Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barbados
Barbados — Mərkəzi Amerikada Karib hövzəsi və ya Vest-Hinddə yerləşən dövlət. Kiçik antil adaları qurupunda eyni adlı ada da yerləşir. Şimaldan cənuba maksimum uzunluğu 34 km, qərbdən şərqə isə 23 km-dir. Sahəsi 432 kvadrat kilometrdir. Əhalisi 287 min nəfərdir. Paytaxtı və mühüm portu Brictaun şəhəridir. Dövlət dili ingilis dilidir, pul vahidi isə Barbados dollarıdır. Ölkəyə bu adı məşhur ispan tədqiqatçısı Pedro Kampos vermişdir. Tədqiqatçı bu torpağa ayaq basarkən burada olan çoxlu əncir ağacları onun diqqətini çəkmiş və o, ağacları formaca "saqqallı adamlar"a bənzətmişdir. Bu torpağı o "los – barbados" adlandırmışdır, bu da ispan dilindən tərcümədə "saqqallılar" deməkdir.
Tarbaqan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Tarbağan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Arbatan
Arbatan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Arbatan (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Babacan
Babacan (Göyçə)
Babadağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Babadin
Babadin — Azərbaycan Respublikasının Laçın rayonunun Təzəkənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Kənd ərazisi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Dağətəyi ərazidədir. Baba və din (xalq terminologiyasında "hündür yer, təpə"; "düşərgə, dincəlmək üçün yer") sözlərindən düzəlib. "Hündür təpə" mənasını ifadə edir. Oykonim ərazidəki dağların birinin adından törəmişdir. Kəndin yaşlı sakinlərinin söyləməsindən aydın olur ki, Babadin sözü "dinə inananların alisi", "əsl dinə inananlar", "əvvəldən, qədimdən dinə inananlar" mənasını ifadə edir, "baba" və "din" sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür. Babadin (Babadinli) tayfa adıdır. Burada "baba" ulu, böyük, ali, uca mənasındadır.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Barbata
Barbata (it. Barbata) — İtaliyanın Lombardiya bölgəsinin, Berqamo əyalətində yerləşən kommuna . 31 dekabr 2004-cü il tarixinə görə sahəsi 8.0 km², əhalisi 628 nəfərdir. Kommunanın hamiləri müqəddəs Peter və Pauldur. Şəhər Bayramı 29 iyunda qeyd olunur. Milandan təxminən 50 km şərqdə və Bergamodan 25 km cənub-şərqdə yerləşir. Barbata aşağıdakı kommunalarla həmsərhəddir: Anteniate, Kamizano, Kovo, İsso, Fontanella və Kasaletto di Sopra .
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Avena barbata subsp. barbata
Avena barbata (lat. Avena barbata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. Avena agadiriana B.R.Baum & G.Fedak Avena alba var. barbata (Link) Maire & Weiller Avena alba var. hirtula (Lag.) Emb. & Maire Avena alba var. wiestii (Steud.) Maire & Weiller Avena almeriensis Gand. Avena atheranthera C.Presl Avena atlantica B.R.Baum & G.Fedak Avena barbata subsp. atheranthera (J.Presl) Roche Afonso Avena barbata subsp. barbata barbata Avena barbata var.
Barbados bayrağı
Barbados bayrağı — Barbadosda işlədilən rəsmi dövlət bayrağı 30 noyabr 1966-cı ildə ölkənin Müstəqillik Günündə qəbul edilmişdir. Bayraqdakı sol tərəfdəki göy rəng göy üzünü, sağ tərəfdəki göy rəng isə okeanı təmsil edir. Qızılı rəng isə ölkənin şəriət ölkəsi olduğunu göstərir. Mərkəzdəki çəngəl isə ölkənin İngilis əsarətindən xilas olduğunu göstərir. Barbadosun milli bayrağı 1966-cı ildə təsdiqlənmişdir. Bayraq 3 bərabər şaquli hissəyə bölünmüş düzbucaqlı parçadan təşkil olunmuşdur. Bayrağın mərkəzində üçbaşlı əsa şəkli həkk olunub. Barbadosun milli bayrağını əhali arasında keçirilmiş konkursdan sonra Karl Brudhaqen, Qrantley Preskod və Advena Kendall düzəldiblər. Rəsm müəllimi olan Qrantley Preskodun yazdığına görə, mavi rəng dənizin, sarı rəng isə adanı əhatə edən qızılı qumun rəmzidir. Üçbaşlı əsa isə Barbadosun demokratik hökumətinin 3 prinsipini özündə cəmləşdirir: xalqdan, xalqla, xalq üçün.
Barbados dolları
Barbados dolları (kod ISO 4217: BBD) — 1973-ci ilin 3 dekabrından qüvvədə olan Barbadosun pul vahididir. 1 Barbados dolları 100 sentə bərabərdir. Barbados dolları Şərqi Karib dollarının yerinə dövriyyəyə daxil edilmişdir. Barbados dolları ABŞ dolları ilə1 ABŞ dolları = 2 Barbados dolları nisbətindədir.
Barradao stadionu
Barradao stadionu (port. Estádio Manoel Barradas) — Braziliyanın Salvador şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 35,632 nəfərdir. "Vitoria" klubu ev oyunlarını bu stadionda keçirir. Açılışı 1989-cu ildə olmuşdur.
Batbayan xan
Batbayan xan (?-690) — Böyük Bolqar xanlığının xanı, Kubrat xanın oğlu. Kubrat xanın böyük oğlu Batbayan (Bayan) Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir. Xalqın ən əhəmiyyətli hissələrindən bir qismi şimala köç edib İdil bolqarları dövlətini qurdular və və şimala köç edən İdil bolqarlarına Ağ Bolqarlar da deyilər.
Carex barbarae
Carex barbarae (lat. Carex barbarae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Luis Barraqan
Luis Barraqan (9 mart 1902[…], Quadalaxara – 22 noyabr 1988[…], Mexiko) — Meksikalı memar. Luis Barraqan 1923-cü ildə Meksikanın Quadalahara şəhərində yerləşən "Escuela Libre də Ingenieros" məktəbindən mühəndis olaraq məzun oldu. Sonrakı illərdə özünü memar olaraq tanıtdı. Məzun olduqdan sonra İspaniya, Fransa (burada Le Korbusierin dərslərinə qatılmışdır.) və Mərakeşi gəzir. Fransada ikən alman mənşəli bir fransız yazıçı Ferdinand Bakin əsərləri ilə tanış olmaq fürsəti tapır və bu əsərlər memarlıq karyerası üçün dönüş nöqtəsi oldu. 1927–1936-cı illər arasında Meksikanın Quadalahara şəhərində öz memarlıq dizaynlarını tətbiq etmək fürsəti əldə edən Luis Barraqan bu tarixdən sonra Mexikoda memarlıq işlərinə davam etdi. Luis Barraqánin əsərlərinin arasında 3.5 metrdən daha yüksək və fərqli rənglərdə boyanmış divarlar aiddir. Bu dizayn elementinə ənənəvi Meksika strukturlarından almışdır. Əsərlərində, vulkanik süxurların və ya ölü ağac kökləri kimi təbii mühitlərdə reallaşdırmağı seçmişdir. 1975-ci ilə qədər çox tanınmayan Luis Barraqanın adı bu tarixdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyində özünə həsr olunmuş bir sərgidən sonra olduqca səslənildi.
Senecio barbarae
Senecio barbarae (lat. Senecio barbarae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Babacan (Göyçə)
Babacan — Göyçə mahalında kənd. İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib.
Babacan (çay)
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Babacan (Əhər)
Babacan (fars. باباجان‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Babacan çayı
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Babadağ (şəhər)
Babadağ — Rumıniyada şəhər Qədim Osmanlı şəhərlərindən olmuşdur. Baba Dağ Osmanlıların güclü və əmin qalalarından idi. Sultan IV Murad bu torpaqların mühafizəsini gücləndirmək məqsədilə Qoca Kənan paşaya (Sultan Əhmədin damadı, onun qızı Atikə sultanın əri) əmr verir: "başın sənə gərəkdirsə, Baba Dağ qalasını möhkəm bir qalaya çevir". Turla çayı boyunca (müasir Dnestr çayı ətrafı) torpaqlardan keçən Övliya Çələbi şəhərin adıyla bağlı göstərirdi ki, burada Sarı Saltık Sultan (o "piri- Türküstan" kimi tanınan Xoca Əhməd Yasəvinin tələbəsi olmuşdur) dəfn olunduğu üçün bu yer Baba Dağ adlanmışdı. Eyni zamanda onunla yanaşı burada digər çoxlu pirani qəbirlər vardır. Səyyah həm də şəhərdə Sarı Saltık Sultanın təkkəsi və ona bitişik olan gözəl Ulu Cameni ziyarət etdiyini söyləmişdi. Şəhərin görməli-gəzməli yerləri olan Dədə Saltık Sultan meşə qoruğu, Yar Bağları, Böyük meşəlik, Lalə bağçalarını...səyyah aludəliklə təsvir etmişdir. Tarixçi Hammer də yeddi müxtəlif yerdə məzarı olan Sarı Saltık babanın əsas qəbrinin burada olduğunu göstərərək yazırdı: "Övliya Saltıq baba XII əsrin 60-cı illərində yüz min Səlcuq türkü ilə bura gəlmiş, o vaxtdan bu yerlərə Dobruca Tatarıstanı deyilmişdi. Öləndə müridlərinə vəsiyyət etmişdi ki, onun nəşini yeddi yerə bölüb ayrı-ayrı yerlərdə dəfn etsinlər. bununla ziyarətgah halına gələn bu torpaqların İslam imperiyası torpaqlarına çevrilməsinə çalışmışdı." Qala dəfələrlə basqınçı kazakların həmlələrinə hədəf olub; hətta Saltık Sultanın türbəsini zəngin avadanlığını yağmalayıb gedərkən olunmazın zülmünü çəkmişlər.
Babadağ aşırımı
Babadağ aşırımı – Azərbaycan Respublikasının Quba və İsmayıllı rayonları sərhədində dağ keçidi. Baş Qafqaz silsiləsinin cənub-şərqində eyniadlı dağın yamacındadır. Hündürlüyü 3380 metrdir. Qaraçay və Girdimançayın hövzələrini birləşdirən yol bu aşırımdan keçir.