Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxçıvan
Naxçıvan bu mənaları ifadə edə bilər: Naxçıvan Muxtar Respublikası Naxçıvan (şəhər) Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Naxçıvan xanlığı Naxçıvan rayonu Naxçıvan qəzası Naxçıvan yatağı Naxçıvan Avtomobil Zavodu (NAZ) Naxçıvan əyaləti Osmanlıların Naxçıvan səfəri Naxçıvantəpə (Urmiya) Naxçıvan-na-Donu Nakhichevan — 2007-ci ildə Azov dənizində batan Rusiya yük gəmisi.
"Naxçıvan" Universiteti
"Naxçıvan" Universiteti — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən özəl universitet. == Tarixi == "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına almışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil müəssisəsidir. Azərbaycan Respublikasında xüsusi icazə tələb olunan fəaliyyət növlərinin siyahısına uyğun olaraq Naxçıvan Özəl Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019008, qeydiyyat nömrəsi 08, 11 noyabr 1999-cu il tarixli lisenziya verilmişdir. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olmuşdur. 2019-cu ilin 5 dekabr tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Nurlana Əliyeva "Naxçıvan" Universitetinə rektor təyin edilmişdir. 2023-cü ilin fevralında yeni rektor Anar Kazımov olmuşdur. == Fakültələr == Pedoqoji fakültə İdarəetmə fakültəsi İqtisadiyyat fakültəsi Xarici dillər fakültəsi == Maddi-texniki bazası == "Naxçıvan" Universitetinin iki tədris korpusu vardır. Professor-müəllim heyətinin normal fəaliyyəti, eləcə də tələbələrin yüksək təhsil alması üçün əlverişli şəraiti olan lazımi avadanlıqlarla təchiz edilmiş otaqlar, auditoriyalar və kabinetlər yaradılmışdır.
Araz Naxçıvan
Araz-Naxçıvan PFK — Naxçıvan şəhərini təmsil edən futbol klubu
Babək (Naxçıvan)
Babək (əvvəlki adı: Təzəkənd) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilmiş, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == 1978-ci ilə qədər qəsəbənin adı Təzəkənd olmuşdu. Həmin ildə qəsəbənin adı dəyişdirilərək Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır. === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır. == Mədəniyyəti == Babək şəhərində Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evi burada 2007-ci ildən fəaliyyət göstərir. Bundan başqa Babək şəhəri yaxınlığında orta əsr şəhəri olan Astabadın xarabalıqları yerləşir. Bundan başqa şəhərdə Babək tarix-diyarşünaslıq muzeyi fəaliyyətdədir. == Təhsil == Şəhərdə Babək şəhər 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.
Boyəhmədli (Naxçıvan)
Boyəhmədli — Naxçıvan Muxtar Respublikasında, Culfa rayonunun tərkibində yerləşən kənd.
Bozdağ (Naxçıvan)
== Toponimik izah == Bozdağ (Bozağıl) — Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır. == Geomorfologiyası == Sədərək rayonu ərazisində dağ (hünd. 1182,7 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında, Bağırsaqdərəçayın aşağı axımında, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərq qurtaracaqında zirvə. Dəmirçilər kəndindən 7 km şimaldadır. Təpəsi Alt Karbon (Bozdağ lay dəstəsi) və Üst Perm (Qızılqaya lay dəstəsi) yaşlı əhəngdaşılardan təşkil olunmuş, şimala doğru alçalan günbəzvari yüksəklikdir. Yamaclarında Alt Karbona aid Dizə və Goranqalası lay dəstələrinin, cənub ətəyində isə Üst Devona aid Payadərə lay dəstəsinin əhəngdaşıları açılır. Hər tərəfdən Üst Miosen və Pleystosen çöküntüləri ilə əhatə olunmuşdur.
Duzdağ (Naxçıvan)
Duzdağ – Kəngərli rayonu ərazisində dağ (hünd. 1153,8 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, eyniadlı platonun hüdudlarında zirvə. Naxçıvan şəhərindən 10–12 km şimal-qərbdədir. Yarımsəhra landşaftı var. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan və duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Dağın cənub yamacında istismar edilən duz yatağı yerləşir. Burada 1967-ci ildə baş vermiş uçqun nəticəsində qədim (e.ə. 3-2-ci minilliklər) daşduz mədəni aşkar olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Duzdağ sinklinalının şimal-qərb qanadında yerləşir.
Narınqala (Naxçıvan)
Narınqala— Müdafiə divarları ilə möhkəmləndirilmiş qala tipli orta əsr istehkam kompleksi == Tarixi == Hökmdar və ya feodal hakiminin əsas iqamətgahı olan Naxçıvanda saray, xəzinə], cəbbəxana, müxtəlif inzibati və təsərrüfatı binaları və s. Naxçıvan şəhərinin müdafiə istehkamı kimi XVII əsrin ortalarınadək mövcud olmuşdur. Səfəvi-Osmanlı müharibələri zamanı güclü dağıntaya məruz qalmış qalanın əvvəlki möhtəşəmliyini bərpa etmək mümkün olmamışdır. Hazırda qalıqları Naxçıvan şəhərinin ərazisində qalmaqdadır. Xalq arasında "Köhnəqala" adlanan Naxçıvan Narınqalası Tunc və Dəmir dövrlərinə aid olunan qalalarla ( Oğlanqala, Qazançıqala, Çalxanqala) oxşarlıq təşkil edir. == Həmçinin bax == Oğlanqala Çalxanqala (qala) == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 441.
Naxçıvan (1967)
== Məzmun == "Respublikamızın şəhərləri" seriyasından olan bu film Naxçıvan Muxtar Respublikasının paytaxtının tarixindən, abidələrindən və bu günündən söhbət açır.
Naxçıvan (dəqiqləşdirmə)
Naxçıvan bu mənaları ifadə edə bilər: Naxçıvan Muxtar Respublikası Naxçıvan (şəhər) Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Naxçıvan xanlığı Naxçıvan rayonu Naxçıvan qəzası Naxçıvan yatağı Naxçıvan Avtomobil Zavodu (NAZ) Naxçıvan əyaləti Osmanlıların Naxçıvan səfəri Naxçıvantəpə (Urmiya) Naxçıvan-na-Donu Nakhichevan — 2007-ci ildə Azov dənizində batan Rusiya yük gəmisi.
Naxçıvan (içki)
Naxçıvan — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan şəhərindən 25 km. Vayxır kəndinin yaxınığında yerləşir. Özünün müalicəvi əhəmiyyətinə görə Yesuntuki mineral sularından geri qalmır. Mütəxəssislərin fikrincə həmin su ilə qastrit, kolit, qan azlığı, ciyər, öd kisəsi, həzm mübadiləsi pozğunluğu xəstəliklərini müvəffəqiyyətlə müalicə etmək mümkündür. Hər gün 100 min butulka Naxçıvan mineral suyu doldurulur, lakin daha da çox doldurmaq mümkündür.
Naxçıvan (jurnal)
Naxçıvan (jurnalı) — ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalı == Haqqında == İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalında Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial, ədəbi-mədəni, elmi həyatını əks etdirən materiallar dərc edilir. Heydər Əliyevə həsr edilmiş ilk nömrəsi 1998-ci ildə çap olunmuşdur. Yüksək poliqrafik səviyyədə nəşr edilən “Naxçıvan” jurnalında zəngin rəngli illüstrasiyalar verilmişdir. Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisidir.
Naxçıvan (şəhər)
Naxçıvan — Azərbaycan Respublikasında respublika tabeli şəhər, Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. Müxtəlif dövrlərdə Əhəmənilər imperiyasının, Atropatenanın və Albaniyanın, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Başbaşı, Daşduz və Qarğalıq qəsəbələri şəhərin ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. == Adın etimologiyası == Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Naxçıvan şəhəri ərazisində ilk məskunlaşma e.ə. VI minillikdə başlayıb. Brokhauz və Efronun ensiklopedik lüğətində Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. III minillikdə qoyulması fikri qəbul edilməkdədir.
Naxçıvan Culfası
Culfa bu cür başa düşülə bilər: Culfa rayonu — Naxçıvan Muxtar Respublikasının tərkibində rayon; Culfa (Azərbaycan) — Naxçıvan Muxtar Respublikasında şəhər, Culfa rayonunun inzibati mərkəzi; Culfa şəhristanı — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının tərkibində şəhristan; Culfa (İran) — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanında şəhər, Culfa şəhristanının inzibati mərkəzi; Culfa (peşə) — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu.
Naxçıvan Ensiklopediyası
Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr. İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib. == Həmçinin bax == Şablon:Naxçıvan Ensiklopediyası Şamaxı Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == "Naxçıvan ensiklopediyası: I cild" ( (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25. "Naxçıvan ensiklopediyası: II cild" ( (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
Naxçıvan GES
Naxçıvan Günəş Elektrik Stansiyası — Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Belçika Krallığının “Soltech” şirkəti ilə birlikdə Naxçıvannın Babək rayonunun Xal-xal kəndi ərazisində quraşdırdığı və idarə etdiyi günəş elektrik stansiyasıdır. 35 hektar sahədə yaradılan stansiyada 78684 ədəd günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən ?? min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır.
Naxçıvan Konservatoriyası
Naxçıvan Konservatoriyası - (1998, 27 fevral) musiqi sahəsində ali təhsil müəssisəsi. == Tarixi == 1998-ci il 27 fevral Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin nəzdində yaradılmışdır . == İxtisasları == Fakütə daxili bölmə statusuna malikdir. Konservatoriyada fortepiano, xalq çalğı alətləri, simli alətlər, musiqişünaslıq, ifaçılıq və dirijorluq üzrə ali təhsilli mütəxəssislər hazırlanır. Tədris prosesində ənənəvi Avropa musiqi təhsili sistemi ilə yanaşı, klassik milli musiqi irsinin öyrənilməsinə xüsusi diqqət yetirilir. N. k.-nın ayrıca tədris korpusu, musiqi kabineti, konsert salonu var.
Naxçıvan MR
Naxçıvan, rəsmi adı ilə Naxçıvan Muxtar Respublikası (1920–1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası (Naxçıvan SSR), 1923–1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR)) — Azərbaycan Respublikasının tərkibində muxtar respublika, dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Respublikası (sərhəd xəttinin uzunluğu 15 km), cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür.
Naxçıvan MSSR
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (rus. Нахичева́нская Автоно́мная Сове́тская Социалисти́ческая Респу́блика, translit. Naxiçevanskaya Avtonomnaya Sovetskaya Sotsialistiçeskaya Respublika, azərb-kiril. Нахчыван Мухтар Совет Сосиалист Республикасы), qısaca: Naxçıvan MSSR (rus. Нахичева́нская АССР, translit. Naxiçevanskaya ASSR, azərb-kiril. Нахчыван МССР) — Azərbaycan SSR tərkibində muxtar respublika. 9 fevral 1924-cü ildə qurulmuşdur. 1920-ci ildə gerçəkləşdirilən Bakı əməliyyatının bir nəticəsi olaraq Cənubi Qafqaz regionu Qızıl Ordu tərəfindən işğal edilmişdir. Həmin ilin iyul ayınsa Naxçıvan Sovet Respublikası qurulmuşdur.
Naxçıvan İES
Naxçıvan İstilik-Elektrik Stansiyası — Naxçıvan şəhəri yaxınlığında, Duzdağ ərazisində elektrik enerjisi istehsal edən İES-lərdən biri. == Tarixi == Blokada şəraitində yaşayan Naxçıvan diyarının düşdüyü çətinlikləri aradan qaldırmaq, sosial obyektlərin, o cümlədən elektrik enerjisinin bərpası və yenidən qurulması məqsədilə 1992-ci ildə tikilmişdir. Naxçıvan əhalisinin elektrik enerjisinə olan tələbatının daha intensiv və yüksək səviyyədə ödənilməsi üçün İES-nın ayrı-ayrı aqreqatlarının gücü artırılmış, elektrik qurğularının istismar səviyyəsi yüksəldilmişdir. İES-nda tutumu 1000 m3 olan yanacaq çəni quraşdırılmış, qaz-turbin generatorlarının işləməsi üçün zəruri yanacaq ehtiyatı yaradılmışdır (1999-cu ildə).
Qaracalar (Naxçıvan)
Qaracalar — türk tayfası == Haqqında == Naxçıvanda yaşamış türk tayfası olub (bax kəngərlər). Yazılı qaynaqlarda V əsrdən Naxçıvan ərazisində yaşamış Kəngərlərin içərisində Qaracalar tayfasının adına rast gəlinir. XVIII- XIX əsrin ortalarına aid bəzi mənbələrdə Naxçıvan mahalında yaşayan bir sıra qol və tirələrin arasında qaracalı nəsilinin adı çəkilir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 254. ISBN 5-8066-1468-9.
Qaradərəçay (Naxçıvan)
Qaradərəçay — Culfa və Ordubad rayonları ərazisində çay. Arazın sol qolu. == Ümumi məlumat == Uzunluğu 40 km, hövzəsinin sahəsi 312 km²-dır. Zəngəzur silsiləsinin cənub-qərb yamacından (2100 metr hündürlüyündən) başlanır. Yaycı kəndindən şərqdə, 686 m hündürlükdə Araza tökülür. Yaz-yay qismən də payız aylarında yağan yağışlardan daşqın əmələ gətirən çaylar qrupuna daxildir. Hövzəsinin çox hissəsi alçaq dağlıqda yerləşdiyindən qar suları çayın formalaşmasında rol oynamır. Əsasən yeraltı sular və yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə olunduğundan yayda mənsəbinə çatmır. Aşağı axınında Yaycıçay adlanır.
Qaraxanbəyli (Naxçıvan)
Qaraxanbəyli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndi Qaraçuq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qaraxanbəyli kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. == Toponimikası == Düzənlikdədir. Yaşayış məntəqəsini kəngərli tayfasının qaraxanbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Tirənin başçısı XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan qaraxanbəylilərin bir hissəsini qarabağa köçürmüşdür. == Tarixi == == Əhalisi == Əhalisi 2637 nəfərdir.
Qarğalıq (Naxçıvan)
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur. == Etimologiya == Qarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.
Tahirovlar (Naxçıvan)
Tahirovlar — Azərbaycanın tanınmış soylarından biri. == Soyun yaranması == Tahirovlar nəslinin ulu babaları Naxçıvan xanlığının vəziri olub. 1723-cü ilə aid bir sənəddə Naxçıvan ölkəsinin vəziri Mirzə Məhəmməd Tahirin adı çəkilir. Onun haqqında belə yazılıb: "Naxçıvanın sabiq vəziri Ağası bəyin oğlu, Naxçıvan ölkəsinin vəziri olan böyük oğlu-alihəzrət pak nəsilli, ali rütbəli şərəf sahibləri yanında xatiri sayılan, izzətli, zəxavətcə nəcib və əzəmətli Mirzə Məhəmməd Tahirdir". Buradaca bir məsələni aydınlaşdırmaq yerinə düşər. Rus tədqiqatçısı və şərqşünası N. K. Smirnov Tahirovların Kəngərli tayfasının bir qolu olduğunu qeyd edir. Bunu hələ keçən əsrin 80-ci illərində Naxçıvanın qocaman ziyalıları da söyləyirdilər. Hələlikdə Yusif bəyin atası Məmmədağanın iki oğlu və qızı olduğu müəyyənləşdirilib. O, Naxçıvanın mötəbər şəxslərindən biri olub və övladlarına yaxşı təhsil verib. == Soyun tanınmış nümayəndələri == Abbasqulu bəy Cəfər ağa oğlu Tahirov — Naxçıvan Milli Komitəsinin üzvü.