Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nina Badriç
Nina Badriç – Xorvatiyalı müğənni.
Bavaric
Bavaric — Baricah dəniz gəmilərinə görə Bavaric adlandırılan, Qucaratdan olan, Hindistan və Çinə səfər edən ərəb gəmilərini təqib edən Sind dəniz quldurları. == Haqqındɑ == VIII əsrin sonu və IX əsrin bir neçə onilliyi ərzində Oman sahilləri də Bavariclər tərəfindən hücumlara məruz qalırdı. Bu hücumların qarşısı İmam Həsən ibn Abdulla (809-823) tərəfindən dəf edilmişdi. Bir neçə il sonra isə İmam Muhənnə ibn Cəfər bu cür hücumların qarşısını almaq üçün 300 nəfərlik donanmaya malik olduğunu qeyd edir.X əsrin sonu XI əsrdə hind dəniz quldurları daha çox tanınmağa başladılar. Ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl–Farisi əl-İstəxri (850—934), X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi Qətər barədə Qətəriyyə formasında məlumat verir. Onun sözlərinə görə, Qətəriyyədə Sokotra və Qırmızı dənizə yaxın adaların sakinləri məskunlaşmışdı. Bu ərazi Bavaric adlanan hind dəniz quldurlarını tez-tez ziyarət etdiyi məntəqələrdən biri idi. Baricah dəniz gəmiləri cəmdə Bavaric mənasını ifadə edir. Bunu Sir Elliot da təsdiq edir. Onu da sözlərinə görə, Bavaic ərəb sözü olub, sözün kökü ərəb dilində Barica sözündəndir və böyük hərbi gəmi mənasını verir.Ensiklopediyaçı alim və mütəfəkkir Əl-Biruni yazır ki, Bavaricin əsası Kaç və Somnatda qoyulmuşdu.Samma sülaləsi dövründə İslamı qəbul ediblər.
Baldr
Baldr — German-skandinav mifologiyasında asarlar nəslindən olan bahar və işıq tanrısıdır. Rəvayətə görə Baldr Odin və Friqqin oğludur. Onun zahiri kimi ruhu da çox gözəldir və ətrafa nur çiləyir. Baldr asarların içərisində ən işıqlısıdır və onun gəlişi ilə torpaqdan həyat canlanır və hərtərəf əlvanlaşır. Baldrın arvadı Nannadan olan oğlanları Forset bir gün ölümdən xəbər verən qorxulu röya görür. Narahat olan Odin səkküzayaqlı atını — Sleypniri minib ölülər dünyasına gəlir. Burada caudugar qarı ona xəbər verir ki, Baldr öz kor qardaşı Hödr tərəfindən öldürüləcəkdir. Bu xəbərdən kədərlənmiş Odin əlacsız Asqarda dönür və arvadı Friqqə nəql edir. Friqq Baldrı xilas etmək üçün bir çarə tapır. Belə ki o, hər bir dəmirdən, daş və qayadan, bitkidən, heyvandan, quşdan vəd alır ki, heç kim Baldra xətər yetirməyəcəkdir.
Baltic Bees
Baltic Bees (azərb. Baltika Arıları‎) – Latviya paytaxtı Riqadan 60 kilometr qərbdə yerləşən Tukums şəhərində bazalaşmış mülki aerobatika nümayişi komandasıdır. Şou təyyarəsi kimi 6 ədəd Aero L-39 Albatros istifadə olunur. Aviaşou 20 dəqiqə müddətində davam edir. Onlar Qərbi və Şərqi Avropada, Rusiyada, eləcə də Çində uçuşlar həyata keçirirlər.
Ceyms Oldric
Ceyms Oldric (ing. James Aldridge; 10 iyul 1918[…], Uayt Hills, Viktoriya[d] – 23 fevral 2015, London) — Avstraliya və Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub və o, 30-dan çox kitabın müəllifidir. Onun yaradıcılığına müharibə, macəra romanları və uşaqlar üçün yazılmış kitablar aiddir. == Həyatı == Görkəmli ingilis yazıçısı Ceyms Oldric 1918-ci ildə Avstraliyada anadan olmuşdur. 1939-1945-ci illərdə hərbi müxbir işləmiş, müxtəlif ölkələrdə, o cümlədən İranda Cənubi Azərbaycanda olmuşdur. Oldric 1942-ci ildə yazdığı “Şərəf işi”, 1944-cü ildə yazdığı “Dəniz qartalı” romanlarında yunan xalqının faşizmə qarşı mübarizəsini təsvir etmişdir. Yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer tutur. Ceyms Oldric 1949-cu ildə yazdığı Yaxın Şərq, o cümlədən İran, Cənubi Azərbaycan və kürd xalqlarının milli azadlıq hərəkatından, imperializmin müstəmləkəçilik siyasətinə qarşı mübarizəsindən bəhs edən “Diplomat” əsərinin və onun davamı olan 1974-cü ildə yazdığı “Əli silahlılar” romanının, “Qafqaz haqqında nəğmə” (1942) bədii reportajının müəllifidir. “Diplomat” romanında Azərbaycan qəhrəmanlarının Cavad Qoçəli, Mirzə Cahansız və b.
Samuel Teylor Koldric
Samuel Teylor Koldric(ing. Samuel Taylor Coleridge; 21 oktyabr 1772[…] – 25 iyul 1834[…], London) —ingilis şairi. == Həyatı == 1772-ci ildə dünyaya gələn Samuel Teylor Koleric, ailəsindəki 10 uşağın ən kiçiyi idi. Böyük qardaşlarının ona verdiyi əziyyətlərdən kitablara sığınaraq xilas olmağı bacarmışdı. Mütaliə onun yeganə dostu və xilaskarı idi. 1781-ci ildə atası öldükdən sonra onu Londondakı məktəblərdən birinə göndərdilər və Koldricin uşaqlığı Londonda keçir. Olduqca istedadlı uşaq olan Koleric məktəbi tamamladıqdan sonra təqaüd qazanaraq Kembricdə “Jesus College”-də təhsilini tamamlayır və 1791-ci ildə 19 yaşında universitetdə təhsil almağa başlayır. Bu, onun kimi aşağı təbəqədən olan bir gənc üçün böyük şans idi. Amma Koleric bu fürsəti dəyərləndirə bilmədi. Qumar və alkoqolizmə qurşanan şair, iki il sonra Kembric kimi məşhur universiteti atır və sərgərdan bir həyata başlayır.
Badri Kvaratsxeliya
Badri Kvaratsxeliya (15 fevral 1965, Salencix bələdiyyəsi[d]) — gürcü futbol mütəxəssisi. Azərbaycan milli futbol komandasının oyunçusu. == Karyerası == Peşəkar futbolçu kimi karyerasını Gürcüstanda Dinamo Tbilisi klubunda başlayıb. 1992-1993-cü il mövsümündə Gürcüstan çempionluğunu qazanıb, daha sonra başqa klublarda oynasa da çoxda fərqlənməyib. 1999-cu ildə Azərbaycana gələrək Gəncənin Kəpəz Gəncə klubuna keçid edib. Çıxış etdiyi ilk mövsümdəcə ən çox qol vuran oyunçu olub. Daha sonra isə Şəmkir klubuna keçib.
Badri Patarkatsişvili
Badri Patarkatsişvili (gürc. ბადრი პატარკაციშვილი; 31 oktyabr 1955, Tbilisi – 12 fevral 2008) — gürcü biznesmeni və siyasətçisi. 2008-ci il Gürcüstan prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak etmiş və səslərin 7,1%-ni toplamışdır. Özünün əsl adı Arkadi Patarkatsişvili olsa da, hər yerdə Badri Patarkatsişvili kimi tanınırdı. Badri Patarkatsişvili Gürcüstan prezidenti Mixael Saakaşvilinin qatı əleyhdarı kimi tanınırdı və bir çoxları onun ölümündə Saakaşvilini günahlandırır. Ölümündən qabaq Gürcüstanın Baş Prokurorluğu iş adamını hakimiyyəti devirməyə cəhddə və terror aktı hazırlamaqda təqsirləndirirdi. == Həyatı == Badri Patarkatsişvili 1955-ci ilin oktyabrın 31-də Tbilisidə dindar yəhudi ailəsində anadan olub. Gənc yaşlarından SSKP-yə üzv olub, komsomol təşkilatında karyera quraraq yüksəlib. SSRİ dağıldıqdan sonra 1994-cü ildə Moskvaya gedərək orada bizneslə məşğul olub. Onun Boris Berezovski, Roman Abramoviç və Vladimir Putinlə yaxın əlaqələri olub.
Badri Xasaia
Badri Xasaia (gürc. ბადრი ხასაია; 24 sentyabr 1979, Kutaisi) — Gürcüstan yunan-roma güləşçisi, Avropa çempionu, dünya çempionatlarının mükafatçısı. == Həyatı == 1979-cu ildə Kutaisi şəhərində anadan olub. 1995-ci ildə kadetlər arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1998-ci ildə yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1999-cu ildə yeniyetmələr arasında Avropa çempionu oldu. 2002-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionu oldu. 2005-ci ildə Avropa çempionatının bürünc medalçısı oldu. 2007-ci ildə dünya çempionatının bürünc medalını qazandı. 2008-ci ildə Avropa Çempionatının gümüş medalına sahib oldu, lakin Pekin Olimpiya oyunlarında yalnız 16-cı ola bildi.
Baltic Dry Index
Baltic Dry Index (BDI) — ticarət indeksi, (Baltic Exchange) Baltic birjasinda gundəlik hesab olunur. İndeks gostərər əsas 20 dəniz yoluyla daşilinan guru yukun (komur,duyu,bugda və dig.) qiymətini və Handymax, Panamax və Capesize gəmi novlərinin daşınmalarini hesablayir. == Hesablanma == Əsas muqabilələrin qiymətini satıb-alan tərəflər danişir, birja maklerlarinin əsas məqsədi bu muqabilələrin qiymətlərini orta hesab qostəricisinə gətirmək.
II Baldvin (Qüds kralı)
II Baldvin (fr. Baudouin II) və ya Burklu Baldvin (fr. Baudouin de Bourcq) (1060 və ya 1075 – 21 avqust 1131, Qüds, Qüds krallığı) — Edessa qrafı və Qüds kralı. Yaxın qohumları olan Bulonlu Qodfrey və qardaşı Bulonlu Baldvinlə birlikdə Birinci Səlib yürüşünə qatıldı. Səlibçilərin Qüdsdəki ilk kralı olan Bulonlu Qodfreyin ölümündən sonra 1100-cü ildə Qds kralı olan Bulonlu Baldvinin yerinə Edessa qrafı elan olundu. Burklu Baldvinin dönəmində qraflıq artıq bölgənin siyasi həyatında aktiv rol oynamağa başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemondla birlikdə əsir düşdü və bu dövrdə qraflıq knyazın qohumu Tankred tərəfindən idarə olundu. 4 illik əsarətin ardından azadlığa buraxılan Burklu Baldvin qraflığı əldə etmək üçün mübarizə aparmalı oldu. Bu mübarizədə bəzi yerli müsəlman əmirləriylə ittifaq quran Burklu Baldvin, bunun qarşılığında Fərat çayının şərq sahilindəki mühüm torpaqları Mosul əmirlərinə qaytarmalı oldu. 1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi.
I Baldvin (Qüds kralı)
I Baldvin (fr. Baudouin Ier) və ya Bulonlu Baldvin (fr. Baudouin de Boulogne) (1 yanvar 1058 – 2 aprel 1118[…]) — ilk Edessa qrafı və Qüds kralı. Bulon qrafı II Evstaxın oğludur. Böyük qardaşı olan Bulonlu Qodfreylə birlikdə Birinci Səlib yürüşünə qatıldı və qısa zamanda ən uğurlu komandirlərindən birinə çevrildi. 1098-ci ildə Bulonlu Baldvin Qüdsü və Antakyanı hədəf seçən əsas səlibçi qüvvələrindən ayrılaraq öncə Kilikiyaya, ardından Edessaya gəldi. Bölgənin Bizans imperatoruna tabe olan erməni əsilli hakimi Torosla yaxın münasibət quran Baldvin onun qızıyla evləndi və özünü onun yeganə varisi elan etdi. Edessalı Toros əslən erməni olsa da, Yunan Provaslov dininə mənsub idi və bu səbəblə, yerli ermənilər tərəfindən sevilmirdi. Bu da onun 1098-ci ilin martında ermənilər tərəfindən sui-qəsdlə öldürülməsinə səbəb oldu. Bu sui-qəsddə nə qədər rolu olduğu bilinməsə də, Bulonlu Baldvin hadisənin ardından dərhal hakimiyyəti ələ aldı və özünü müstəqil Edessa qrafı elan etdi.
Badraç
Baldız
Baldız — kişinin arvadının bacısı, yaxud arvadın ərinin bacısı. Kişinin arvadı sağ ikən öz baldızı ilə evlənməsi İslama görə qadağandır. Bu barədə Qurani-Kərimdə deyilir: "...iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır.
Balıc
Balıc - Gürcüstanın Bolnisi rayonunda kənd.
Balanıc (Urmiya)
Balanıc (fars. بالانج‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,189 nəfər yaşayır (506 ailə).
Sandra Baqariç
Sandra Baqariç (xorv. Sandra Bagarić; 5 aprel 1974) — Xorvatiya opera müğənnisi və aktrisası. == Həyatı == Zenitsa şəhərində (hazırda Bosniya və Herseqovinanın ərazisində yerləşir) anadan olmuşdur. Orada musiqi məktəbini bitirmişdir və sonra Sarayevoda təhsil almağa davam etdi, lakin Bosniya müharibəsi başladıqdan sonra 1992-ci ildə Zaqreb şəhərinə köçdü və orada musiqi akademiyasında oxudu. Lilyana Molnar-Talaiç onun müəllimi idi. "Madam Trubadur", "Qrafinya Maritsa", "Yarasa", "Bokkaççio" və "Oxuyan yanlış fikirləşmir" operalarında ariyaların ifası ilə tanınır. "Sonati od sna", "Teatar marmelade" və "Adagio" adlı üç disk buraxmışdır. 2007-ci ildə Sandra Baqariç, Helsinkidə Avroviziya üçün Xorvatiya təmsilçisini təyin edən "Dora 2007" musiqi festivalında "Kraljevi Ulice" qrupu ilə "Pjesma za novčić" mahnısı ilə çıxış etdi və 2-ci yeri tutdu.Evlidir, əri pianoçu və Zaqreb Musiqi Akademiyasının professoru Darko Domitroviçdir. Marko və Lovro adlı oğulları var.
Baldır əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Rucina Balşiç
Rucina Balşiç (serb. Руђина Балшић; 1396 – 1420) — zetanlı zadəgan qadın və Balşiç ailəsindən bugünkü Monteneqro və Albaniya ərazisini idarə edən hökmdar. O, Mrkşa Jarkoviç ilə evləndi və 1414-cü ildə vəfat etdikdən sonra onun səltənətini, Valona Knyazlığını miras aldı. Onun hersoqluğunu venesiyalılara satmaq üçün uğursuz danışıqlardan sonra, Osmanlılar 1417-ci ildə onu ələ keçirdilər. Rucina 1418-ci ildə Valonadan Buva valisi olduğu Zetaya qaçdı. 1420-ci ildə İkinci Skutari Müharibəsi zamanı heç bir müqavimət göstərmədən Budvanı venesiyalılara təslim etdi və şəhərin xəzinəsi ilə Dubrovnikə köçdü. == Ailəsi və evliliyi == Rucina (və ya Rugina, Rudina) Zeta Lordu II Balşanın (1378–1385) və İvan Komnin Asenin qızı Komnena Asenin qızı idi. 1391-ci ildə Rucina zadəgan Mrkşa Jarkoviç ilə evləndi. Onların nikahı Ohrid Arxiyepiskopu tərəfindən xeyir-dua aldı, baxmayaraq ki, onlar yaxın qohum olduqları üçün qeyri-kanonik sayılırdı. 1397-ci ildə ona və anasına Raquza Respublikasının vətəndaşlığı verildi.
İvo Andriç
İvo Andriç (serb. Иво Андрић/Ivo Andrić; 10 oktyabr 1892 – 13 mart 1975[…], Belqrad, Serbiya Sosialist Respublikası[d], Yuqoslaviya SFR)) — hazırkı Bosniya və Herseqovina ərazisində doğulmuş Yuqoslaviya yazıçısı, diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1961). == Həyatı == İvo Andriç keçmiş Yuqoslaviyada, Bosniyanın Travnik şəhəri yaxınlığındakı Dolac kəndində doğulmuşdu. 2 yaşında atasını itirdiyindən anasının valideynlərinin himayəsində böyümüşdü. Uşaqlıq illərini keçirdiyi Vışeqrad şəhərində qatı katolik təlim-tərbiyəsi almışdı. Yazmağa başlayandan sonra İvan adını İvoya dəyişmişdi. Yazıçının milli mənsubiyyəti də müəyyən dərəcədə şübhəlidir. O, əslində xorvat ailəsində doğulmuşdu, lakin sonrada özünü serb kimi qələmə vermişdi. Bu gün iki xalq — xorvatlar və serblər İvo Andriçi öz sənətkarı sayırlar. Çoxmillətli Bosniyada yaşaması ona fərqli insanları və mədəniyyətləri yaxından müşahidə etmək və öyrənmək imkanı yaratmışdı.
Baldırın ikibaşlı əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Barıc (Mərənd)
Barıc (fars. باروج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,340 nəfər yaşayır (574 ailə).