Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amerika bizonu
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Avropa bizonu
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. == Etimologiya == XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. == Xüsusiyyətləri == Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
Danışıq balonu
Danışıq balonu– Windows əməliyyat sisteminin tapşırıqlar zolağında hava şarı, yaxud karikaturalarda danışıq qabarcığı (SPEECH BUBBLE) formasında ekrana çıxan bildirişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hiqqs bozonu
Hiqqs bozonu — fərziyyəyə görə başqa hissəciklərə kütlə verən hissəcik. Bozonlar qarşılıqlı təsir qüvvələrinin daşıyıcıları olan hissəciklərdir. Məsələn, bozonlardan biri olan foton – işıq hissəciyidir və o, elektromaqnit güvvəsinin (qarşılıqlı təsirinin) keçiricisi və daşıyıcısıdır. Fundamental qüvvələrin daşıyıcısı olan bu hissəciklər Hindistanlı fizik Şatyendranat Bozun şərəfinə adlandırılmışlar. Hiqqs bozonu və ya Hiqqs hissəciyi Britaniyalı fizik Peter Higgsin şərəfinə adlandırılmışdır. Bu hissəcik gündəlik mətbuatda "Tanrının hissəciyi" də adlandırılır. Bu ifadənin hissəciklər fizikasına aidiyyəti yoxdur. İfadə jurnalistlər tərəfindən həvəslə qarşılandı və işlənir, ona görə ki, "Tanrı kimi bu hissəcik də çox güclüdür, hər yerdə mövcuddur, lakin tapılması çətindir". == Hiqqs sahəsi və onun daşıyıcısı == 1964-cü ildə Peter Higgs hissəciklərə kütlə verən bir sahənin olması fərziyyəsini irəli sürdü. Təqribən həmin vaxtlarda Belçikalı fiziklər Robert Braut, Fransua Enqler və onlardan başqa daha üç fizik (Qerald Quralnik, Karl Haqen, Tom Kibbl) apardıqları tədqiqatlarda oxşar nəticəyə gəldilər.
Hiqs bozonu

Bazunun ikibaşlı əzələsi
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
Bazunun üçbaşlı əzələsi
Triseps - qolun arxasında yerləşən əzələ. Qolun üç başı əzələsi olaraq da adlanır. Triseps dirsəyə bağlı əzələdir və dirsəyin hərəkət etdirilməsində böyük rola sahibdir.