Duzdağ (Naxçıvan)

Bu məqalə Babək rayonunun Duzdağı haqqındadır. Digər mənalar üçün Duzdağ səhifəsinə baxın.

Duzdağ – Kəngərli rayonu ərazisində dağ (hünd. 1153,8 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, eyniadlı platonun hüdudlarında zirvə. Naxçıvan şəhərindən 10–12 km şimal-qərbdədir. Yarımsəhra landşaftı var. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan və duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Dağın cənub yamacında istismar edilən duz yatağı yerləşir. Burada 1967-ci ildə baş vermiş uçqun nəticəsində qədim (e.ə. 3-2-ci minilliklər) daşduz mədəni aşkar olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Duzdağ sinklinalının şimal-qərb qanadında yerləşir.[1]

Duzdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1153,8 m
Yerləşməsi
39°17′33″ şm. e. 45°18′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Duzdağ xəritədə
Duzdağ
Duzdağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.