Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batail zona
Bastamlı
Bastamlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. == Toponim == Müxtəlif mənbələrdə Bastamlı, Bestamlı və ya Bostamlı adı ilə rast gəlinən kəndin adı etnotoponim olub burada məskunlaşmış və Bayat boyuna mənsub olan Bastamlı oymağının adından irəli gəlir. 1917-ci ilə aid İngilis məxfi məlumatlarında bu oymağın 108 evdən ibarət olduğu qeyd edilmişdir. == Coğrafiya == Bastamlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 175 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Bastamlı kəndi arasındakı məsafə 13 km-dir. == Əhali == OŞSAM-ın 30 may — 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Bastamlı kəndində təxminən 5.3 min nəfər əhali yaşayırdı. Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyundan törəmişdir.
Baqrami rayonu
Baqrami rayonu — Əfqanıstanda Kabil vilayətinin mərkəzində yerləşən rayon. == Haqqında == Əfqanıstanda Kabil vilayətinin mərkəzində yerləşən Baqrami rayonunun mərkəzi Baqrami şəhəridir. Əfqanıstanın paytaxtı Kabil şəhərindən cənub şərqdə yerləşir. == Coğrafiyası == Rayon qərbdə Kabillə, şimalda Deh Səbzlə, şərqdə Surobi və cənubda isə Xaki Cabbar, Musayi və Çəhar Asyab rayonları ilə hüdudlanır. İcmaların bir-birinə yaxın olmasına görə əhalinin əksəriyyəti Kabildə işləyir.
Kaqamil adası
Kaqamil adası (ing. Kagamil Island, aleut. Qagaamila) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. == Coğrafiya == Dörd Dağ adaların ən şərqində yerləşir. Çuqinadak adasından 6,0 km şimalda və Uliaqa adasından 1,2 mil (1,9 km) cənubdadır. Kaqamilin uzunluğu təqribən 10 km, eni isə 5 km-ə qədər olan qayalı, yaşayış olmayan adadır. Adada sönmüş vulkan var. Adanın cənub hissəsində iki zirvəsi olan bir vulkan vardır: biri dəniz səviyyəsindən 890 m yüksəklikdə, digəri dəniz səviyyəsindən 690 m yüksəklikdədir. Adada soyuq dəniz iqlimi hakimdir, tez-tez duman və yağıntılar müşahidə olunur.