Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başıayaqlı molyusklar
Başıayaqlılar (lat. Cephalopoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi. == Haqqında == Bu sinfin nümayəndələrinin ayaqları başlarında yerləşən bir neçə qolcuğa və hərəkəti təmin edən qıfa çevrilmişdir. Qolcuqlarda çoxlu sormaclar vardır. Suda aktiv üzürlər. Yırtıcıdırlar. Çox az nümayəndəsində çanaq vardır. Normal duzlu dənizlərdə yaşayırlar. Həm xariciqabıqlı (Nautilus cinsi) həm də daxiliqabıqlı (kalmarlar, karakatisalar, osminoqlar) nümayəndələrlə təmsil olunmuşlar. Qazıntı halında ammonit və belemnitlər daha çox rast gəlirlər.
Bağırsağı çoxşaxəlilər
Bağırsağıçoxşaxəlilər (lat. Polycladida) — Yastı qurdlar tipinin Kirpikli qurdlar və ya trubellarilər (Trubellaria) sinfinə aid olan dəstə. == Xarici quruluşu == Yarpaqşəkilli bədənə, əlvan olmayan rəngə malik, nisbətən iri (15 sm-ə qədər) turbellaridir. Dəstəyə aid olan növlərin bağırsağı 3-dən çox şaxəyə ayrılır, cinsi vəziləri çoxsayılıdır. Udlağı hərəkətlidir. Dəstənin əksər növləri metamorfozla inkişaf edir. == Yayılması == İsti dənizlərdə, Qara dənizlərdə, xüsusən də mərcan poliplərində rast gəlinir. == Həyat tərzi == Sərbəst həyat tərzi keçirirlər. Bu dəstənin 6 növü vardır == Təsnifatı == Thysanozoon brachii Stylochus tauricus El.borialis Acelis actica Leptoplana tremallis == Həmçinin bax == Yastı qurdlar Kirpikli qurdlar == Ədəbiyyat == B. İ. Ağayev, Z. Zeynalova "Onurğasızlar Zoologiyası", Bakı, Təhsil, 2008, −568 səh. V. A. Dogel "Onurğasızlar zoologiyası" I hissə.
İnsanın yoğun bağırsağı
Yoğun bağırsaq (lat. intestinum crassum) ― insanın həzm yolunun aşağı, son hissəsi. O, bağırsaqların distal hissəsini təşkil edir və burada nəcis yaranır. == Haqqında == === Quruluşu === İnsanın yoğun bağırsağı 1.5–1.7 metr uzunluğundadır. Onun diametri proksimal hissədə 6–7 sm-dir, distal istiqamətdə kiçilir və 4 sm-ə çatır. Xarici əlamətlərə görə nazik bağırsaqdan fərqlənir. Yoğun bağırsağın üzərində 3 ədəd çənbər bağırsaq zolağı (lat. taeniae coli) var: çöz zolağı (lat. taeniae mesocolica); piylik zolağı (lat. taeniae omentalis); sərbəst zolaq (lat.