Bəzəkli

BəzəkliGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir.[3]

Bəzəkli kəndi
gürc. სოფელი ბეზაქლო (sopeli bezaklo)
41°16′39″ şm. e. 44°12′11″ ş. u.
Ölkə Gürcüstan
Rayon [[Başkeçid]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.280 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 532 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1701[2]
Xəritəni göstər/gizlə
Bəzəkli kəndi gürc. სოფელი ბეზაქლო (sopeli bezaklo) xəritədə
Bəzəkli kəndi gürc. სოფელი ბეზაქლო (sopeli bezaklo)
Bəzəkli kəndi
gürc. სოფელი ბეზაქლო (sopeli bezaklo)

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km cənub-qərbdə, Qarasu çayının sol sahilində yerləşir.[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

"Bəzəkli" toponiminin Bozox oğuz boylarının adı ilə əlaqədar olduğu, tədricən deyiliş təhrifinə uğrayaraq Bəzəkli halına gəldiyi ehtimal edilir.[4]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənddə 1870-ci ildə 19 ailədə 159 nəfər, 1926-cı ildə 70 ailədə 405 nəfər azərbaycanlı yaşayırdı.[4]

17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 763 nəfər əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 778 nəfər əhali yaşayır.[3]

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə bir baza məktəbi (doqquzillik) fəaliyyət göstərir.[4] Azərbaycandilli olan məktəbdə 113 nəfər şagird təhsil alır.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://census.ge/en/home.
  2. http://www.gpost.ge.
  3. 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
  4. 1 2 3 4 5 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 30 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
  5. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
  6. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005