Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başlatmaq
Başlatmaq (en. initialize ~ ru. инициализировать ~ tr. başlangıç durumuna getirmek) – istifadə üçün hazırlamaq. Verilənlər daşıyıcılarına, məsələn, disklər və ya lentlərə aid edildikdə, başlangıc durumuna gətirməkdə daçıyıcının səthinin keyfiyyətinin yoxlanılması, blokların nişanlanması, yükləmə informasiya blokunun yazılması və faylların yerləşdirilmə cədvəlinin yaradılması ola bilər. Proqramda dəyişənlərə aid edildikdə, başlatma, dəyişənə başlanğıc qiymətin mənimsədilməsini bildirir. Kompüterin özünə aid edildikdə başlatma, sadəcə, onun işə salınması deməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Başlama vuruşu (futbol)
Başlama vuruşu — futbolda oyuna başlama və bəzi hallarda oyunu bərpa etmə üsullarından biridi. Başlama vuruşu səkkizinci futbol qaydasının bir hissəsidir.Başlama vuruşu əsas vaxtın və, müvafiq hallarda, əlavə vaxtın hər hissəsini başlamaq üçün istifadə olunur. Start fitdən öncə atılan qəpik püşkatmasında uduzan komanda ilk başlama vuruşunu həyata keçirir, qəpik püşkatmasında udan komanda oyuna meydanın hansı tərəfindən başlayacağını seçir. Oyun hakim fitini çaldıqdan sonra başlıyır. İkinci hissədə başlama vuruşunu digər komanda edir. Əgər oyun əlavə vaxtlara qədər uzanırsa, onda əlavə vaxtın əvvəlində yenidən qəpik püşatması atılır. Əgər hər hansı bir komanda qol vursa, onda qolu buraxan komanda meydanın mərkəzindən başlama vuruşunu yenidən etməli olur, və oyun təkrarən davam edir. == Üsul == Başlama vuruşu mərkəzi dairədən yerinə yetirilir. Başlama vuruşu edilmədən öncə hər bir futbolçu meydanın öz yarısında olmalıdır və bütün rəqib futbolçular topdan ən azı 9 metr (məsafə mərkəzi dairədən ölçülür) uzaqlıqda qalmalıdılar, əgər hər hansı oyunçu bu məsafəni pozsa, başlama vuruşu təzədən yerinə yetirilməlidir. 2016-cı ildə edilən dəyişikliklərdən sonra, başlama vuruşunu icra edən futbolçuya meydanın istənilən tərəfinə ötürmək imkanı verildi, bundan əvvəl o, yalnız qabağa ötürmək məcburiyyətində idi.
Başyarma
Başyarma (ərəb. تطبیر Tatbir‎, fars. قمه‌زنی‎) - Aşura əzadarlığı zamanı şiələrin qəmə və qılınc ilə başlarını yarma mərasimi.
Daşlaşma
Daşlaşma — kövrək çöküntülərin bərk süxurlara çevrilmə prosesi. == Haqqında == Daşlaşma çöküntünün müxtəlif dəyişilmə mərhələlərində baş verə bilər. Duzlardan, karbonatlardan, silisium oksidindən və başqa təşkil olunmuş çöküntülərdə daşlaşma prosesi sedimentasion mərhələdə də başlaya bilər. Qırıntılı və gilli çöküntülərdə daşlaşma adətən daha gec, diagenezin son mərhələlərində və katagenezdə artan təzyiq və temperaturun təsiri altında başlanır. Daha nadir hallarda bəzi qırıntılı süxurlarda (qumlar, qravelitlər) hipergen daşlaşma mərhələsi qırıntılı hissəcikləri sementləşdirən birləşmələrlə zən­gin olan qrunt sularının təsiri altında gedir. Daşlaşma artıq suların kənar edilməsi, kolloidlərin və kimyəvi, həm də biokimyəvi yolla çökmüş maddələrin krislallaşması və formalaşan süxur sementinin və çöküntülərin komponentlərinin mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur. Kövrək çöküntülərin süxura keçməsi həmişə onların sıxlaşması ilə bağlı olur. Daşlaşma heyvan və bitkilərin gö­mülmüş qalıqlarında üzvi maddələrin mineral maddələrlə əvəz olunma prosesi nəticədə həmin qalıqlar vaxt keçdikcə daşlaşmış qalıqlara çevrilirlər. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ballata
Ballata (it. ballata,ballere sözündən əmələ gəlir,tərcümədə "rəqs etmək" deməkdi)- XIII-XV əsirlərdə yaranan İtaliyadapoeziya və musiqi forması,Ars Nova dövrünə aid olan lirik məzmunlu səciyyəvi janrlarından biri. XIII əsrdə və XIV əsrin birinci yarısında təksəsli,amma XIV əsrin ikinci yarısında isə (italyan Ars Nova dövründə) çoxsəsli rəqsli mahnıya çönür.Ən mühüm ballata musiqi nümunələrini italiyalı bəstəkar Françesko Landini yaradıb.Digər müəlliflər isə Landininin davamçıları sayılır:Nikkolo Perudjiyskiy,Bartolino Paduanskiy,Andrea Florentinskiy. Poeziya forması:ripresa (nəqərat)+stanza (oxumağın başlığı)+ripresanın təkrarı.Stanza isə öz növbəsində iki piedaya (duru) və volta (dönüş) bölünür.Ripresanın və voltun qurum uzunluğu eynidi,piedin qurumu isə ayrıdı.Ripresada və voltda şeir sayı birdən dördə qədər ola bilər (çox vaxt 3 dənə olur),piedalarda yalnız 2 dənə ola bilər.Bir sətirli ripresiya müasir mənbələrdə ballata minima adlanır,iki sətirli-ballata minore,üç sətirli-ballata mezzana,dörd sətirli isə ballata grande.Həmdə bir neçə stanzalı ballatalarda olur,onların çox vaxt sxemi bundan ibarətdir:ripresa+birinci stanza+ripresa+ikinci stanza+ripresa. Musiqi forması:iki hissədən ibarətdir,və bir qayda kimi olaraq,ikinci hissədə musiqi sonluğlar birləşir (birləşməssiz çox az vaxt olur),və açığ və bağlı kandensiyalar itifadə olunur bu formada. Məsələn,3 səsli Non avrà ma' pietà adlı olan ballatanın musiqili və mətinli forması belədi: Cədvəllə aid qeydlər:Kiçik latın həriflər qafiyəni göstərir,onların yanında olan eynən rəqəmlər isə şeirdə heca miqdarını göstərir.Latın baş hərfləri isə musiqi bölmələrini qeyd edir.B1 və B2 başında olan sətirüstü rəqəmlər musqi "polustorofların" ayrı sonluğuna işarə edir. Əgər ballatada bir neçe «metastrof» (stanza+ripresa),o zaman bütün musiqinin və mətnin qurumunun bütün ardıcılığı (uzunluğu və qafiyələnməsi) növbəti «metastroflarda» təkrarlarnır. XV əsrdə ballata musiqidə istifadədən çıxır,amma hələdə şairanəlikdə geniş yayılır.Uzun müddətdən sonra yaddan çıxan bədii ballata,yalnız XIX əsirdə D`Annuntsio və Cozue Karduççi əsərlərində canlanır. == Ədəbiyyatda == Suchla B.R. Studien zur Provenienz der Trecento-Ballata. Göttingen, 1976 Baumann D. Die dreistimmige italienische Lied-Satztechnik im Trecento.
Bazlama
Bazlama — türk mətbəxindən bir çörək növü. Çörək olaraq sadəsi əsrlərdir Türklər tərəfindən bişirilir və yeyilir. Fərqli vasitələr istifadə edərək bir çox fərqli növü hazırlana bilər: qıymalı və pendirli kimi. Sadə növünə Samsun bölgəsində Pıtpıt da deyilməkdədir.
Bağlama
Bağlama — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Keçmişdə əhali istifadə etdiyi əkinçilik, heyvandarlıq və ev peşəsi məhsullarının bir qismini digər zəruri məişət avadanlıqlarına dəyişmək və ya satmaq üçün adətən, həftəbazarına çıxarırdılar. Əldə daşınan belə yükləri bağlama vasitəsilə uzaq məsafələrə aparmaq mümkün idi. Bunun üçün onları 1,5x1 olcudə parcanın arasına qoyur, parcanı diaqonal uzrə “qulaqlarını” çəkərək bir-birinə bağlayır və əllərinə götürürdülər. İçərisinə heyvandarlıq məhsulları yığılmş motal, dağarcıq, eymə, tuluq, qarın, cılğı və s. yükləri daşımaq üçün bu qayda ilə bağlama etmək və belə sarımaq daha sərfəli idi.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar.Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
DNT-nin bağlanma sahəsi
DNT-nin bağlanma sahəsi — DNT bağlanma sahələri, digər molekulların bağlana biləcəyi DNT-də olan bir növ bağlanma sahəsidir. DNT bağlanma sahələri digər bağlanma sahələrindən DNT ardıcıllığının bir parçası olması (məsələn, genom) və DNT bağlama zülalları ilə əlaqəli olmaları ilə fərqlənir . DNT bağlanma yerləri tez-tez transkripsiya faktorları kimi tanınan ixtisaslaşmış zülallarla əlaqələndirilir və bu səbəbdən transkripsiyanın tənzimlənməsi ilə əlaqələndirilir . Müəyyən bir transkripsiya faktoru üçün DNT bağlanma sahələrinin cəminə onun sistromu deyilir. DNT-yə bağlanma sahələri, məhdudlaşdırıcı fermentlər, sahəyə spesifik rekombinazlar və metiltransferazlar kimi digər proteinlərin hədəflərini də əhatə edir. Beləliklə, DNT-yə bağlanma sahələri, bir və ya daha çox DNT bağlayan zülal və ya protein kompleksi ilə xüsusi olaraq bağlanan qısa DNT ardıcıllığı olaraq təyin edilə bilər. Bəzi bağlayıcı sahələrin sürətli təkamül dəyişikliklərinə məruz qalma potensialına sahib olduğu bildirildi. == DNT bağlanma sahələrinin növləri == DNT-yə bağlanma sahələri bioloji funksiyalarına görə təsnif edilə bilər. Beləliklə, transkripsiya faktorları, məhdudlaşdırma sahələri və rekombinasiya sahələri üçün bağlanma sahələrini ayırd edə bilərik . Bəzi müəlliflər bağlayıcı saytların ən uyğun təqdimat üsuluna görə də təsnif edilə biləcəyini irəli sürmüşlər .
Bislama dili
Bislama dili (bisl. bislama) — İngilis dili əsaslı kreol dili. Dünyada təxminən 200 min insan Bislama dili dilində danışır. Onların əksəriyyəti Vanuatuda yaşayır. Vanuatunun rəsmi dilidir. == Ədəbiyyat == Дьячок М. Т. Язык бислама и проблемы его формирования (социолингвистическая характеристика) // Techne grammatike (Искусство грамматики). — Вып. 3. — Новосибирск, 2008. — С. 181—192.