Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazarqol (Uçalı)
Bazarqol (başq. Баҙарғол, rus. Базаргулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uralsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 39 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 9 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 46 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Murad Bazarov
Murad Bazarov (6 avqust 1994, Balakən) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Murad Bazarov 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Murad Bazarov qrup mərhələsinin birinci görüşdə Ukrayna nümayəndəsi Olehsey Jabshi ilə üz-üzə gəldi. Həmin görüşdə Murad Bazarov rəqibinə qalib gəldi — 2:0 (7:0, 4:0). Növbəti görüşdə isə onun rəqibi Ekvador nümayəndəsi Henri Pilay oldu. Bu görüşdə də Murad Bazarov rəqibinə qalib gəldi — 2:0 (1:0, 3:0). Bununla da Murad Bazarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Kuba nümayəndəsi Yosvanis Pena Flores oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə də qalib gələn tərəf Murad Bazarov oldu — 2:0 (2:0, 1:0). Bununla da Murad Bazarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.