Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balverən (Şırnak)
Balverən — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda bəldə. == Tarixi == 27 yanvar 1994-cü ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilmişdir.
Ağverən
Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. == Toponim == Ağverən - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. 1918-ci ildə kəndə Türkiyədən gəlmə ermənilər də yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1949-cu ildə kəndin azərbaycanlıları Azərbaycana köçürülmüşdür. 1950-ci ildə kənd ləğv edilmişdir. 1590-cı ilə və 1728-ci ilə aid mənbələrdə kəndin adı Aqviran kimidir. Azərbaycan dilində ağ (rəng bildirir) və viran (ə) «xarabalıq» sözlərindən ibarətdir. Digər adı Kəbir-Əli, əsli «Kəbir eli»dir. Kənd mənşəcə xəzərlərə mənsub Kəbər tayfasına mənsub ailələrin «Ağ viranə» adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İrəvan əyalətinin bir sıra kənd adlarında fars dilində viranə «xarabalıq» və viran «dağıdılmış», «adam yaşamayan yer» cözləri vardır.
Haqverən (Salmas)
Haqverən (fars. حق وران‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 504 nəfər yaşayır (100 ailə).
Ağverən (Miyanə)
Ağverən (fars. اغ ورن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən 21 km cənub-şərqdə, Təbriz-Miyanə avtomobil yolunun 9 kilometrliyindədir.
Şahvərən (Qəzvin)
Şəvərən (az-əbcəd. شَوَرَن‎, fars. شاهوران‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 129 nəfər yaşayır (63 ailə).
Andre-Jak Qarneren
Andre-Jak Qarneren (fr. André-Jacques Garnerin) — fransız ixtiraçı və aviator. Çərçivəsiz paraşütü ixtira etmişdir. Qarneren Jak Şarlın tələbəsi olmuşdur. == Həyatı == Napoleon müharibələrinin ilk illərində Böyük Britaniya ordusuna əsir düşmüş və Avstriya birliklərinə təhvil verilmişdir. 1792–1797-ci illərdə Qarneren Budapeşt şəhərində əsirlikdə saxlanılmışdır. Həbsxanada olan zaman, həbsxanadan qaçmaq üçün paraşütün sxemini hazırlamışdır. Həbsxanadan buraxıldıqdan sonra Fransaya qayıtmış və burada hava şarında uçuşlar təşkil etməyə başlamış və nəhayət 1797-ci il 22 oktyabr tarixində Parisin Monso parkında 900 metr hündürlükdə uçan hava şarından paraşütlə tullanmışdır.
Andre Jak Qarneren

Barren (Andaman adaları)
Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır. == Coğrafiyası == Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir. Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır.