Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bənzətmə
Bənzətmə — klassik ədəbiyyatda işlənən nəzirənin aşıq poeziyasındakı ekvivalenti. Bir qayda olaraq, sonrakı nəslə, yaxud ədəbi məktəbə mənsub aşıq özündən əvvəl yaşayıb-yaratmış ustad sənətkarın diqqətini cəlb edən, təsirləndiyi şeirə yaxın şeir, yəni onun oxşarını, bənzərini yaratmağa çalışır. Bənzətmə, yaxud bənzəmə adlandırılan belə yeni transformasiya zamanı qafiyələnmə prinsipi olduğu kimi qorunub saxlanır. Bənzətmə ruh və məzmun etibarı ilə də klassikin əsərinə yaxın olmalıdır. Məsələn, vaxtı ilə Aşıq Ələsgər aşağıdakı misraların yer aldığı "Olacaqdı" qoşmasını yazmışdı: Özünü Aşıq Ələsgər ədəbi məktəbinin davamçısı sayan Aşıq Hüseyn Bozalqanlı qoşmaya eyni adlı bənzətmənin müəllifidir: Bənzətmə yalnız bir ədəbi məktəbin, yaxud janrın hüdudları ilə məhdudlaşmır. Aşıqların klassik poeziya nümunələrindən, şairlərin isə folklordan və aşıq yaradıcılığından təsirlənərək bənzətmə xarakterli əsərlər yaratmaları ilə bağlı çoxsaylı misallar mövcuddur. Məlum olduğu kimi, realist xalq şeirinin ən görkəmli nümayəndəsi Molla Pənah Vaqif həyatının son günlərində dövrünün ictimai ədalətsizliklərini qabarıq şəkildə əks etdirən, qoyan fəlsəfi mündəricəli "Görmədim" müxəmməsi qələmə almışdı. Müxəmməs bu misralarla başlanır: Aşıq Ələsgər aradan təxminən yüz il keçəndən sonra həmin müxəmməsə özünün eyni narazılıq və etiraz ruhu ilə dolu bənzətməsini qələmə almışdı: Bənzətmə yalnız oxşar mövzular, yaxud motivlər əsasında yaranmır. XX əsr Azərbaycan poeziyasında inqilabi dəyişikliklərə imza atmış böyük Mirzə Ələkbər Sabir Füzulinin gözəlin və gözəlliyin vəsfinə həsr olunmuş incə qəzəllərinə öz dövrünün tiplərini göz önündə canlandıran bənzətmələr yazmışdır. Bənzətmədə eyni zamanda bədii mətndə söylənən fikrin ifadəliliyini, emosional təsir gücünü artırmaq üçün haqqında söhbət açılan predmet (surət, hiss, duyğu) başqa məfhumlara bənzədilir.
Dəndənə
Dəndənə – araba təkərinin əsas hissəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа arаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı (daşqa-daşka). Arabanın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Bütün hissələr vacib olsa da demək olar ki, təkərsiz arabanı təsəvvür etmək olmaz. Təkər də top və dəndənələrdən ibarətdir - dəndənə təkər çevrəsi ilə topu birləşdirən millərdir.
Həndəsə
Həndəsə (ing. geometry, rus. геометрия) – araşdırma obyektləri nöqtələr, xətlər, bucaqlar, əyrilər; onların qurulması üsulları, riyazi xassələri, həmçinin fəzada qarşılıqlı münasibətləri olan riyazi fənn. Həndəsə, avtomatlaşdırılmış layihələşdirmənin və qrafik proqramların önəmli hissəsidir. == Tarixi == Həndəsə tarixi insan mədəniyyəti tarixi qədər qədim olan elmdir. Başqa elmlər kimi həndəsə elmi də insanların ehtiyac, tələbat və zəhməti nəticəsində meydana gəlmiş və inkişaf etmişdir. Hər bir elmdə olduğu kimi həndəsənin də məqsədi və özünəməxsus tədqiqat üsulları vardır. Rəvayətə görə ilk həndəsə Babilistan və Misirdə yaranmışdır. Yunan həndəsəşünası Proklun dediyinə görə Nil çayı daşıb sərhədləri pozduğundan onun ətrafını tez-tez ölçmək lazım gəlirdi və bu zərurətdən həndəsə yarandı. Geometriya yunanca "yer ölçürəm" deməkdir və elə buradan da götürülüb.
Bədərə
Bədərə (dağ) — Əsgəran rayonunda dağ. Bədərə (çay) — Kəlbəcər və Əsgəran rayonlarından axan çay. Bala Bədərə (çay) — Əsgəran rayonunda çay.
Bəndək
Bəndək - Atropatena (qədim Azərbaycan), Parfiya və Sasanilər dövlətində qullara verilən addır. Bu ölkələrdəki quldarlıq sistemi haqqında məlumat verən ilk mənbələrdən biri "Madaktani hazar datasdan"dır. Orada bəndək və anşəhrik terminləri qul anlamında işlədilmişdir. Hər üç ölkədə də əkinçilikdə qul əməyindən geniş istifadə olunurdu. Lakin artıq III əsrdən quldarlıq sistemi getdikcə zəifləyərək dağlmağa başlayır. Sasanilərin hüquq məcəlləsinə görə, bir çox əyalətlərdə, o cümlədən Azərbaycanda başqasına tabe olan və ondan asılı olan şəxsə bəndək deyilirdi. İran tarixçiləri Parfiya və Sasanilər dövrünə aid olan bəndək terminini qul kimi tərcümə edirlər. Lakin istər bəndək, istərsə də anşəhrik hüquqi nöqteyi-nəzərdən Romada olan quldan fərqlənirdi. Quldarlıqdan feodalizmə keçid dövründə azat və dastakert terminlərinə də təsadüf edilir. "Madaktani hazar datasdan"da qul əməyi ilə becərilən torpaq sahəsinə dastakart və yaxud dastakord deyilir.
Bəndər
Bəndər — kişi adı. Bu adı olan tanınmış şəxslər Usta Bəndər — 1231-ci il Gəncə üsyanının rəhbəri. Yaşayış məntəqələri Bəndər (şəhər) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. Bəndər Abbas — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Gəz — İranın Gülüstan ostanında şəhər. Bəndər Mahşəhr — İranın Xuzistan ostanında şəhər. Bəndər Siraf — İranın Buşehr ostanında şəhər. Bəndər Dəyyer — İranın Buşehr ostanında şəhər. Bəndər-Kong — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Genave — İranın Buşehr ostanında şəhər.
Bəndə
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Elementar həndəsə
Evklid həndəsəsi (və ya elementar həndəsə) — e.ə. III əsrdə Evklid tərəfindən elmə ilk dəfə daxil edilmiş, aksiom sisteminə əsaslanmış həndəsi nəzəriyyə. == Əsas məlumatlar == Elementar həndəsə - yerdəyişmələr toplumu (izometriya) və oxşarlıq toplumları ilə təyin olunan həndəsədir. Ancaq elementar həndəsənin məzmunu bu formadəyişmələr ilə məhdudlaşmır. Belə ki, elementar həndəsə həmçinin inversiya, sferik həndəsə məsələləri, həndəsi elementlərin quruluşu, həndəsi kəmiyyətləri ölçmə nəzəriyysi və digər suallar da aid edilir. Elementar həndəsəni çox vaxt "evklid həndəsəsi" adlandırırlar, çünki onun təməli nizamlı olmasa da "Başlanğıclar"da təsvir olunmuşdu. İlk dəfə olaraq olaraq elementar həndəsənin aksiomatikası 1899-cu ildə David Hilbert tərəfindən işlənmişdir. Elementar həndəsə orta təhsil məktəblərində tədris olunur. == Aksiomatika == Elemntar həndəsənin tamam aksiomlaşdırılması problemi həndəsnin Qədim yunandnda yaranmış problemlərindən biridir. O zamanlar bu problem Evklid həndəsəsinin təsdiqlənməsinin aksiomlar əsasında, heç bir cizgiyə ehtiyac olmadan məntiqi olaraq alınmasına edilən cəhdin tənqidi əsasında yaranmışdr.
Fokus (Həndəsə)
"Fokus" sözü latın dilində "ocaq", "od" deməkdir. Bu termini elmə Kepler daxil etmişdir(1604). O bu sözü ərəblərdən tərcümə etmişdir. Ərəblər parabolanın foksuna "alışma nöqtəsi", parabolanın özünə isə "alışdırıcı güzgü" deyirlər. Kepler bu termini ellipsin və hiperbolanın fokuslarına da aid etmişdir. Ellipsin foksu - Ellips müstəvinin, verilmiş iki nöqtəsindən məsafələri cəmi sabit olan nöqtələr çoxluğudur. Həmin iki nöqtə ellipsin fokusları adlanır. Parabolanın foksu - Parabola, müstəvinin verilmiş nöqtəsindən və verilmiş düz xəttindən eyni məsafədə olan nöqtələr çoxluğudur. Həmin nöqtə parabolanın foksu adlanır. Hiperbolanın foksu - Hiperbola müstəvinin verilmiş iki nöqtəsindən məsafələri fərqinin modulu sabit olan nöqtələr çoxluğudur.
Həndəsə (Dekart)
Həndəsə (fr. La Géométrie) — 1637-ci ildə Leydendə (Hollandiya) nəşr olunan Rene Dekartın əsəri, Dekartın "Metod haqqında mühakimə" fəlsəfi traktatına üçüncü əlavəsi. Səhifələrinin sayı 106-dır. İlk nəşrdə müəllifin adı göstərilməyib. Bu Dekartın tamamilə riyaziyyata həsr olunmuş işidir; müəllif tərəfindən onun ümumi metodlarının tətbiqi nümunəsi kimi qəbul edilmişdir. 1637-dən sonra Həndəsə "Metod haqqında əsaslandırma"dan ayrıca nəşr olundu. Dekartın "Həndəsə"si yeni riyaziyyatın inkişafında bir dönüş nöqtəsi oldu,bu XVII əsrin ən böyük riyaziyyatçılarının stolüstü kitabı idi. Kitabın əsas dəyəri, riyaziyyatın yeni bir qolunun - analitik həndəsənin təqdimatı olması idi ki, bu da həndəsi koordinatları istifadə edərək həndəsi problemləri cəbr dilinə tərcümə etməyə imkan verdi və bununla da onların öyrənilməsini və həllini asanlaşdırdı. Bundan əlavə,o andan etibarən elmdə qəbul edilən,"Həndəsə"də Dekart rahat riyazi simvollardan istifadə etmişdir. Nəhayət — müasir terminologiyada,funksiyalarda —"Həndəsə" riyaziyyatçıların diqqətini ədədi dəyərləri öyrənmədən aralarındakı münasibətləri öyrənməyə,dəyişməyə başladı.
Nöqtə (həndəsə)
Nöqtə — həndəsənin əsas elementlərindən biridir. Onun fəzada heç bir ölçüsü yoxdur. Həndəsəyə aksiom baxımından yaxınlaşdıqda (Sintetik həndəsə) nöqtə ilə bərabər düz xətt də eyni səviyyədə çıxış edir. Analitik və difersial həndəsədə isə bütün başqa obyektlər nöqtələr çoxluğu kimi təsvir olunurlar. Yunan filosofu Evklid e.ə. 300-ci ildə nöqtəni bölünməyən bir hissə kimi təsvir etmişdir. Nəzəri cəhətcə nöqtənin təsdiqinin heç bir əhəmiyyəti yoxdur. Müasir aksiom sistemləri isə bunu inkar edirlər. Məsələn, Hilbert aksiom sisteminə görə həmişə iki nöqtə bir xətti əmələ gətirir. Proyeksiya müstəvisində nöqtə və düz xətt amlayışları hətta bir-biri ilə dəyişilə bilər.
Ox (həndəsə)
Ox — cismin dövrü hərəkəti zamanı, ətrafında firlandığı, hər hansi bir nöqtəsindən keçən həqiqi və ya xəyali mərkəzi xətt.
Paralel (həndəsə)
Həndəsədə paralel xəttlər — bir-biri ilə heç vaxt kəsişməyən düz xəttlərə deyilir.
Proyektiv həndəsə
Proyektiv həndəsə — həndəsənin proyektiv xassələrini, yəni müstəvinin (fəzanın) özünə bütün proyektiv çevirmələrində invariant qalan xassələrini öyrənən bölməsidir. Proyektiv həndəsə proyektiv çevirmələr qrupu ilə təyin olunan həndəsədir. Proyektiv həndəsənin mənbəyi proyeksiyallama üsuludur. Proyektiv həndəsə adı da buradan əmələ gəlmişdir. Proyektiv həndəsə əsas anlayışlarından biri “dörd nöqtənin mürəkkəb nisbəti” anlayışıdır. İkilik prinsipi də proyektiv həndəsənin əsas anlayışlarından biridir. Proyektiv həndəsə qeyri-evklid həndəsənin bölməsidir. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Sferik həndəsə
Sferik həndəsə — həndəsənin sfera üzərində yerləşən fiqurların xassələrini öyrənən bölməsidir. Sferik həndəsə müəyyən dərəcədə planimetriyaya, yəni həndəsənin müstəvi üzərində yerləşən fiqurların xassələrini öyrənən bölməsinə bənzəyir. Sferanın böyük çevrələri müstəvi üzərində düz xətlərin oynadığı rolu oynayır. Sferanın eyni diametrinin ucları olmayan ixtiyari iki nöqtəsindən bir böyük çevrə keçir. Bu fakt planimetriyada iki müxtəlif nöqtədən yalnız bir düz xətt keçir aksiomuna bənzəyir. Buna baxmayaraq, sferik həndəsə paralel düz xətlər yoxdur. Evklid müstəvisində və Lobaçevski həndəsəsində paralel düz xətlər var. Sferik həndəsə əsas fiqurları sferik üçbucaq, sferik ikibucaqlı, sferik çoxbucaqlıdır (Sferik çoxbucaqlının tərəfləri böyük çevrənin, uzunluqları yarımçevrənin uzunluğundan kiçik olan qövsləridir). Sferik həndəsə geodeziyada, astronomiyada, coğrafiyada, dənizçilikdə və s. tətbiq olunur.
Piramida (həndəsə)
Piramida (yunanca πυραμίς və ya πυραμίδος) — oturacağı çoxbucaqlı, qalan üzləri ortaq təpəyə malik üçbucaqlar olan çoxüzlü. Oturacaq çoxbucaqlısının bucaqlarının sayına görə piramidaları üçbucaqlı, dördbucaqlı və s. ayrırırlar. Piramida konusun xüsusi halıdır. Bir çoxüzlü bucaq götürək və onun bütün tillərini kəsən müstəvi keçirək. Çoxüzlü bucaqın S təpəsinin aid olduğu yarımfəzada SABDEF çoxüzlüsü alınır. Bu çoxüzlünün bir üzü ABCDEF çoxbucaqlısı qalan üzləri isə bir təpəsi S olan ortaq təpəsi üçbucaqlıdır. ASB, BSC,…….., FSA, belə çoxüzlülər piramida adlanır. piramidaOrtaq təpəli üçbucaqlara piramidanın yan üzləri, onların birləşməsinə piramidanın yan səthi, çoxbucaqlıya piramidanın oturacağı, bütün yan üzlərin ortaq tərəfinə piramidanın yan tilləri, təpədən oturacaq müstəvisinə çəkilmiş perpendikulyara piramidanın hündürlüyü deyilir. Bir üzü hər hansı çoxbucaqlı, qalan üzləri ortaq təpəli üçbucaqlar olan çoxüzlüyə piramida deyilir.
Analitik həndəsə
Analitik həndəsə- həndəsə bölməsi; nöqtə, düz xətt, müstəvi, vektor, ikitərtibli xətt, ikitərtibli səth və onlara dair məsələləri öyrənir. Həndəsi işə Cəbriyyə analizi tətbiq edən və Cəbriyyə problemlərin həllində həndəsi anlayışları istifadə edən bir riyaziyyat sahəsi. Rene Dekart cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Əsas tədqiqat vasitələri koordinat üsulu və cəbri üsullardır. Koordinat üsulu 17-ci əsrdə astronomiya, mexanika və texnikanın sürətli inkişafı ilə əlaqədar yaradılmışdır. Müasir dövrdə düzbucaqlı Dekart koordinat sistemindən başqa daha ümumi olan afin koordinat sistemi və digər koordinat sistemlərindən istifadə edilir. Düz xətt üzərində nöqtənin bir, müstəvi üzərində iki (x – absis, y – ordinat), fəzada isə üç (x – absis, y – ordinat, z – aplikat) koordinatı olur. Müstəvi üzərində xətt koordinatları f(x,y)=0 tənliyini ödəyən nöqtələr çoxluğu kimi tərif olunur. f(x,y) funksiyası x və y dəyişənlərinə nəzərən n dərəcəli çoxhədli olarsa, f(x,y)=0 xəttinə n tərtibli cəbri xətt deyilir. Analitik həndəsədə bir və ikitərtibli cəbri xətlər öyrənilir.
Bandərə (Piranşəhr)
Bandərə (fars. بن دره‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 424 nəfər yaşayır (77 ailə).
Diferensial həndəsə
== Oriyentasiyalanan və oriyentasiyalanmayan ikiölçülü çoxobrazlılar == Oriyentasiya anlayışını bazis vektorların köməyi ilə müəyyən etmişdir.Lakin oriyentasiya anlayışı sırf topoloji termindir.Çoxobrazlının oriyentasiyasını müəyyən etmək üçün onun hər hansı k şəbəkəli ayrılışına baxaq. Əvvəlcə hər hansı şəbəkəni oriyentasiyalaq. Fərz edək ki X-in şəbəkəli ayrılışında hər hansı bir şəbəkəni götürmüşük. F şəbəkəsini oriyentasiyalamaq üçün onun tərəflərini oriyentasiyalayaq. AB tərəfi o zaman oriyentasiyalanmış hesab olunur ki, onun hansı təpə nöqtənin birinci, hansının ikinci olması məlum olsun.AB ⇒ A — I; B — II və BA ⇒ B — I; A — II. kimi müəyyən etsək tərəf oriyentasiyalanmış hesab olunacaqdır. Deməliç hər bir tərəfi 2 cür oriyentasiyalamaq olar.Şəbəkənin tərəflərinin birini oriyentasiyaladıqdan sonra bütün şəbəkəni oriyentasiyalamaq olar. Bunun üçün AB tərəfinin hər hansı bir oriyentasiyasını götürürlər. AB-nin II təpə nöqtəsini bununla ortaq təpəyə malik olan o biri tərəf üçün üçün birinci təpə götürürlər və prosesi bu qaydada davam etdirirlər. Aydındır ki, hər bir şəbəkəni bu qaydada 2 cür oriyentasiyalamaq olar. F1 şəbəkəsini oriyetasiyaladıqdan sonra kimi işarə olunur.
Tərsimi həndəsə
Tərsimi həndəsə — riyaziyyatla texnikanın vəhdətini təşkil edən həndəsənin bölməsi. Həndəsənin bu bölməsində fəza cisimlərinin (hansı ki, nöqtələr, xətlər və səthlər çoxluğundan təşkil olunur) müstəvilər üzərində təsvir olunma (proyeksiyasının alınması) üsullarından və müstəvilər üzərindəki təsvirlər (proyeksiyalar) vasitəsilə cismin fəzadakı vəziyyətini müəyyən edilməsi qaydalarından bəhs olunur (ümumi halda bu deyilənlərə m ölçülü fəzanın n ölçülü fəzada təsviri kimidə baxıla bilər). Həmçinin, müstəvilər üzərində təsvir olunmuş cisimlərə aid həndəsi xarakterli məsələlərin qrafiki həll üsulları da bu bölmədə öyrənilir. Tərsimi həndəsə bölməsi mühəndis təhsilinin əsasını təşkil edən fənlərdəndir və onun əsas vəzifələrindən biri gələcək mühəndislərdə fəza təsəvvürünü inkişaf etdirməkdir. Tərsimi həndəsə bölməsində alınan bəzi nəticələr praktikada cizgilərin tərtibində geniş istifadə olunur. Tərsimi həndəsə - MÜHƏNDİS QRAFİKASI, Ali məktəblər üçün dərslik ― Mustafayev M.R. , Qurbanov N.Ə., Mirzəyev S.H., Bağırov A.M. ― Bakı. 2003. 293səh.
Vektor (həndəsə)
Vektor — riyaziyyatın müxtəlif sahələrində müxtəlif cür təyin olunur. Xətti cəbrdə vektor — vektor fəzasının (və ya xətti fəzanın) elementidir. Vektorları ədədə vurmaq olar, eləcə də onları toplamaq olar. Vektorları həmçinin başqa vektorların xətti kombinasiyası şəklində göstərmək olar. Bazis bir-birindən xətti asılı olmayan elə vektorlar küllüsünə deyilir ki, həmin vektorlarla bütün fəzanı əhatə etmək olar. Sonlu fəzada sonlu bazis vektorlar mövcuddur və bu zaman fəzanın hər bir vektorunu bu bazis vektorları ilə yeganə şəkildə aşağıdakı şəkildə ayırmaq mümkündür: x → = ∑ i = 1 n x i e → i , {\displaystyle {\vec {x}}=\sum _{i=1}^{n}x_{i}{\vec {e}}_{i},} burada e → 1 , … , e → n {\displaystyle {\vec {e}}_{1},\dots ,{\vec {e}}_{n}} — bazis, x 1 , … , x n {\displaystyle x_{1},\dots ,x_{n}} isə x → {\displaystyle {\vec {x}}} vektorunun verilmiş bazisdə koordinatlarıdır. Həndəsədə vektor anlayışı cəbrdəkindən fərqlənir. Belə ki, burada vektorlar; sərbəst və rabitəli vektora ayırırlar. Rabitəli vektor və ya istiqamətlənmiş parça (istiqamətlənmiş düz xətt parçası) — Evklid fəzasında nizamlı nöqtələr cütlüyüdür. Sərbəst vektor — istiqamətlənmiş düz xətt parçalarının ekvivalentlik sinfidir.
Çevrə (həndəsə)
Çevrə — müstəvidə verilmiş nöqtədən eyni məsafədə olan nöqtələr çoxluğunun əmələ gətirdiyi həndəsi fiqura deyilir. Həmin nöqtəyə isə çevrənin mərkəzi deyilir. Çevrənin elementləri radius, vətər, diametr və qövsdən ibarətdir. Bir həndəsi cismi formalaşdıran kənarların uzunluqlarının cəmlənməsi ilə əldə edilən bir həndəsi termindir. Çevrənin dərəcə ölçüsü 360°-dir. Çevrə elementar həndəsənin tərkib hissəsidir. Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasina radius deyilir. Çevrənin radiusu diametrinin yarısına bərabərdir. Çevrənin sonsuz sayda radiusu var. Çevrənin istənilən 2 nöqtəsini birləşdirən parçaya vətər deyilir.
Şüa (həndəsə)
Şüa — düz xəttin üzərindəki hər hansı bir nöqtədən eyni tərəfdə yerləşən (həmin nöqtə də daxil olmaqla) nöqtələr çoxluğudur. Bir tərəfdən məhdud olan düz xəttt hissəsinə şüa və ya yarım düz xətt deyilir. Bir düz xətt üzərində olan ortaq başlanğıclı iki yarım düz xəttə tamamlayıcı yarım düz xətt və ya şüa deyilir. Şüanın mərkəzi simmetriyası yoxdur.
Usta Bəndər
Usta Bəndər — 1231-ci ildə Gəncədə sənətkarların və şəhər yoxsullarının Xarəzmşah Cəlaləddinə qarşı yönəlmiş üsyanının rəhbəri. XI-XV əsrlərdə Azərbaycanın sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərində geniş fəaliyyət göstərmiş əxi təşkilatları dövrün ictimai-siyasi həyatında mühüm rоl oynayırdılar. Belə ki, 1231-ci ildə Təbrizdə, Gəncədə baş vermiş xalq üsyanlarının əsas təşkilatçıları əxi təşkilatının üzvləri və başçıları olmuşdur. Çox güman ki, Usta Bəndər də Gəncədəki əxi təşkilatlarından birinin rəhbəri idi. Üsyana yerli əhalidən alınan verginin həddən çox yığılması səbəb olmuşdu. Mənbələrin məlumatına görə, üsyançılar "şəhərin rəisinin sarayını darmadağın etdilər, məmurları və nökərləri öldürdülər, Xarəzmşahların hərbi qarnizonlarını məhv etdilər. Qoşunla Gəncəyə yaxınlaşan Cəlaləddin üsyançılara silahı yerə qoymağı əmr etdi və onları bağışlayacağını bildirdi, lakin üsyançılar təslim olmaqdan imtina etdilər. Şəhərin mühasirəsinə başlandı. Bəndər şəhərdən çıxıb Cəlaləddinin hərbi düşərgəsinə basqın etməyi qərara aldı, lakin üsyançılar düşmən süvarisinin həmləsinə tab gətirə bilmədilər. Xarəzmşahın qoşunu şəhərə soxuldu.
Çömçəbaşı bəzəmə
Çömçəbaşı bəzəmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Çömçəbaşı bəzəmə ilaxır çərşənbələrdə və Novruz bayramları günlərində uşaqların, yeniyetmələrin oynadıqları oyunlardan biridir. Oyun iştirakçıları sanama üsulu ilə iki dəstəyə ayrılırlar. Hər dəstənin püşk atma yolu ilə seçilmiş başçısı olur. Adi bir çömçənin başını rəngli parçalarla bəzəyir və başından zınqırov asırlar. püşk atma atılır. Püşk hansı dəstəyə düşərsə, oyunu həmin dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin oyunçusu çömçəni əlinə alıb çəkilmiş dairənin içərisində o tərəf, bu tərəfə qaçır. Gözübağlı zınqırov səsləndirəni tutmağa çalışır.
Gendərə
Gendərə (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Gendərə (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Gendərə (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ. Gendərə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Gendərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda dərə.
Bender
Bender Bendinq Rodriges (ing. Bender Bending Rodríguez) — "Futurama" cizgi serialının əsas personajlarından biri. Con Di Macio tərəfindən səsləndirilib. Bender alkoqolik olması, əxlaqsız davranışlar sərgiləməsi, çox siqaret çəkməsi və qumarbaz olması ilə bilinir.
Gendərə (Babək)
Gendərə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərqində yerləşir. (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Nəcəfəlidizə kəndindən 1 km şimal-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Gendərə (Yardımlı)
Gendərə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə mövcud olmuş Cunduza kəndinin binə yeri olmuşdur. Sonralar binə tədricən kəndə çevrilmışdir. Kənd Gendərə (geniş dərə) adlı yerdə yerləşdiyi üçün belə adlandırılmışdır.
Gendərə (İsmayıllı)
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Kərim Benzema
Kərim Mustafa Benzema (fr. Karim Mostafa Benzema; 19 dekabr 1987[…], Lion) — Əl-İttihad klubunda hücumçu mövqeyində oynayan fransalı futbolçu. == Həyatı == Kərim Mustafa Benzema 19 dekabr 1987-ci ildə Fransanın Lion şəhərində anadan olub. Əslən Kabili qəbiləsindən olan fransız futbolçu yeniyetmə yaşlarından tanınıb. Futbola "Lion" klubunun uşaq futbol məktəbində başlayıb. 17 yaşında ikən bu klubun əvəzedici komandasında ən yaxşı hücumçu olub. O rəqib qapısından 30-dan artıq top keçirib. 2004-cü ildə elə 17 yaşında ikən də "Lion"un əsas heyətində oynamağa başlayıb. Həmin dövrdə Fransanın gənclərdən ibarət yığma komandasının heyətində Avropa çempionu olan Kərim Benzemanı məşhur futbolçu David Trezeqe ilə müqayisə edirdilər. Lakin onun göstərdiyi parlaq oyununu görən futbol mütəxəssisləri sonrakı illərdə bu istedadlı gənci həmyerlisi Zinəddin Zidanla müqayisə etməyə başladılar.
Sakicanq Bendera
Sakicanq Bendera (malay Pulau Sakijang Bendera) — Sinqapur dövlətinin ərazisinə daxil olan, təpəlikdən ibarət olan ada. Sinqapur dasının cənub sahillərinə yaxın yerləşir. ingilislər adanı Müqəddəs İonna adası adlandırırlar. Ətrafında çoxlu riflər vardır və sahillərini maqrov meşələri basmışdır. 1819-cu ildə Stamford Raffles Sinqapura bu adadan daxil olmuşdur.. O, burada ilk dəfə sultan Coxorla görüşmüş və Sinqapurun təməlləri qoyulmuşdur. 1874-1950-ci illər arası adada immiqrantlar, vəba , Cüzam, Beri-beri xəstələri karantin şərtaitində saxlanılırdı. Bir müddət sonra isə adada cin mafiyasının üzvləri saxlanılırdı. Adada bir müddət ölkənin 3-cü prezidenti Devan Nair həbsdə saxlanılmışdır. Ada narkomanların sağaldılması üçün bir məkana çvrilmişdir..
Karim Benzema
Kərim Mustafa Benzema (fr. Karim Mostafa Benzema; 19 dekabr 1987[…], Lion) — Əl-İttihad klubunda hücumçu mövqeyində oynayan fransalı futbolçu. == Həyatı == Kərim Mustafa Benzema 19 dekabr 1987-ci ildə Fransanın Lion şəhərində anadan olub. Əslən Kabili qəbiləsindən olan fransız futbolçu yeniyetmə yaşlarından tanınıb. Futbola "Lion" klubunun uşaq futbol məktəbində başlayıb. 17 yaşında ikən bu klubun əvəzedici komandasında ən yaxşı hücumçu olub. O rəqib qapısından 30-dan artıq top keçirib. 2004-cü ildə elə 17 yaşında ikən də "Lion"un əsas heyətində oynamağa başlayıb. Həmin dövrdə Fransanın gənclərdən ibarət yığma komandasının heyətində Avropa çempionu olan Kərim Benzemanı məşhur futbolçu David Trezeqe ilə müqayisə edirdilər. Lakin onun göstərdiyi parlaq oyununu görən futbol mütəxəssisləri sonrakı illərdə bu istedadlı gənci həmyerlisi Zinəddin Zidanla müqayisə etməyə başladılar.
Kristian Benteke
Kristian Benteke Liolo (3 dekabr 1990[…], Kinşasa) — Belçika milli komandasının futbolçusudur. Şimali Amerikanın MLS komandalarından biri olan DC Yunayted-də oynayır. == Milli komanda == Benteke 2007-ci ildə Cənubi Koreyada keçirilən yeniyetmələr arası dünya çempionatında Belçikanın 17 yaşadək futbolçulardan ibarət milli komandası ilə 3 oyunda 1 qol vurub. O , Belçika millisində debüt oyununu 19 may 2010-cu ildə Brüsseldə Bolqarıstana qarşı keçirmişdir. Bundan əlavə, Kortrijkdə oynadığı zaman məşqçisi Georges Leekens millinin baş məşqçisi idi. O, ilk qolunu 15 avqust 2012-ci ildə Hollandiyaya 4:2 hesabı ilə qalib gəldiyi oyunda vurdu.