Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəzəkli
Bəzəkli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km cənub-qərbdə, Qarasu çayının sol sahilində yerləşir. == Tarixi == "Bəzəkli" toponiminin Bozox oğuz boylarının adı ilə əlaqədar olduğu, tədricən deyiliş təhrifinə uğrayaraq Bəzəkli halına gəldiyi ehtimal edilir. == Əhalisi == Kənddə 1870-ci ildə 19 ailədə 159 nəfər, 1926-cı ildə 70 ailədə 405 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 763 nəfər əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 778 nəfər əhali yaşayır. == Təhsil == Kənddə bir baza məktəbi (doqquzillik) fəaliyyət göstərir. Azərbaycandilli olan məktəbdə 113 nəfər şagird təhsil alır.
Bəzəkli dağı
Bəzəkli dağı - Kəngərli rayonu ərazisində dağ (hünd. 1978,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Çalxanqala kəndindən 2,5 km qərbdə yerləşən zirvə. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən eyniadlı qılıcvari antiklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və şimal-şərq yamacından cənub-şərq istiqamətli üstəgəlmə keçir.
Bəzəkli qalası
Bəzəkli qalası, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda arxeoloji abidə. == Bəzəkli qalası I == Qalanın mərkəzində narınqala yerləşir. Qala üçbucaq formalı quruluşa malikdir. O bir tərəfdən iri qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Divar qalıqları bəzi yerlərdə 1 m hündürlükdə qalmışdır. Divarlar yanlarda iri daşlardan tikilmiş, onların arası isə kiçik həcmli qaya parçalan ilə doldurulmuşdur. Qala cənub tərəfdən iki qat divarla əhatə olunmuşdur. Sahəsi 1125 m2-dir. Sahəsi kiçik olduğu üçün onun gözətçi məntəqəsi kimi istifadə olunduğunu söyləmək olar. Qala kənd yerinə gedən yolun üzərində strateji cəhətdən əlverişli mövqedə yerləşdirilmişdir.
Bəzəkli qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Təzəkçi (Duzluca)
Təzəkçi — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin adı XV əsrə aiddir. Əsrin əvvəllərində regionda əmir olmuş Tizək bəyin adından gəlir. 1928-ci il qeydlərində Təzəkçi kimi qeyd olunan kənd, 1968-ci il qeydlərində Özlü kimi qeyd olunur. Kənd 2014-cü ildə yenidən "Təzəkçi" adlandırılmışdır.
Bəzəkli çökükburun
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.
Bəzəkli ağ akasiya
Robinia hispida (lat. Robinia hispida) — yalançı akasiya cinsinə aid bitki növü. == Təbii yayılması: == Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir. == Botaniki təsviri: == Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz.
Bələdçi
Bələdçi — yol göstərən, nabələd kimi isə yola müşayiət edən şəxs. Bələdçi — kiməsə yol göstərişi üçün müşayiət edən. Məsələn: dağlıq bələdçisi. Bələdçi — (dəmir yolu qulluqçusu). Bələdçi — yolda sərnişin vaqonunu müşayiət edən və sərnişinlərə xidmət edən dəmir yolu qulluqçusudur. Bələdçi — (elektrik Bələdçisi). Elektrik cərəyanını keçirən maddədir və ya belə maddədən istehsal edilmiş elektrik zəncirin elementidir. Bələdçi — zavod Bələdçisi Riqada yerləşmiş və XIX sonunda mövcud olmuş rezin məmulatlarının zavodudur. Bələdçi — Windows bələdçisi. Windows, explorer.exe istifadəçiyə fayllara giriş üçün qrafik interfeysi verən və Microsoft Windows əməliyyat sisteminin idarəsi altında işləyən kompüter proqramıdır, fayl meneceridir və iş stolu mühitidir.
Ələkçi
Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Ələkçi toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında Ələkçi kəndinin XIX əsrdə qasımuşağı tayfasının oturaqlaşması nəticəsində yarandığı qeyd edilir. Toponimin qasımuşağı tayfasına məxsus olan ələkçi nəslinin adı ilə bağlı olması deyilir. Əslində isə Ələkçi kəndində qasımuşağı tayfasının nə “ələkçi nəsli (tirəsi)”, nə də bu ərazilərdə vaxtilə məskunlaşan digər belə bir tayfa yaşamamışdır. Ələkçi kəndinin ərazisi hələ 1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti oba, kənd, qışlaq və məzrələri siyahıya alan zaman kəndin adını Ələhi kimi qeyd edib. Bu toponim nə xalq, nə tayfa (tirə), nə də peşə, sənət sözlərindən düzəlməmişdir. Sadəcə olaraq bu ad uzun illər ərzində öz ilkin formasını qismən dəyişmiş, coğrafi mövqeyi ifadə edən qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır. Ələkçi kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.
Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.
Bədəki (Urmiya)
Bədəki (fars. بادکی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 252 nəfər yaşayır (63 ailə).
Bəkəki eli
Bəkəki eli İranın Fars ostanında Şiraz şəhərinin Kuhmərə Sorxi məntəqəsinin Mərvək dağında yaşayan eldir.Bəkəkilər Kuhmərə dilinin Bəkəki dialektində danışırlar və şiədirlər. == Oymaqlar == Rəyisi == Mənbə == Abdulla Şəhbazi, Naməlum el:Frasın Sorxi dağ sakinləri barədə araşdırma, Tehran:Ney nəşri,1986. Abdulla Şəhbazi,Ellər və köçərilər tanıdılması üçün müqəddimə,Tehran:Ney nəşri,1989.
Mehmet Rüfət Börəkçi
Mehmet Rüfət Börəkçi (türk. Mehmet Rifat Börekçi; 29 noyabr 1860, Ankara – 5 mart 1941, Ankara) — Türk din adamı, siyasətçi, Dəyanət işləri üzrə rəhbər (1924–1941). Ankaranın görkəmli şəxsiyyəti kimi Türkiyə İstiqlaliyyət müharibəsinə və Mustafa Kamal Atatürkə dəstəyini əsirgəməyən Türkiyə Çümhuriyyətnin ilk Dənanət işləri üzrə başçısıdır. Müəyyən dövrlərdə millət vəkili də olmuşdur. 23 aprel — 27 oktyabr 1920) == Həyatı == 1860-cı ildə Ankaranın Beynam bölgəsində anadan olub. Atası Börekçizade Əli Kazım Əfəndi Ankara alimlərindən biridir. İlk və orta təhsilini Ankarada başa vurduqdan sonra ali təhsil almaq üçün İstanbula getmiş, burada Beyazit mədrəsəsinin professorlarından Atıf Əfəndinin mühazirələrinə qatılmış və dini ali elmləri öyrənərək diplomla təltif edilmişdir. == Fəaliyyəti == İlk vəzifəsinə Ankaradakı Fazliye Mədrəsəsində müəllim kimi başladı. 10 oktyabr 1898-ci ildə Ankara Apelyasiya Məhkəməsinin üzvü, 25 noyabr 1908-ci ildə Ankara müftisi təyin edildi. 1911-ci ildə bir müddət Sivrihisar ilçesinin icra başçısı vəzifəsini icra etdi.
Kələkçi kəndinin dağıldılması
Kələkçi kəndinin dağıldılması — 1992-ci ilin noyabrında Türkiyənin Diyarbəkir vilayətinin Diclə rayonunda Kələkçi kəndinin dağıdılması hadisəsi. Türkiyə hakimiyyəti Kələkçi kəndinin muxtarından kəndin bütün sakinlərini təxliyə etməyi tələb etmişdir, lakin kəndlilər bir əraziyə toplaşmış və bu zaman Türkiyə jandarma qüvvələri zirehli texnika ilə ağır silahlardan istifadə edərək kəndlilərə və onların evlərinə atəş açmağa başlamışdır. Əsgərlər 136 evi yandırıb dağıtmışdılar. Kənd sakinlərinin bəziləri naməlum şəxslərlə yaxınlıqdakı şəhərlərə qaçmışdılar. 6 aprel 1993-cü ildə Türkiyə hökuməti geri qayıtmış və qalan evləri yandırmışdır. Dağıldılmazdan əvvəl kəndin beş yüz sakini var idi. Həmin ilin iyul ayında bir kənd gözətçisi ailəsi Kürdüstan Fəhlə Partiyasının (PKK) hücumu zamanı üç üzvünün öldürülməsinə görə Türkiyənin yaratdığı kənd mühafizə sistemindən istefa vermək qərarına gəlmişdir. == Beynəlxalq Ədalət Məhkəməsi == Doqquz ailənin işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) çatdırılmışdır. 1996-cı ildə kənd gözətçisi ailəsinin ailə üzvlərinin işi müvəffəqiyyətlə onların xeyrinə həll edilmiş, bu da "Türkiyə təhlükəsizlik qüvvələrinin həqiqətən də evin dağıdılmasında günahkar olduğunu təsdiqləmişdir". Sonradan qərar çıxarılmış və beləliklə, kəndlilərə evlərin, mal-qara və əkinlərin, ev təsərrüfatlarının əmlakının dağıdılması, gəlir itkisi və alternativ yaşayış yerlərinin dəyərinə görə cəmi 115,062,76 funt sterlinq (188,702 ABŞ dolları) məbləğində maddi zərərin ödənilməsinə qərar verilmişdir.
Bəzək daşları
Bəzək daşları - yüksək sərtliyi, gözəl rəngi, yaxud naxışları ilə seçilən, cilalanan və pardaxlanan şəffaf, rəngsiz və rəngli qiymətli, yarımqiymətli minerallar və süxurlar. Zərgərlikdə, bədii və dekorativ məmulatlar hazırlanmasında istifadə edilir. Bəzək daşları üç sinifə bölünürlər: I sinifə – nefrit, lazurit, sodalit, amozonit, rodonit, malaxit, avanturin, dağ billuru, kvars, əqiq, yəşəm, vezuvian, çəhrayı kvars və b.; II sinifə — lepidolit, serpentin, selenit, obsidian, mərmər oniks, diatomit, fluorit, kəhrəba və s.; III sinifə — gips, mərmər, porfirlər, bəzi kvarsitlər, labrodorit, aqalmatolit, steatit və b. daxildir. == Həmçinin bax == Kiçik Qafqaz Zərgərlik Daş Salahlı bentonit gili == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Albaniya Əməkçi Gənclər İttifaqı
Albaniya Əməkçi Gənclər İttifaqı (alb. Bashkimi i Rinisë së Punës së Shqipërisë) — Albaniya Əmək Partiyasının gənclər təşkilatı. 1949-cu ildə təşkil edilmişdir. Kommunist Albaniyada əsas siyasi təşkilatlar olmuşdur və Demokratik Cəbhənin bir hissəsi idi. İttifaqın yaşı on beşdən iyirmi beşə qədər olan 200 mindən çox üzvü var idi. İttifaqı bütün pioner təşkilatlarına nəzarət etmək, gənclər arasında partiya direktivlərini yerinə yetirmək, xüsusi təsərrüfat layihələri üzərində işləmək üçün əmək dəstələrini səfərbər etmək vəzifəsi daşıyırdı. Partiya və ya dövlət aparatında karyera qurmaq istəyənlər üçün ittifaqa üzvlük ilkin şərt idi.
Qəzetçi
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
Beziki
Beziki - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Toponim == Beziki - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Orta əsrlərdə Ermənistanda yaşamış kürd mənşəli Paziki tayfasının adını əks etdirir. XIX əsrdə Türkiyədə Beziki kürd tayfası olmuşdur. İranda XIX əsrdə Zəngənə adlı kürd mənşəli tayfanın da bir qolu Bazuki adlanırdı. Bax: Baziki.
Bezəcik (Həştrud)
Bezəcik (fars. بزوجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (3 ailə).
İsmayıl Beşikçi
İsmayıl Beşikçi (türk. İsmail Beşikçi; 1939, İskilip, Çorum ili) — Türkiyə sosioloqu, filosofu və yazıçısə. O, PEN-in fəxri üzvüdür. Beşikçi Yaxın Şərqin kürd əhalisi haqqında yazılarından irəli gələn təbliğat ittihamı ilə 17 il həbs cəzası çəkmişdir. Beşikçi Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində təhsil almışdır və 1962-ci ildə oranı bitirmişdir. Əsgərlikdən sonra Ərzurumda Atatürk Universitetində dosent vəzifəsində çalışmışdır. O, ilk antropoloji tədqiqatını, sonuncu köçəri kürd tayfalarından biri olan Əlikan haqqında araşdırmanı burada hazırlamış və 1967-ci ildə Ankara Siyasi Elmlər Fakültəsinə təqdim etmişdir. Kürdlərlə ikinci dəfə hərbi xidməti zamanı Bitlis və Hakkaridə qarşılaşmışdır. O, ilk dəfə köçəri Əlikan tayfasının qışdan yay çəmənliklərinə və geriyə köç edərkən Bitlisdən keçdiyini görmüşdü Beşikçi 100 ildən çox müddətə həbs cəzası almış, lakin 1999-cu ildə həbsdən azad edilmişdir. O, 2011-ci ilin martında 15 ay müddətinə azadlıqdan məhrum edilmişdir.