Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlhan Başgöz
İlhan Başgöz (1921, Sivas – 13 aprel 2021) — Türkiyə folklorşünası və yazıçısı. Başgöz Ankara Universitetinin Dil, Tarix-Coğrafiya fakültəsinin Türk dili və ədəbiyyatı ixtisasında təhsil almışdır. O, həmin yerdə assistent kimi işləmiş və doktorluq dissertasiyası müdafiə etmişdir. Başgöz sonradan oradakı vəzifəsindən uzaqlaşdırılmış və Tokat liseyində müəllim işləmişdir. O, 1953-cü ilin yanvarında Türkiyə Cəza Qanununun 141-ci maddəsini (oğurluq) pozduğuna görə həbs edilmişdir. Bu, həmin dövrdə xüsusilə solçulara qarşı istifadə edilən bir maddə idi və Başgöz iki il həbsdə qalmışdı. O, 1960-cı ildə ABŞ-yə getmişdir. Başgöz İndiana Universitetində fakültə üzvü olmuşdur. Başgöz Van Yüzüncü İl Universitetində türk dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. O, Orta Şərq Texniki Universitetində işləmişdir.
Birgöz
Birgöz (lat. Ligustrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Yarpağıtökülən, yaxud həmişəyaşıl kollar, bəzən ağaclardır (hünd. 10 m-ədək). Yarpaqları qarşılıqlı, sadə, ellipsşəkilli, tamkənarlıdır. Süpürgəvarı və ya salxımvarı, təpə, yaxud qoltuq çiçək qrupunda birləşən çiçəkləri xırda, ağ, ətirli, çiçək tacı bitişikləçəklidir. Meyvələri qara giləmeyvəyəbənzər çəyirdəkmeyvədir. Çiçəyində efir yağı, qabıq və yarpağında aşı maddəsi olur. Avrasiyanın mülayim və tropik zonalarında yayılmış təqribən 50 növü məlumdur. Müxtəlifrəngli yarpaqları olan bir çox bağ forması və sortları var.
Adi birgöz
Adi birgöz (lat. Ligustrum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Sinonimləri == Ligustrum album Gueldenst. ex Ledeb. Ligustrum angustifolium Gilib. [Invalid] Ligustrum decipiens Gand. Ligustrum insulare Decne. Ligustrum insulense Decne. Ligustrum italicum Mill. Ligustrum lodense Glogau Ligustrum oviforme Gand.
Birgöz Ballıqaya
Yuxarı Ballıqaya — Azərbaycan Respublikasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1990-cı ildə ermənilərin hücumları zamanı dağıdılmışdır. == Toponimikası == Ballıqaya kəndi Quruçayın sahilində, dağ yamacındadır. Keçmiş adı Birgöz Ballıqaya olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 58 nəfər əhali yaşayır.
Egemen Berköz
Egemen Berköz (1941) — Türkiyə şairi, tərcüməçi. == Həyatı == Karadeniz Ereglisində doğulub. 1959–cu ildə Bolu Liseyini, 1963–cü ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsini bitirib. İtalyan dilindən bir sıra önəmli tərcümələr edib. İlk şeiri 1959–cu ildə «Yeditəpə» dərgisində dərc olunub. İlk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Girdəyarpaq birgöz
Girdəyarpaq birgöz (lat. Ligustrum ovalifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya və Koreyadır. Fransa, İspaniya, İtaliya, Meksika, Kosta-Rika, Qvatemala, Honduras, Kanadanın Ontario əyaləti, ABŞ və Böyük Britaniyada yayılmışdır. == Botaniki təsviri == İsti rayonlarda həmişəyaşıl və ya yarımhəmişəyaşıl koldur. Hündürlüyü 3-4 m-dir. Qalın, ətli yarpaqların üstü yaşıl, alt tərəfi yaşıl-sarıdır. Yayın ortalarında çiçəkləyir, bol ağ çiçəklərinin güclü qoxusu vardır. Çiçəkləri süpürgəyə yığılmışdır. Onların dörd qıvrım ləçəkləri və iki hündür, sarı və ya qırmızı tozcuğu olan erkəkcikləri vardır və onların arasında alçaq dişicik yerləşir; çiçək mayalandıqdan sonra ləçəkləri və erkəkcikləri tökülür və dişicik borucuğun kasacığında qalır.
Parlaq birgöz
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. Təbii halda Çində, Yaponiyada və Koreyada bitir. Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir. Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır. Rayonlarda park və bağlarda rast gəlinir.
Sina Berköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
Beovoz
Beovoz — Belqradda mövcud olan, paytaxtın mərkəzini şəhər ətrafı şimal, qərb və cənub hissələri ilə birləşdirən dəmiryolu şəbəkəsi. Dəmiryolu şəbəkəsinin sahibi Serbiya Dəmir Yolları şirkətidir. == Tarixi == Belqrad dəmiryol qovşağının yenidən qurulmasına 1971-ci ildən başlanılmışdır. 1977-ci ildən başlayaraq isə mərkəzi hissədə 10 km uzunluğunda tikinti başlamış və bir neçə tünel belə inşa edilmişdir. 1984-cü ildən Bataynisa - Beoqrad Sentar xətti istifadəyə verilir. Ancaq rəsmi açılış 1992-ci ildə gerçəkləşdirilir. Bu zaman şəhər mərkəzində tunelin açılması və üç istiqamətdə elektrik qatarları istifadəyə verilmişdir: qərbdə Batainitsa, şimaldan Pançevo və Belqradın cənubundakı Resnik. Operativ idarəetmə mərkəzi Belqrad-Senter stansiyasında («Prokop» kimi tanınır) yerləşir. Bu vağzalın tikintisi hələ də tam olaraq bitməmişdir. Bu stansiya təkcə daxili deyil həm də beynəlxalq reysləri də qəbul etməli idi 7 iyul 1995-ci ildə Pancev Körpüsü stansiyasına gedən ən uzun tuneldə 2 yeraltı stansiya açılmışdır Xətlərdə əsasən Riqa Vaqonqayırma Zavodunda istehsal edilən ЭР31, ЭР35 elektrik qatarları və üç qapılı vaqonlardan istifadə edilir.
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Bərğov

Benqo
Benqo əyaləti (port. Bengo) — Anqolanın 18 rəhbərlik bölgəsindən biridir. Ölkənin şimalında yerləşir. İdarə mərkəzi Caxito şəhəri olan əyalətin sahəsi 41,000 km², 2006-ci ilin təxmini əhalisi 460,508 nəfərdir. == Əyalətin bələdiyyələri == Benqo Əyaləti, öz içində 5 bələdiyyəyə ( municípios ) ayrılırlar. Bunlar aşağıdakı cədvəldə göstərilmişdir : == Komunləri == Benqo Əyalətinin 5 bələdiyyəsi olan bölmələr (comunas) aşağıda göstərilmişdir: Ambre Barra do Dandi Bela Vista Bom Jesus Bula-Atumba Calomboloca Catete Caxito Dembo Chio Gombe qəbir Kage Kanacassala Kazua Kiaje Kibaxe Kicunzo Kikabo Kixico Kixinje Mabubas Mumbondo Muxiluando Muxima Pango-Aluquem Paredes Piri São José das MATAS Təbii Ucua Zala == İstinadlar == == Xarici keçidlər == www.info - angola.ao Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Angola Statistics: Bengo Arxivləşdirilib 2009-10-15 at the Wayback Machine.
Besson (kommuna)
Besson (fr. Besson) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03026. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 797 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 511 nəfər (15-64 yaş) arasında 386 nəfər iqtisadi cəhətdən, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.5%, 1999-cu ildə 73.9%). Fəal olan 386 nəfərdən 361 nəfər (190 kişi və 171 qadın), 25 nəfər işsiz (8 kişi və 17 qadın) idi.
Beykoz paçası
Beykoz qəsri
Beykoz "Məcidiyə" sarayı — İstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir. Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir. Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir.
Beykoz sarayı

Lyuk Besson
Lük Besson (fr. Luc Paul Maurice Besson; 18 mart 1959[…], Paris) — Fransa rejissoru. == Həyatı == Lük Bessonun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir və mehrini kino sənətinə salır. Tanınmış fransız rejissoru və prodüseri Lük Besson böyük kinoya rejissor assistenti kimi gəlir. "Axırdan ikinci" debüt filmi uğurlu alınır və Bessonu ikinci "Yeni dalğa" cərəyanına aid edirlər.
Lük Besson

Sina Bərköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
Əl-Bəğuz Fəvqani
Əl-Bəğuz Fəvqani (ərəb. الباغوز فوقاني, kürd. Baxoz) –Suriyada Fərat çayı üzərində, Deyr əz-Zövr əyalətinin Əbu Kamal rayonunda yerləşən şəhərdir.