Rəbiyyət Aslanova
Rəbiyyət Nurullah qızı Aslanova (4 iyul 1951, Kəlbəcər) — Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sabiq sədri. Fəlsəfə elmləri doktoru, professor. BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri. Yeni Azərbaycan Partiyasının üzvüdür. ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub.
Rəbiyyət Aslanova 1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra 1973–1976-cı illərdə universitetin aspiranturasında oxumuş, 1977–1978-ci illərdə Bakı Dövlət Universitetində assistent olmuşdur. 1981-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən baş müəllim, dosent vəzifələrində çalışmışdır.
2004-cü ildə "İslam mədəniyyət sistemində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.