Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baobab
Baobab (lat. Adansonia digitata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin adansoniya cinsinə aid bitki növü. Böyük baobab (lat. Adansonia grandidieri) Madaqaskarda olan 6 növdəki baobab ağacının ən böyüyü və ən məşhurudur. Adansoniya cinsi altında nəsli təhlükə altında olaraq təsnif edilmişdir. Növ Madaqaskar adası üçün endemikdir. Adansoniya adını isə ilk dəfə onu təsnif və tətqiq edən, Fransız bioloq Alfred Grandidier (1836-1921) xatirəsinə ithaf olunub. Hünürlüyü 18 m-dir. Gövdəsinin həcmi 30 tona, diametri 9 m-ə çatır. Bu yumşaq və süngərvari nəhəng gövdə, bir su anbarı vəzifəsini yerinə yetirir, yarpaqlarına və budaqlarına nisbətdə bu gövdəsi kobud və şişmandır.
Balbal
Balballar - Orta Asiya türklərində, şamanizm dininin etibarlılığını geniş şəkildə qoruduğu dövrdə, ölən döyüşçülərin kurgan deyilən məzarlarının ətrafına tikilmiş, döyüşçünün öldürdüyü düşmənləri işarələyən, ümumiyyətlə bir daş parçasının üzərinə yonulmuş bir əlində qılınc, fiqurlarından ibarət olan heykəllərə verilən ad. Bu daşların sayının çoxluğu ölən adamın sağ ikən; gücünün, cəsarətinin, qəhrəmanlığının da simvoludur. Köhnə Türklərdə adamın xatırlanması üçün məzarının və ya bəzi kurganların ətrafına tikilən daş. Balballar Göy türk soylularının həyatdaykən öldürdükləri düşmənlərini işarələyirdi. Məsələn, Orxon çayı sahilindəki Kültigin abidəsində aparılan qazıntılar zamanı məzarın ətrafında yüzlərlə balbal tapılmışdı. İnanışa görə, Göytürk döyüşçüsünün öldürdüyü düşmənləri, o biri dünyada onun xidmətində olacaq.
Baloban
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır. == Yayılması həyat tərzi == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda). == Yaşayış yeri və həyat tərzi == Seyrək ağac və qaya olan açıq sahələrdə yaşayır.
Batbat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Bayoba
Bayoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Yergüc inzibati ərazi vahidində kənd. == Adının mənası == Yerli əhalinin verdiyi məlumata görə, obanın əsasını əslən Quba rayonunun Cek kəndindən olan Bay adlı bir şəxs qoymuşdur. Oykonim bay və oba komponentlərindən ibarət olub, "bəy kəndi" və ya "bəy obası" deməkdir. Bayoba kəndi Xaçmaz rayonun Quba rayonuna yaxın ərazisində yerləşir. Bu kəndin hər tərəfi müxtəlif meyvə bağları ilə əhatə olunmuş füsünkar bir ərazidir. Bayoba kəndi adını 18 əsrin sonlarında yaşamış Bay adlı adamın adıyla bağlıdır. Deyilənlərə görə Bay və onun ailəsi bu kəndə ilk məskən saldıqları üçün kəndin adı Bayoba qalıb. Kiçik bir kəndir təxmini əhali sayı 500-600 nəfər və ev sayı isə təxmini 110-120-dir. == Tarixi == Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Cek kəndinə aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir.
Bağban
Bağban — "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. Bağban (Ucar) — Ucar rayonunun inzibati ərazi vahidində kənd. Bağban (Kürdəmir) — Kürdəmir rayonunun Böyük Kəngərli inzibati ərazi vahidində kənd. Keçmış adı Barlıdır.
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Balba
Bonab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Aarya Babbar
Aarya Babbar (24 may 1981, Bombey) — Bollivud və Pəncab filmlərində çəkilən hind aktyoru.
Ağ batbat
Ağ batbat (lat. Hyoscyamus albus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Balbas qoyunu
Balbas qoyunu — Azərbaycan ərazisində, əsasən Naxçıvanda geniş yayılan ən iri qoyun növü. == Ümumi məlumat == Naxçıvanda geniş yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoynu da mazıx qoyunu kimi, qonşu ərazilərdə, daha doğrusu, Ermənistan, Türkiyə və İranda da məlumdur. Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq-a qədər olan bu qoyunların yunu da çox, daha doğrusu, 3-4 kq-a qədər olur. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir.
BamBam (müğənni)
Kunpimook Bhuvakul (tay กันต์พิมุกต์ ภูวกุล ;2 may 1997, Banqkok) səhnə adı ilə BamBam(kor. 뱀뱀;tay แบมแบม) ,taylandlı repçi,müğənni, mahnı müəllifi və Cənubi Koreya-lı oğlan qrupu Got7 -nin üzvüdür. == Bioqrafiya == BamBam 2 may 1997-ci ildə Banqkok,Taylandda doğulmuşdur.Ailəsi anası və üç qardaşından ibarətdir. Atası 3 yaşında ikən dünyasını dəyişmişdir. BamBam, Koreya mədəniyyəti ilə maraqlanırmış və Rain fanatı olaraq anası ilə qrupun bir neçə konsertlərinə getmiş və buna görə müğənni olmaq arzusunda olmuşdur. Ondan ilhamlanaraq, 10 yaşında rəqs etməyə və oxumağı öyrənməyə başladı. O Blackpink üzvü Lisa ilə "We Zaa Cool" rəqs qrupunun bir hissəsi oldu. 2007-ci ildə Tayland Rain Cover Dance Yarışmasında birincilik qazandı və 2010-cu ildə Tayland LG Entertainer Competition -da ikinci oldu. 13 yaşında Taylandda JYP World Tour Audition -dan keçdi və stajyer olmaq üçün Cənubi Koreya-ya köçdü. 9 Aprel 2018-ci ildə, BamBam hərbi xidmətə getmək üçün Taylanda qayıtdı, bölgəsində könüllü və qırmızı vərəqə toplama kvotasına görə xidmətdən azad edildi.
Bağban (Kürdəmir)
Bağman (əvvəlki adı: Bağban) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Böyük Kəngərli kənd inzibati ərazi dairəsi tərkibindəki Bağban kəndi Bağman kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Barlıdır. XIX əsrin ortalarında elatlar tərəfindən salınmışdır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 546 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bağban (Ucar)
Bağban — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2283 nəfərdir son siyahıya alınmada == Tarixi == Bağban Ucar rayonunun Boyat inzibati ərazi vahidində kənd. Göyçayın sahilində, Şirvan düzündədir. Bəzi ədəbiyyatlarda Bağman variantında qeydə alınmışdır. Bağban "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. == Din == Kənddə Bağban kənd məscidi dini icması fəaliyyət göstərir.
Doğuş Balbay
Doğuş Balbay (türk. Doğuş Balbay; doğ. 21 yanvar 1989-cu il, İstanbul, Türkiyə) — Türkiyəli peşəkar basketbolçu. Anadolu Efes basketbol klubunda oyun qurucu mövqedə oynayır. Balbay iki mövsüm Fənərbaxça klubunda oynamışdır. 2006-cı ildə ABŞ-yə getmiş və orda Bryuster akademiyasında təhsil almışdır. Dörd il sonra Ostin Texas Universitetinə daxil olmuşdur. Üç mövsüm Texas Lonqhorns klubunda oynadıqdan sonra NBA Draft (2011) qatılmaq üçün müraciət etmiş ancaq qəbul olunmamışdır. 2013-cü ildə keçirilən Avropa çempionatında Türkiyə millisinin heyətində çıxış etmişdir. == Bioqrafiyası == Doğuş Balbay Mithat və Şukran Balbayların ailəsində anadan olub.
Kiçik batbat
Kiçik batbat (lat. Hyoscyamus pusillus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Neoseiulus caobae
Neoseiulus caobae (lat. Neoseiulus caobae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Qara batbat
Qara batbat (lat. Hyoscyamus niger) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Haqqında == Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır. Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir. Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir.
Qızılı batbat
Qızılı batbat (lat. Hyoscyamus aureus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Barbar (film)
Barbar (ing. Barbarian) — 2022-ci il ABŞ istehsalı qorxu, triller filmi. Rejissoru və ssenari müəllifi Zak Kreqqerdir. Filmdə Corcina Kempbell, Bill Skarsqard və Castin Lonq çəkiliblər. == Məzmun == İş üçün qəsəbəyə yollanan gənc qadın özü üçün kirayə götürdüyü evə gəlib çatır, ancaq o, bu evdə başqa bir şəxsin yaşadığını öyrənir. Gecə yarısı hara gedəcəyini bilməyən qadın evdəki digər şəxslə tanış olur və burada qalmaq qərarına gəlir. İkisi qaldıqları bu evdə dəhşətli şeylər kəşf edirlər. == İstinadlar == == Xarici keçidlər == 20thcenturystudios.com/m… — Barbar rəsmi saytı Barbar — Internet Movie Database saytında.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Bamba Qadınəfəndi
Bamba Qadınəfəndi və ya Ümmü Abbas (ö. 1871) — Kavalalı Mehmed Əli Paşanın oğlu Tosun Paşanın xanımı, Osmanlıların Misir və Sudan hakimi I Abbas Hilmi Paşanın anası, Misirin ilk Validə Paşası. == Həyatı == Doğum tarixi bilinməyən Bamba xanım Mehmed Arif bəyin qızı və Fatma Zəhra xanımın (Mehmed Əli Paşanın oğlu İsmayıl Kamil Paşanın xanımı) bacısı idi. 16 yaşında Mehmed Əli Paşanın oğlu Tosun Paşa ilə evləndi və 1 iyul 1812-ci ildə yeganə övladı olan Abbas Hilmi adlı oğlu dünyaya gəldi. Tosun Paşanın bundan başqa doğum tarixi bəlli olmayan 4 övladı daha olsa da, onların Bamba xanımdan olmadığı və adı bəlli olmayan başqa bir qadından dünyaya gəldiyi dəqiqdir. Ancaq qısa zaman sonra Tosun Paşa hələ 23 yaşında vəbadan vəfat etdi (28 sentyabr 1816) və dul qalan Bamba xanımla oğlu Əminə xanımın himayəsində Qahirəyə döndülər. 1824-cü ildə Əminə xanımıın vəfatıyla daha sərbəst həyat yaşamağa başlayan Bamba xanım haqqında oğlunun Misir taxtına əyləşdiyi 1848-ci ilədək məlumat yoxdur. Qaynı Kavalalı İbrahim Paşanın vəfatı və Abbas Hilmi Paşanın Misir hakimi təyin edilməsiylə (10 noyabr 1848) Bamba xanım Misirin Validə Paşası elan edildi. O, bu ünvanı alan ilk xanım olaraq Misir tarixinə düşdü. Oğlunun Misir səltənətində dövlət məsələlərindən uzaq qalan Bamba xanım daha çox xeyriyyə işləriylə məşğul oldu.
Basdırma kabab