Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşüzlü kurqanlar
Daşüzlü abidələr-Daşüzlü kurqanlar, adətən iri daşlardan tikilmiş qədim məzar quruluşlarıdır. Bu tip kurqanlar əsasən Qafqaz bölgəsində, o cümlədən Azərbaycanda tapılıb. Onlar Qafqaz Albaniyasının erkən dövründən (eramızdan əvvəl 4–1 minillik) başlayaraq mövcuddur. Daşüzlü kurqanlar müxtəlif formalar və ölçülərdə olur, lakin hamısının ortaq xüsüsiyyəti onların daşlarla örtülmüş olmasıdır. Bu kurqanlar adətən yüksək sosial statusa malik şəxslərin dəfn edildiyi yerlərdir. Kurqanların içərisində, dəfn olunmuş şəxslə birlikdə, qızıl, gümüş, və digər qiymətli əşyalar, silahlar, keramika məmulatları və müxtəlif məişət əşyaları tapılır. Arxeoloqlar daşüzlü kurqaanların tədqiqatını apararaq, həmin dövrün mədəniyyəti, həyat tərzi və inancları haqqında dəyərli məlumatlar əldə edirlər.
Rəsullu
Rəsullu — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Kəndlər Rəsullu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Rəsullu (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Digər Rəsullular — Azərbaycan soylarında, nəsillərindən biri. Düz Rəsullu bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə.
Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd. Yuxarı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd.
Aşağı Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Ayrı-ayrı mənbələrdə Aşağı Öküzlü, Aşağa Öksüzlü variantlarında da qeydə alınmışdır. Yaşayış məntəqəsini XIX əsrdə Öysüzlü (indiki Yuxarı Öysüzlü) kəndindən çıxmış ailələr salmışlar. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyini təyin edir, ikinci komponenti isə Azərbaycan elatlarından birinin adıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çal dağının (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Əliyev Fuad Ramin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mehdiyev Seymur Hüseyn oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Nağıyev Pərviz Güloğlan oğlu (1991-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb. Rəsulun nəsil ardıcdlığı üzrə-ata, oğul, nəvə, nəticə, kötükcə, ötüycə, itiycə sistemi üzrə 15 nəfərdən çox nəsl davamçıları bu kənddə doğulmuşdur.
Rəsullu (Daşkəsən)
Rəsullu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Yerli məlumata görə, kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Rəsullu kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Rəsullu (İmişli)
Rəsullu — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kəndi rəsullu nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Kənd düzənlikdə yerləşir.
Yuxarı Öysüzlü
Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Öksüzlü olmuşdur. Yerli əhali arasında kəndin Qızılgöz Öysüzlü, Öksüzlü adları da vardır. Ondan keçmişdə əmələ gəl­miş yeni məntəqə Aşağı Öysüzlü, bu kənd isə Yuxarı Öysüzlü adlandırılmışdır. Oyko­nimin ikinci komponenti Qazax qəzasında maldarlıqla məşğul olmuş öksüzlü elatının adındandır. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Qafqazda yaranmış xanlıq və eyni zamanda bir sıra sultanlıqlar özlərinin mərkəzləri ilə də fərqlənirdilər. Belə sultanlıqlardan biri Şəmsəddin idi (bəzi tarixi qaynaqlarda Şamşəddil adı ilə qeyd olunur). 18-ci əsrin ortalarında yaranmış bu sultanlığın mərkəzi Tovuz deyil, mərkəzdən 8 km cənub-qərbdə yerləşən məhz indiki Yuxarı Öysüzlü (əvvəlki Öksüzlü) kəndi olmuşdur. Yuxarı Öysüzlü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Çovdaroğlu Aşıq Məhəmməd — azərbaycanlı aşıq.
Çay Rəsullu
Çay Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Çay Rəsullu oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Axınca çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 19-cu əsrin birinci yarısında Abşerondan və Şamaxı şəhərindən gələn köçkünlər yaratmışlar. İlk əsası Alı adlı bir qoca və onun beş oğlu tərəfindən qoyulan Cay Rəsullu və Bəydəmirli kəndləri sonralar ətraf kəndlərin məskunlaşmasında böyük rol oynamışlar. Oykonim çay və Rəsullu (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Rəsullu kəndi" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır. Mərhum İsmayılov Fərhad - görkəmli ziyalı; Mərhum Qəhrəmanov İlyas - müxtəlif yüksək vəzifələrdə işləmiş ziyalı; Şair Cəfər; Habil şınıxlı - görkəmli musiqiçi, bəstəkar Quliyev Cahangir - ustad aşıq Quliyev Qəzənfər Nazim Bəydəmirli — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. İqtisad elmləri namizədi.
Öysüzlü xalçaları
Öysüzlü xalçaları – Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Bu xalçanın adı Qazaxdan 25km məsafədə yerləşən Aşağı və Yuxarı Oysuzlu kəndlərinin adından götürülmüşdür. "Öysüzlü" xalçaları ətraf kəndlərdə — Aşağı Quşçu, Xatınlı, Bozalqanlı və s. istehsal olunur. "Öysüzlü" xalçalarının ara sahəsinin kompozisiyası düzbucaqlı formada göllər əmələ gətirir və düzbucaqlılar da öz növbəsində, rombların içinə yerləşdirilmişdir. Rombların daxili konturları boyunca bir sıra qarmaqşəkilli çıxıntılar keçir. Çıxıntıların cızığı içəriyə əyilmişdir. Naxışların sıxlığı və qrafik kontur xətlərlə bölünən rənglərin təzadlığı nəticəsində kompozisiyanın çoxplanlı olması barədə vizual effekt yaranır. Müşahidə effektində bir xətt sanki qonşu xəttə keçir. Ağ fonlu ara haşiyə qarmaqlı haşiyədən ibarətdir.
Düz Rəsullu bələdiyyəsi
== Tarixi == Düz Rəsullu bələdiyyəsi - Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisində 1999-cu ildə yaradılmış bələdiyyədir. == Əhatə dairəsi == Düz Rəsullu bələdiyyəsinin əhatə etdiyi ərazilərə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli , Şınıx , Təkyemişan və Turşsu kəndlərinin əraziləri daxildir. Düz Rəsullu bələdiyyəsi həmin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Gədəbəy rayonunun Düz Rəsullu bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır, Düz Rəsullu və Şınıx bələdiyyələrinin hüquqi varisidir. Bələdiyyənin ünvanı: Gədəbəy rayonunun Düz Rəsullu kəndidir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkilərinin nəticələrinə görə Qurbanov Ələddin Nurəddin oğlu Düz Rəsullu bələdiyyəsinin sədri seçilmişdir.
Yuxarı Öysüzlü bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buzlu çay
Buzlu çay, Buz çay və ya Soyuq çay — buz ilə bir stəkan soyuq çayın qarışığıdır, şəkərli və ya şəkərsiz verilir. Buzlu çay həmçinin popyular paketlənmiş içkidir. Buzlu çay limon, şaftalı, malina, turş limon , pəşın meyvəsi, çiyələk və gilas kimi geniş yayılmış ilə dadlandırılmış sirop ilə qarışıq ola bilər.
Buzlu su kampaniyası
Buzlu vedrə əzabı (ing. Ice Bucket Challenge) — 2014-cü ilin yayında məşhurlaşan bir fəaliyyət. Bu fəaliyyətinin qaydasına görə iştirakçılar ya başlarına bir vedrə soyuq su tökməli, ya da ABŞ-nin ALS Assosiyasına xeyriyyə məqsədilə pul ödəməlidirlər. Bu fəaliyyət Şimal yarımkürəsində sosial medyada məşhurlaşıb. == Məşhurlaşması == "Ice Bucket Challenge" kampaniyasına, yəni Buzlu su kampaniyasına görə, ya ALS üçün yardım edəcəksəniz, ya da buz dolu bir vedrə suyu başınızdan aşağı tökəcəksiniz. Bütün dünyada 2014-cü ilində həm yardım edib, həm də məlumatlandırmaq məqsədi ilə başlarından aşağı buzla dolu 1 vedrə su tökürlər. Fəaliyyətə qoşulan adam seçdiyi 3 adama meydan oxuyur və eynisini ondan istəyir. Meydan oxunan kişi 24 saat içində eynisini bir başqasına edir. Mark Zukerberq, Bill Geyts, Lady Gaga, Kriştiano Ronaldo, Beyonce , Jennifer Lopez kimi dünyaca məşhur insanlar kampanyaya böyük dəstək verdi. === Türkiyədə === Türkiyədə isə ilk dəstək Nevzat Aydından gəldi.
Buzlu vedrə əzabı

Şimal Buzlu Okean
Şimal Buzlu okean — Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsilə digər okeanlardan ayrılır. Dünyada sahəcə ən kiçik okeandır — 13 000 000 km². Şimal Buzlu okeanında bir çox adalar vardır: Novaya Zemlya, Şimal Torpağı, Qrenlandiya, Vrangel, Novosibirsk, Kanada-Arktika arxipelaqı. Dünyanın ən böyük adası olan Qrenlandiya adası da bu okeanda yerləşir. Okeanın bir çox boğazları vadır ki, onlara misal kimi Avstriya boğazı, Matoçkin Şar boğazı, Smit boğazı, Qdansk boğazı, Robeson boğazı, Kennedi boğazı, Parri boğazı, Danimark boğazı, Forlandsundet boğazı,Şahzadə Regent boğazı, Taymır boğazı, Friman boğazı, Lonq boğazı, Sterleqov boğazı, Disko boğazı (körfəz), Franklin boğazı, Qırmızı Ordu boğazı, Kara darvazası (boğaz), Stur-ford boğazı, Şərq boğazı (Şərqi Sibir dənizi), Dis boğazı, Şimal boğazı (Şərqi Sibir dənizi), Yaqorski Şar boğazı, Şokalski boğazı, Fram boğazı, Fram (boğaz), Kuroçkin boğazı, Dmitri Laptev boğazı, Kiçik Caun boğazı, Kostin Şar boğazı, Vilkiç boğazı, Pomorski boğazı, Fari və Hekla boğazı, Eterikan boğazı, Hinlopen boğazı, Cons boğazı, Yevqenov boğazı, Uels Şahzadəsi (boğaz), Malıgin boğazı, Sannikov boğazı, Kildinski boğazı, Şimal boğazı (Laptevlər dənizi), Blaqoveşenski boğazı, Pevek boğazı, Radzeevski boğazı, Zaya boğazı, Kolıma boğazı, Yeddiada Reydi boğazı, Dolfin və Yunion boğazı, Hudzon boğazı, Mak-Klinton boğazı, Ağ dənizinin boğazı, Simpson boğazı və s. göstərmək olar. Şimal Buzlu okean ən şirin okean hesab olunur. Okeanın akvatoriyasında bir sıra dənizlər vardır: Linkoln dənizi, Bofort dənizi, Baffin dənizi, Şərqi Sibir dənizi, Vandel dənizi, Şahzadə Qustav-Adolf dənizi, Norveç dənizi, Barens dənizi Okean müstəqil okean kimi 1650-ci ildə coğrafiyaşünas Varenius tərəfindən Hyperborean Ocean - “Həddindən artıq şimalda okean” (qədim yunan Βορέας - şimal küləyinin mifik tanrısı və ya başqa sözlə Şimal, qədim yunan ὑπερ -) adı ilə müstəqil okean kimi müəyyən edilmişdir. bir şeyin artıqlığını göstərən prefiks).
Şimal Buzlu Okeanı

Lonq Aylend buzlu çay
Lonq Aylend buzlu çayı BBA-nın rəsmi kokteylidir və adətən vodka, tekila, yüngül rom, tripk-sek, cin və qalan hissəyə ağzına qədər kola doldurulması ilə hazırlanır. Adına baxmayaraq, kokteyl tərkibində adətən buzlu çay olmur, lakin buzlu çay ilə eyni kəhrəba rəngində olduğu üçün elə adlandırılır. Az miqdarda alkaqolsuz içki olduğu üçün içki çox yüksək spirt konsentrasiyasına (təxminən 22 faiz) malikdir. == Mənşəyi == Lonq Aylend buzlu çayı üçün iki tamam fərqli hekayəs var, biri Long Island, Tennessi və biri Long Island, New York . Robert "Rosebud" Butt 1972-ci ildə Long Island, Nyu Yorkdakı "Oak Beach Inn"- də işləyərkən tripl-sek tərkibli yeni qarışıq içki yaratmaq üçün müsabiqədə iştirak etmək üçün Long Island buzlu çayını icad etdiyini iddia edir. Bir az fərqli içkinin 1920-ci illərdə ABŞ-da Qadağalar zamanı Tennessi ştatının Kingsport şəhərindəki Long Island adlı yerli icmada "Qoca yepiskop" tərəfindən icad edildiyi iddia edilir. İçki daha sonra qoca yepiskopun oğlu Ransom Bishop tərəfindən kola, limon və laym əlavə edərək düzəldildi. Köhnə versiyada viski, ağcaqayın şərbəti, müxtəlif miqdarda beş alkaqollu içki tərkiblidir, müasir versiya isə kola və beş bərabər hissə alkaqollu içki var idi. Aşağıdakı şəkildə hazırlanmışdır: 470 ml stəkana 1⁄2 təzə limon və1⁄2 təzə laym sıxmaq 15 ml rom, 15 ml cin, 15 ml tekila, 30 ml vodka, 30 ml viski və 15 ml ağcaqayın siropu əlavə et Qarışdırın, sonra 120 ml kola əlavə edin. Bəzi mənbələr "Betty Crocker's New Picture Cook Book" kitabının 1961-ci il nəşrində Long Island buzlu çayının reseptinin olduğunu söyləsələr də, əslində orada belə bir resept yoxdur.