Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bardaça gölü
Bardaça gölü (serb. Језеро Бардача) — Göl və bataqlıqlardan ibarət olan su sistemi Bosniya və Herseqovinanın tərkibinə daxil olan Bosniya Serb Respublikasının şimalında qərarlaşır. Bu su kompleksinə su basmış quru sahələri və meşə sahələri daxildir. Göl təqribi olaraq Banya-Lukadan 30 kilometr aralıda yerləşir. Gölün uzunluğu 5,5 km, eni 1,7 km, maksimal dərinliyi 2,5 metrdir. Gölün ümumi sahəsi 7,32 km²-dir. Göl və ətrafında yerləşən bataqlıqlar qorunan təbiət abidəsi elan edilmişdir. Göl dəniz səviyyəsindən 100 metr yüksəklikdə qərarlaşır. Gölün yerləşdiyi rayon ərazisindən üç çay axır: Matura, Stublaya və Brzaya. Bu üç çay naviqasiya üçün yararlı deyil.