Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bölgələrə görə pornoqrafiya qanunları
Pornoqrafiya qanunları bölgələrə görə Bütün dünyada fərqlidir.
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü və ya 1722-23 Rusiya-Səfəvi müharibəsi — Xəzər dənizinin qərb sahili bölgələrini işğal etmək və Cənubi Qafqazda möhkəmlənmək məqsədilə Rusiya imperiyasının 1722-1723-cü illərdə apardığı müharibə. 1722-1723-cü illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgələrinə də yürüş nəzərdə tutulurdu. == Səbəbləri == Rus çarı I Pyotr (1689–1725) Xəzəryanı bölgələri ələ keçirməyi qərara aldı. O, Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyi və Şərq ölkələri ilə Xəzər–Volqa yolu ilə ticarət etməyi, Şərqlə Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağı planlaşdırmışdı. Öz yaxın adamı A.P.Volinskiyə kəşfiyyat aparmağı tapşıran I Pyotrun əsas məqsədi Xəzərin qərb hissəsini işğal etmək, Cənubi Qafqazda möhkəmlənmək idi. A.P.Volinski karvan yollarını, yol boyu otlaqların olmasını (bu, suvari qoşun üçün lazım idi), yerli qoşunun, müdafiə qurğularının vəziyyətini öyrənməli, buradakı xristianlarla əlaqə yaratmalı idi. Ona həmçinin, burada rus ticarətinin inkişaf etdirilməsi perspektivinin öyrənilməsi də tapşırılmışdı. 1721-ci ilin avqustunda Şirvan üsyanı zamanı Şamaxını ələ keçirən Hacı Davud və Surxay xanın adamlarının rus tacirlərini öldürmələri Rusiyanın Xəzəryanı bölgələri tutmaq planını qətiləşdirdi. I Pyotr onları həm Rusiyanın, həm də Səfəvilərin ümumi düşməni elan etdi. Bu zaman Hacı Davud kömək üçün Osmanlı sultanı II Əhmədə (1703-1730) müraciət etdi, sonra isə İstanbula gedib özünün Şirvan hakimi təsdiq olunması üçün razılıq aldı.