1. Başı aşağı, ayaqları yuxarı halda. Kəlləmayallaq yıxıldım. Kəlləmayallaq olmaq.
– Ola bilər ki, … kəlləmayallaq divarın üstündən yıxılıb düşə.
Kəlləmayallaq aşmaq (gəlmək) – başıaşağı uçmaq, yıxılmaq, enmək.
[Yarməmməd Naznaza:] Yapışdım iki qıçından, şalban kimi kəlləmayallaq aşdı.
[Şofer:] Tüfəng açıldı. Özüm də təpmənin şiddətindən kəlləmayallaq qayığın dibinə aşdım.
// Tərsinə, başıaşağı. Stulları kəlləmayallaq qoymaq.