Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baharabad
Baharabad — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Baharabad Beyləqan rayonunun Örənqala i.ə.v.-də qəsəbə. 1965-ci ildə üzümçülük sovxozunun malikanəsi yanında salınmış yaşayış məntəqəsi rəmzi olaraq belə adlandırılmışdır. Türkmənistanda Baxarden, Baxardək; Özbəkistanda Baxoristan; Ermənistanda Bahar toponimləri də bu qəbildən olan coğrafi adlardır.
Baharabad (Salmas)
Baharabad (fars. بهاراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər. yaşayır (15 ailə).
Baharabad bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Harşad Arora
Harshad Arora (3 sentyabr 1987, Dehli) – Hind aktyor və model. O, əsasən "Colors TV"də yayımlanan Əbədi Sevgi teleserialında "Zeyn Abdullah" və "Star Plus" telekanalında yayımlanan Dahleez serialında "Adarş Sinha" rolları ilə tanınmışdır. == Həyatı == === Erkən illəri === Harşad Arora 3 sentyabr 1987-ci ildə Dehli, Hindistan-da doğulmuşdur. === Karyera === Arora televiziya debutunu Star Plus-un döyüş kriminal trillerində Har Yug Mein Aayega Ek — Arjun epizodu ilə etdi. 2013-cü ildən 2014-cü ilə qədər Hindistan Televiziya Akademiyası Mükafatı, Hindistan Telly Mükafatı və Kalakar Mükafatı da daxil olmaqla bir çox mükafat qazanan Colors TV-nin Əbədi Sevgi(serial) (Beintehaa) adlı seriyalında Preetika Rao (Aaliya Zain Abdullah) ilə birlikdə baş rol olan Zeyn Osman Abdullah (Zain Osman Abdullah) rolunu oynadı. 2015-ci ildə Arora Colors TV-nin Fear Factor: Khatron Ke Khiladi 6-ya qatıldı. 2016-cı ildə Tridha Choudhury-ilə birlikdə Star Plus-un Dahleez qanuni dramında Adarsh Sinha rolunu oynadı. 2016–2017-ci illərdə Arora,Ragini Nandwani ilə Life OK-un fövqəltəbii dramı SuperCops vs Supervillains-də Jai rolunu oynadı. 2018-ci ildə Star Bharat-ın fantastik Mayavi Maling serialında Angad rolunu oynadı. 2019-cu ildən bəri Arora, Anusha Mishra və Priyanka Purohit ilə SAB TV-nin Tera Kya Hoga Alia-da Alok rolunu oynamışdır.
Baharla birgə (film, 1978)
Baharla birgə qısametrajlı sənədli filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1978-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın ən qədim tətbiqi sənət növlərindən biri-xalçaçılıq haqqındadır. == Məzmun == Film Azərbaycanın ən qədim tətbiqi sənət növlərindən biri-xalçaçılıq haqqındadır. Kinolentdə Gəncə, Quba, Qarabağ, Pirəbədil, Qazax, Şirvan və başqa bölgələrin həmişəbahar sənət əsərləri-xalça nümunələri, xalça naxışlarının mürəkkəb rəmzi mənası, öz gözəlliyi ilə adamı heyran qoyan ornamentlərin sirləri barədə ətraflı söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: İmran Qasımov Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Bəstəkar: Rafiq Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Bahardan sonra gələn qış (film, 1989)
Bahardan sonra gələn qış qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. == Məzmun == Azərbaycan subtropikləri son onilliklərdə "ümumittifaq bağçası"na çevrilmiş varlı diyardır. Məsuliyyətsiz təsərrüfatçılar bu nadir bölgənin torpağına, ab-havasına böyük ziyan vurmuşlar. Xiyar, kələm, pomidor subtropiklərin əsas məhsullarının-valyutaya alınan çay və sitrus meyvələrini sıxışdırmışdır.Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. Eyni zamanda qocaman alim Qəmbər Talıblıdan və onun respublikada çay istehsalını artırmaq sahəsindəki xidmətlərindən söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Sirus Zindadel Rejissor: Vyaçeslav Mixaylov Operator: Nemət Rzayev Bəstəkar: A. Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.