Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bağlayıcı
Bağlayıcı — Azərbaycan dilinin qrammatikasında köməkçi nitq hissəsidir. Cümlələr, abzaslar və sözlər arasında əlaqə yaradan köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Bağlayıcılar 2 yerə tabelilik və tabesizlik bağlayıcıları olaraq iki yerə bölünür. == Tabesizlik bağlayıcıları == Tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və həmcins sözləri bir-birinə bağlayır. Mənaca növləri Birləşdirmə bağlayıcıları: və, ilə,(-la²). Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Və həm tabesiz cümləni, həm də həmcins sözləridə bir-birinə bağlayır. Məsələn: O gəldi və yemək hazırladı.(tabesiz cümlə). O qələm və dəftər aldı.(həmcins sözləri bağladı), lakin ilə isə yalnız həmcins sözləri bir-birinə bağlayır. Məsələn:O qələm ilə dəftər aldı.
Qıraq bağlayıcı
Qıraq bağlayıcı – fərdi kompüterin genişləndirmə yuvasına və ya lentşəkilli kabelin ucunda yerləşən bağlayıcıya taxılan çap lövhəsinin qırağı boyunca düzülmüş enli, yastı kontaktlar dəsti. Bu kontaktlar lövhəni verilənlərin ötürülməsinin ümumi sistem magistralı (şin) ilə birləşdirir. Qıraq bağlayıcılar çirklənməyə və yağlanmaya çox həssasdır, buna görə də onlara toxunmaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Bizi Bağışlayın (1979)
Bizi bağışlayın filmi rejissor Arif Babayev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada müasir həyatımızdan, adamlar arasında mürəkkəb və bəzən təzadlı münasibətlərdən, nəsillərin əlaqəsindən və gənclik ideallarına sədaqətdən danışılır. Əsas rolları Yelena Fadeyeva, Həsən Məmmədov, Ötkəm İsgəndərov, A. Məmmədov, Ariadna Şengelaya və Səidə Quliyeva ifa edirlər. == Məzmun == Filmdə çox aktual mənəvi-etik məsələyə toxunulur. Burada müasir həyatımızdan, adamlar arasında mürəkkəb və bəzən təzadlı münasibətlərdən, nəsillərin əlaqəsindən və gənclik ideallarına sədaqətdən danışılır. İnsan haradan harayadək yüksəlməsində xidməti olan bəzi insanları, xüsusən də həyata və elmə dair təməl bilikləri aldığı müəllimləri unudur. Müəllim isə şöhrətlənən şagirdlərini unutmur.Filmdə məşhur alimin illər sonra pensiyaya çıxmış orta məktəb müəllimi ilə görüşündə yaşadığı sarsıntı ön plana çəkilib. Sadə, qocafəndi ömür sürən Mariya Petrovna (Yelena Fadeyeva) öz puluna keçmiş şagirdi Nərimanın (Həsən Məmmədov) kitabını da alıb. Nəriman həmin kitabı görəndə xatırlayır ki, böyük uğur qazanarkən doğma şəhərindən ona təbrik teleqramını adını unutduğu və bu üzdən cavab vermədiyi müəlliməsi vurubmuş.
DNT bağlayıcı protein
DNT ilə əlaqəli zülallar, DNT ilə əlaqəli domenlərə sahib olan və bu səbəbdən tək və ya cüt telli DNT üçün spesifik və ya ümumi yaxınlığa malik olan proteinlərdir. Seriyaya xas spesifik DNT ilə birləşdirən zülallar, baza cütlüyünü müəyyənləşdirən daha funksional qruplar açdıqları üçün, B-DNA əsas yiv ilə tipik olaraq qarşılıqlı əlaqə qururlar. Bununla birlikdə, netropsin, distamisin, Hoechst 33258, pentamidine, DAPI ve başqaları kimi kiçik yivlərin DNT-bağlayıcı bəzi bilinən bağları var. == Nümunələr == DNT ilə əlaqəli zülallara transkripsiya prosesini modulyasiya edən transkripsiya faktorları, müxtəlif polimerazlar, DNT molekullarını parçalayan nükleazlar və hüceyrə nüvəsindəki xromosom qablaşdırmada və transkripsiyada iştirak edən histonlar daxildir. DNT-ni bağlayan zülallar, nükleik turşuya bağlanmağı asanlaşdıran sink barmaq, sarmal dönmə-sarmal və lösin fermuar (digərləri arasında) kimi sahələri əhatə edə bilər. Transkripsiya aktivatoruna bənzər effektorlar kimi daha qeyri-adi nümunələr də var. == Spesifik olmayan DNT-protein qarşılıqlı təsirləri == DNT-ni bağlayan struktur zülallar, spesifik olmayan DNA-protein qarşılıqlı təsirlərinin yaxşı başa düşülən nümunələridir. Xromosomlar daxilində DNT, struktur zülallarla komplekslərdə tutulur. Bu zülallar DNT-ni kromatin adlanan kompakt bir quruluş halına gətirir.Eukariotlarda bu quruluş, histonlar adlanan kiçik bir əsas zülal kompleksinə DNT bağlanmasını ehtiva edir. Prokariotlarda bir çox növ zülal iştirak edir .
Bizi bağışlayın (film, 1979)
Bizi bağışlayın filmi rejissor Arif Babayev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada müasir həyatımızdan, adamlar arasında mürəkkəb və bəzən təzadlı münasibətlərdən, nəsillərin əlaqəsindən və gənclik ideallarına sədaqətdən danışılır. Əsas rolları Yelena Fadeyeva, Həsən Məmmədov, Ötkəm İsgəndərov, A. Məmmədov, Ariadna Şengelaya və Səidə Quliyeva ifa edirlər. == Məzmun == Filmdə çox aktual mənəvi-etik məsələyə toxunulur. Burada müasir həyatımızdan, adamlar arasında mürəkkəb və bəzən təzadlı münasibətlərdən, nəsillərin əlaqəsindən və gənclik ideallarına sədaqətdən danışılır. İnsan haradan harayadək yüksəlməsində xidməti olan bəzi insanları, xüsusən də həyata və elmə dair təməl bilikləri aldığı müəllimləri unudur. Müəllim isə şöhrətlənən şagirdlərini unutmur.Filmdə məşhur alimin illər sonra pensiyaya çıxmış orta məktəb müəllimi ilə görüşündə yaşadığı sarsıntı ön plana çəkilib. Sadə, qocafəndi ömür sürən Mariya Petrovna (Yelena Fadeyeva) öz puluna keçmiş şagirdi Nərimanın (Həsən Məmmədov) kitabını da alıb. Nəriman həmin kitabı görəndə xatırlayır ki, böyük uğur qazanarkən doğma şəhərindən ona təbrik teleqramını adını unutduğu və bu üzdən cavab vermədiyi müəlliməsi vurubmuş.
Sənə sevinc bağışlayım (film, 1978)
== Məzmun == Sənədli televiziya filmi yaradıcılıqda ilk sərbəst addımlarını atan gənc rəssam və heykəltəraşlara həsr olunmuşdur.