Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baqdasar Avakyan
Baqdasar Avakyan (1883, Ataqut, Şuşa qəzası – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == Bakı şəhərinin komendantı Baqdasar Avakyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Buğdaşen
Buğdaşen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km cənub-qərbdə, Gümrü-Qurduqulu (Oktemberyan) yolunun üstündə, yaylaqda, Arpaçayın yaxınlığında yerləşir. Burada XIX əsrin 30-cu illərinə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyənin Alaşkert, Bulanix, Muş vilayətlərindən köçürülmüşdür. Toponim buğda və qədim türk dilində «kənd», «yaşayış yeri» mənasında işlənən şenlik mənasını ifadə edən şen sözündən formalaşmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.XII.1947-ci il fərmanı ilə adı dəyişdirilib Baqravan qoyulmuşdur. Buğdaşen stansiya qəsəbəsi - Ağin (Ani) rayonunda stansiya qəsəbəsi.
Şağlaser
Şağlaser — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Şağlaser Lənkəran rayonunun şimal hissəsində dağətəyi bölgədə yerləşən etnik talış kəndidir.[mənbə göstərin] Ehtimallara görə Şağlaser toponiminin mənşəyi talış dilində "şah", "ğala" və "sə" sözlərinin sintezindən yaranmışdır və hərfi mənası azərbaycan dilində "şah qalasının başı" anlamına gəlir. Kənddə 2 orta məktəb, 2 kitabxana, klub, stasionar xəstəxana, uşaq bağçası və mədəniyyət sarayı fəaliyyət göstərir. Əhalisinin sayı 10 mindən çoxdur.[mənbə göstərin] Şağlaser kəndi xüsusi elm xadimləri və qabaqcıl şəxsləri ilə məşhurdur. Əsas təsərrüfatçılıq sahələri faraş tərəvəzçilik və maldarlıqdır.
Babaser
Babaser — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində, Babaser Su Anbarının şərq hissəsində kənd. == Əhalisi == 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Babaser kəndində toplam 57 evdə şiə təriqətli müsəlmanlardan ibarət 186 nəfər əhali yaşayırdı.
Tağaser
Tağaser — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tağaser kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Oykonim fars dilindəki tağ ("dairə", "qübbə", "gümbəz" mənalarında) və sər ("baş" mənasında) sözlərindən ibarət olub (-a mənsubiyyət bildirir), "gümbəzin başında (yəni yuxarı hissəsində) yerləşən kənd" mənasındadır. Tağaser kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şaqlasər bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şağlaser kənd məscidi
Şağlaser kənd məscidi — Azərbaycanın Lənkəran rayonunun Şağlaser kəndində yerləşən məscid. Məscid 2006-cı ildə müasir şərq və milli üslubda inşa edilmişdir. Məscid müasir dövrün tələblərinə uyğun su, kanalizasiya və istilik sistemləri ilə təchiz edilmişdir. Sahəsi 260 kv. metrdir. Burada eyni vaxtda 300 nəfər ibadət edə bilər. 1 günbəzi və 2 minarəsi vardır. Minarələrin hündürlüyü 30 metrə yaxındır. Tikilinin orta hissəsində heç bir divar və sütun yoxdur. Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir.
Müqəddəs Məryəm kilsəsi (Tağaser)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Tağaser kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsənin inşaat kitabəsinə əsasən onun XVII əsrdə tikildiyi müəyyən edilmişdir. Kilsənin xarabalıqları Tağaser kəndinin qərbindəki təpənin üstündə yerləşir. Kilsənin cənub və qərb tərəflərində daha iki tikilinin xarabalıqları vardır. Kompleksin şimal tərəfini əhatə etmiş müdafiə divarlarının yalnız qalıqları dövrümüzə çatmışdır. Planda sadə düzbucaqlı formaya malik olan kilsə, 15x5.3 metr ölçülərə malikdir. İbadət zalının şərq hissəsində tağlı örtüyə malik altar apsidası və iki kiçik köməkçi otaq yerləşir. Tikili tamamilə yerli daşlardan inşa edilmişdir.
Müqəddəs Tanrı anası kilsəsi (Tağaser)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Tağaser kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsə iki inşaat kitabəsinə malikdir. Onlar hər ikisi iç tərəfdən portal timpanına yerləşdirilmişdir. Kitabələrdən məlum olur ki, kilsə 1635-ci ildə kənd sakinlərinin iştirak ilə inşa edilmişdir. Bu kilsə vaxtilə mövcud olmuş və dövrümüzə çatmamış daha qədim və daha kiçik ölçülü kilsə ilə üzbəüz yerləşirdi. Təpə ətəyində yerləşən kilsə, tut və qoz bağları ilə əhatə olunmuşdur. Müqəddəs Tanrı anası kilsəsi dörd pilona malik bazilikadır. Kilsə narteksindən dövrümüzə yalnız yarıdağınıq kilsə binası qalmışdır Böyük ölçülərə malik kilsə tağtavana və iki tərəfli dam örtüyünə malikdir. Şərq apsidasının hər iki tərəfində köməkçi otaqlar yerləşir.