə tərk etdilər. 1701-ci ildə erməni İsrail Ori, Erməni Kilsəsindən siyasi olaraq güclü və nüfuzlu şəxs olan Minas Tiqranyan ilə birlikdə Moskvaya gedərək Çar Pyotr ilə görüşdü. Görüşün məqsədi rusların Qafqazda Ermənistan qurmaq üçün ermənilərə dəstəyini təmin etmək idi.