Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ubasute
Ubasute (姥捨て), obasute və ya oyasute (親捨て) – Yaponiyada yaşlı və ya xəstə qohumları kimsəsiz yerdə ölümə tərk etmək adəti. Ubasute əfsanələşmiş adət hesab olunur, geniş yayılıb-yayılmadığı mübahisə mövzusudur. Müasir Yaponiyada bu adətin müxtəlif formalarda canlandırıldığı müşahidə olunur. Fuci dağının şimal-qərb yamacındakı sıx meşələrin, xüsusilə, Aokiqahara meşəsinin ubasute adəti üçün populyar yer olduğu düşünülür. Naqano prefekturasında yerləşən Obasute dağının adı bu adətdən yaranmışdır, çünki qədim zamanlarda insanlar yaşlı və ya xəstə yaxınlarını bu dağda ölümə tərk edirdilər. Ubasute bir çox əfsanənin və hekayənin mövzusu olmuşdur. Bu hekayələrin çoxu valideyni tərk etmək haqqında olsa da, ailə sevgisini də təsvir edir. Məsələn, "Ubasuteyama" hekayəsində oğul öz anasını ölümə tərk etmək üçün dağın zirvəsinə aparır, lakin anası oğlunun geri qayıtmasını asanlaşdırmaq üçün yolu sümüklərlə işarələyir. Bu hekayə ananın hər şeyin fərqində olmasına baxmayaraq, oğlunu hələ də sevdiyini təmsil edir. Hindistandan gələn bir hekayə isə yaşlıları sevməyən bir hökmdar haqqındadır.
Basuto
Basuto — Cənubi Afrikada yaşayan xalqdır. Lesoto Krallığı əhalisinin 98% təşkil edir. CAR-da Lesoto ilə qonşu reqionlarda məskunlaşır. Soto ya daha düzgün - sesoto dilində danıșırlar. Cənubi Afrikaya XV -XVI əsrlərdə indiki Şərqi Afrika reqionlarından köçməyə başladılar.
Napüştə (Kəleybər)
Napüştə (fars. ناپشته‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (11 ailə).
Jan Batiste Danvil
Jan Batiste Danvil — coğrafiyaşünas və kartoqraf olmuşdur və kartoqrafiyanın inkişafına böyük töhfələr vermişdir. Ehtiyatlı, dəqiq işləri ilə səciyyələnən və original tədqiqatlar əsasında yaradılan qədim coğrafi xəritələri xüsusilə qiymətlidir. O, qitələrin hələ kəşfolunmamış ərazilərini xəritədə boş saxlayırdı və sələflərinin xəritələrindən fərqli olaraq onun xəritələri daha boş görsənirdi. == Fəaliyyəti == Onun coğrafi araşdırmalara olan istəyi hələ gənc yaşlarından özünü büruzə verirdi:12 yaşında o, Latın müəllifləri üçün xəritələr tərtib edirdi. Onun ilk tərtib etdiyi xəritə olan Qədim Yunanıstan 15 yaşı olarkən dərc edilmişdi. 22 yaşında o, Danvil kralın coğrafiyaşünaslarından biri seçildi. Danvilin araşdırmaları dünya ədəbiyyatında coğrafi təbiətin onun haqqında məlumat toplaya biləcəyi hər bir xüsusiyyətini əhatə edirdi. O, sadəcə qədim və müasir tarixçiləri, səyyahları və yazıçıların deyil, həmçinin şair, natiq və filosofların da əsərlərini ətraflı olaraq tədqiq edirdi. Danvil köhnə xəritələrdən məzmununu köçürmək ənənəsinə son qoyaraq coğrafiyaya yeni bir istiqamət gətirdi. O, xəritələrdə olan yerlərin ümumi qəbul olunmuş mövqelərini ciddi tədqiqatlardan keçirdi və dəqiq olmayan adları kateqoriyalardan çıxardı.