Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərbərlər
Bərbərlər ( yun. βάρβαροι, lat. barbari; öz adları amaziq, amaxaq - "azad kişi") — Afrikanın şimalında Misirdən Atlantik okeanına qədər ərazidə VII əsrdə islam dinini qəbul etmiş yerli xalqların ümumi adı. Bərbərlər Şimali Afrikanın ən qədim sakinlərindəndirlər. Dini inanca görə sünnidirlər. Avropalılar onlara "bərbər" adını ehtimal ki, yun."barbaros" sözündən yaranmışdır. == Tarixi == Müsəlmanların fəthindən bəri Məğrib sakinləri ərəb mədəniyyətindən əhəmiyyətli dərəcədə təsirlənmişlər. Onların əksəriyyəti ərəb dilində, bəziləri isə müstəmləkə dövründə (XIX—XX əsrlər) Şimali Afrikaya yayılan fransız və ispan dillərində danışırlar. Fransada əhəmiyyətli bir Bərbər diasporu var və bir sıra məşhur şəxsiyyətlər oradan çıxmışdır. Bərbərlərin Bərbər adlı xüsusi dili də var.
Gərgərlər
Qarqarlar – Azərbaycanlıların təşəkkülündə mühüm rol oynamış qədim tayfalardan biri. Qarqarlar əsasən Qarabağ ərazisində yaşamışlar. Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi XII–XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bəzən paralel olaraq işlənmiş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada qarqarların özlərinə məxsus eyniadlı şəhər də mövcud olmuşdur. == Etnik mənsubiyyəti == Qarqarların etnik mənsubiyyəti haqqında elmdə bir neçə fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu qeyd edirlər.
Sərkərlər
Sərkərlər — Azərbaycanın tanınmış soylarından biri. Xançobanı elinin bir hissəsi olmuşdurlar. Şirvan xanlığını idarə edirdilər. Soyun bilinən ilk nümayəndəsi Əsgər bəydir. Onun nəticəsi Allahverdi bəy Pyotr Butkovun yazdıqlarına görə hələ 1734-cü ildə Şamaxı ətrafı kəndlərin sahibi idi. Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarına əsasən Allahverdi bəy 1767-ci ildə vəfat etmişdir.
Bərbərlik
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün təraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Kəbərlər
Kəbərlər — Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri. == Tarix == IX əsrdə indiki Ukraynanın Poltava çevrəsində yaşamışdılar. Həmin əsrdə Xəzər xaqanlığına üsyan edən 3 boydan biriydi. Bizans imperatoru VII Konstantinin yazdığı De Administrando Imperio adlı kitaba görə, bu üsyanlar yetərince diqqətə dəyər üsyanlar olmuşlar və bunun nəticəsində Kəbərlər 854-cü ildə xaqanlıqdan qovuldular və əraziyə o dövrdə təzə-təzə köç edən macarların Het-Magyar (Yeddi Macar) boyuna sığındılar. Macarıstana köçən Kəbərlər əvvəllər Xəzər dilində danışırdılar, sonralar isə tədricən assimilyasiya olunaraq macar dilini qəbul etdilər və macarların arasında əriyib getdilər. Kəbərlərin təsiri ilə macar dilinə xeyli türk sözü keçib. === Azərbaycanda === Kəbərlər Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar, Kəbirli elinin əsasını qoymuşlar. == Mənbə == Q. A. Qeybullaev, Xazarskie etnonimı v Azerbaydjane. DAN Azerb. SSR, 1980, № 10, s.
Xəbərlər
Xəbər — Bir iş, hadisə və s. haqqında məlumat.
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Google Xəbərlər
Google Xəbərlər (ing. Google News) — Google tərəfindən hazırlanmış bir xəbər aqreqatoru xidməti. Xidmət minlərlə yayımçı və jurnaldan orqanizə edilmiş məqalələrə davamedici keçid axını təqdim edir. Tətbiq kimi Android və iOSda, həmçinin vebdə mövcuddur.
Bəbirlər (aerobatika eskadronu)
Bəbirlər (rus. Барсы) — Rusiyanın Surqut şəhərində mərkəzləşən, qadın pilotlardan ibarət yeganə mülki aerobatika komandasıdır. 18 iyul 2014 tarixində qurulmuşdur. Uçuşlar üçün Yak-54 təyyarələri istifadə olunur. Komandanın arsenalında həm də Yak-52, Yak-18T, An-2 və Douglas DC-3 təyyarələri var.
Koqalımdan Xəbərlər (1987)
Təsviri İncəsənət Bərbərlik İnstitutu
Barber Təsviri İncəsənət İnstitutu (ing. Barber Institute of Fine Arts) — Birmingem Universitetinin təhsil müəssisələrindən biri. İnstitut 1939-cu ildə Robert Atkinson tərəfindən yaradılmışdır. Binası Birmingem Universitetinin memarlıq üslubuna görə seçilən tikililərindən biridir.
Koqalımdan xəbərlər (film, 1987)
İran İslam Respublikasının Xəbərlər Şəbəkəsi
İran İslam Respublikasının Xəbərlər Şəbəkəsi (IRINN) İranın xəbər kanalı, İran Radio və Televiziya Şəbəkəsi Şirkətinin bir parçasıdır. Mərkəzi İranın paytaxtı Tehran şəhərindəki Jame Jam Park adlı bölgədədir. Əsasən siyasi proqramlar yayımlasa da, ancaq idman, elm və səhiyyə xəbərlərinə də yer ayrılır. Proqramların dili əsasən fars dilindədir, ancaq ingilis və ərəb dillərində də, proqramlar verilir.
Bürgerler
Bürgerlər (alm. Bürgertum, Bürger – şəhərli sözündən‎) — orta əsr şəhərlərinin əmlaka malik olan və şəhər hüququnun təsir dairəsində olan şəxsən azad sakinləri. == Tarixi == Bürgerlər 11-ci əsrdə şəhərlərdəki əhalinin şəhər torpaqları uğrunda feodal istismarı və öz başınalığından qurtulmaq naminə senyorlarla apardığı mübarizə gedişində təşəkkül tapmışdı. == İdarə edilməsi == Bürgerlər əmlak baxımından fərqli idilər. Yuxarı təbəqəyə iqtisadi və siyasi cəhətdən hakim mövqeyə malik olan, çox vaxt şəhərlərə məxsus torpaqlarda yaşayan kəndlilərlə münasibətdə senyor rolunda çıxış edən patrisiat aid idi; əslində, iqtisadi sərbəstliyini itirmiş və istismara məruz qalan xırda sənətkarlar və tacirlər onlara müqavimət göstərirdilər. Silki nümayəndəli monarxiya meydana gəldikdə yalnız Bürgerlərin yuxarı təbəqəsi silki nümayəndəli orqanların fəaliyyətində iştirak etmək hüququna malik idi. Feodal cəmiyyətinin tərkib hissəsi olan Bürgerlər feodalizm sisteminin dağılmasına gətirib çıxaran əmtəə-pul münasibətlərinin inki şafına şərait yaradırdılar. 16–18-ci əsrlərdə kapitalist istehsal üsuluna keçən, silki ayrı-seçkiliyin və imtiyazların ləğvində maraqlı olan Bürgerlərin bir hissəsi formalaşan burjuaziyanın özəyini təşkil etdi.
Bürgerlər
Bürgerlər (alm. Bürgertum, Bürger – şəhərli sözündən‎) — orta əsr şəhərlərinin əmlaka malik olan və şəhər hüququnun təsir dairəsində olan şəxsən azad sakinləri. == Tarixi == Bürgerlər 11-ci əsrdə şəhərlərdəki əhalinin şəhər torpaqları uğrunda feodal istismarı və öz başınalığından qurtulmaq naminə senyorlarla apardığı mübarizə gedişində təşəkkül tapmışdı. == İdarə edilməsi == Bürgerlər əmlak baxımından fərqli idilər. Yuxarı təbəqəyə iqtisadi və siyasi cəhətdən hakim mövqeyə malik olan, çox vaxt şəhərlərə məxsus torpaqlarda yaşayan kəndlilərlə münasibətdə senyor rolunda çıxış edən patrisiat aid idi; əslində, iqtisadi sərbəstliyini itirmiş və istismara məruz qalan xırda sənətkarlar və tacirlər onlara müqavimət göstərirdilər. Silki nümayəndəli monarxiya meydana gəldikdə yalnız Bürgerlərin yuxarı təbəqəsi silki nümayəndəli orqanların fəaliyyətində iştirak etmək hüququna malik idi. Feodal cəmiyyətinin tərkib hissəsi olan Bürgerlər feodalizm sisteminin dağılmasına gətirib çıxaran əmtəə-pul münasibətlərinin inki şafına şərait yaradırdılar. 16–18-ci əsrlərdə kapitalist istehsal üsuluna keçən, silki ayrı-seçkiliyin və imtiyazların ləğvində maraqlı olan Bürgerlərin bir hissəsi formalaşan burjuaziyanın özəyini təşkil etdi.
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
== Məzmun == Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. == Film haqqında == Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Berbere
Berbere, Efiopiya və Eritreya mətbəxlərində istifadə olunan ədviyyat qarışığıdır. O, adətən qırmızı bibər, zəncəfil, mixək, keşniş və digər ətirli ədviyyatlardan ibarətdir. Bəzən yerli bitkilərdən və otlardan, məsələn, Aframomum corrorima və uzun bibərdən də hazırlanır. Berbere sözü çili bibərinin özünə də aiddir. == Hazırlanma üsulu == Berbere ədviyyatı fərqli üsullarla hazırlanır və hər bir bölgənin və ailənin özünə məxsus resepti olur. Əvvəlcə qırmızı bibər tavada qızardılır, bibər tünd qəhvəyi rəng alınana qədər. Sonra ona zəncəfil, acı bibər və qara istiot, samanlıq güldəfnəsi, zirə və əkin keşnişi əlavə olunur. Hamısı bir yerdə qızardılır və daha sonra üyüdülür. Ədviyyatın daha şirin olması üçün darçın, hil, mixək və ətirli bibər əlavə edilir, yenidən qızardılır və yenidən üyüdülür. Nəticədə toz və ya pasta şəkilli qarışım əldə edilir.
Veb serverlər
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
Yaşıl Beretlər
ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri (Yaşıl Beretlər) ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir. Vəzifələri: qeyri-konvensional müharibə, antiterrorizm, narkotiklərlə mübarizə. Şüarı — "De oppresso liber" (latınca "Zülmdən azad etməli").