Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beştalı
Beştalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Beştalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd.
Beştalı (Neftçala)
Beştalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Neftçala rayonunun Cəngan inzibati ərazi vahidində kənd. Kür çayının sol sahilində, düzənlikdədir. Tam adı Ərəb Beştalıdır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Kürün sağ sahilindəki Beştalı kəndindən köçüb gəlmiş ərəbbaloğlan tayfasının ərəbbeştalı qoluna məxsus ailələr tərəfindən salınmışdır. 1933-cu ildə Beştalı Salyan və Beştalı Şirvan variantlarında qeydə alınmışdır. Etnotoponimdir.
Beştalı (Salyan)
Beştalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yerli əhali arasında Yaxa (sahil) Beştəli də adlandırılır. XIX əsrə aid sənədlərdə Ərəb Beştalu və ya Beştalu kimi qeydə alınan bu yaşayış məntəqəsinin Ərəb Balaoğlan və Ərəb Qardaşbəyli kəndlərinin camaatı tərəfindən salınması haqqında məlumat vardır. 1933-cü ildə Beştalı Salyan kimi qeydə alınmışdır. Oykonimin beş və talı ("tala" sözünün variantı) sözlərindən düzəldiyi və "beş tala" mənasını ifadə etdiyi ehtimal olunur. Türk dillərində tal və tala sözlərinin "düz", "kəndir", "qat, lay, mərtəbə" mənalarında işlənməsi də məlumdur. == Coğrafiyası və iqlimi == Kür çayının sağ sahilində düzənlikdə yerləşir. Çayın sahilində Tuğay meşəsi vardır. Qonşu kəndlər Cəngan və Kür Qaraqaşlı kəndləridir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu – Azərbaycanın Neftçala rayonunda tikintisi hələ də davam edən avtomobil yolu. == Tarixi == Avtomobil yolunun tikintisi haqqında ilk addım Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən atılmışdır. İlham Əliyev 29 may 2014-cü ildə imzaladığı sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq yolun tikintisi ilə bağlı 3 milyon manatın ayrılması barədə göstəriş vermişdir. Lakin işlər planlaşdırıldığı kimi getmədiyindən İlham Əliyev 25 sentyabr 2017-ci ildə əlavə tədbirlərin görülməsi barədə ikinci sərəncam imzalamış və büdcədən 21,5 milyon manatın ayrılmasını nəzərdə tutmuşdur. == Haqqında == Avtomobil yolu 37 min nəfərin yaşadığı 19 kənd və 1 qəsəbəni birləşdirir. Yolun uzunluğu 55 kilometr, eni 12 metrdir. Bura 7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində çiyinlər daxildir. Avtomobil yolunun altından suların ötürülməsi üçün müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb, su keçidləri inşa edilib.
Şorkənd–Beştalı–Bankə–Şirvanlı avtomobil yolu
Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolu – Azərbaycanın Neftçala rayonunda tikintisi hələ də davam edən avtomobil yolu. == Tarixi == Avtomobil yolunun tikintisi haqqında ilk addım Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən atılmışdır. İlham Əliyev 29 may 2014-cü ildə imzaladığı sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq yolun tikintisi ilə bağlı 3 milyon manatın ayrılması barədə göstəriş vermişdir. Lakin işlər planlaşdırıldığı kimi getmədiyindən İlham Əliyev 25 sentyabr 2017-ci ildə əlavə tədbirlərin görülməsi barədə ikinci sərəncam imzalamış və büdcədən 21,5 milyon manatın ayrılmasını nəzərdə tutmuşdur. == Haqqında == Avtomobil yolu 37 min nəfərin yaşadığı 19 kənd və 1 qəsəbəni birləşdirir. Yolun uzunluğu 55 kilometr, eni 12 metrdir. Bura 7 metr enində yolun hərəkət hissəsi və 2.5 metr enində çiyinlər daxildir. Avtomobil yolunun altından suların ötürülməsi üçün müxtəlif ölçülü 76 ədəd dəmir-beton su borusu quraşdırılıb, su keçidləri inşa edilib.
Elgün Bəyişli
Elgün Teyuf oğlu Bəyişli (6 mart 1996, Təzəkənd, Beyləqan rayonu – 10 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Bəyişli 6 mart 1996-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2003-2012-ci illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elgün Bəyişli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Xidmətini Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə keçmişdir. Elgün Bəyişli 12 sentyabr 2020-ci ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elgün Bəyişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Suqovuşanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Bəyişli 10 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Bəyamlı (Mahnişan)
Bəyabad (fars. بياملو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (5 ailə).
Bəyanlı (Mahnişan)
Bəyanlı (fars. بيانلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (36 ailə).
Bəyalı Ataşov
Bəyalı Xanalı oğlu Ataşov — Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == 16 iyul 1946 - cı ildə anadan olmuş, 1964 - cü ildə 34 saylı İmişli dəmir yolu orta məktəbi, 1970 - ci ildə D. Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) uçot – iqtisad fakültəsini bitirmişdir. 1970-1974-cü illərdə (hərbi xidmətdə olduğu 1 il istisna olmaqla) yaşadıqları İmişli rayonu Həzi Aslanov ad. kolxozda baş mühasib işləmişdir. 1975–1987–ci illərdə respublikanın Ət və Süd Sənayesi Nazirliyinin qabaqcıl sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışmışdır. 1987 - ci ilin mart ayından hal- hazıra kimi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) sistemində işləyir. Burada Ət tədarükü və satışı üzrə respublika kontorunda direktor, mərkəzi aparatın kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı üzrə birlikdə baş direktor, xarici ticarət birliyində baş direktor, maliyyə - iqtisad idarəsində rəis vəzifələrində çalışmışdır. 2011–ci ilin avqust ayından indiyə kimi Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektorudur. Zəngin maliyyə - uçot, istehsalat və təşkilati - idarəetmə təcrübəsinə malik olan, gənc yaşlarından elmi axtarışlara böyük maraq göstərən praktik - tədqiqatçı B. X. Ataşov 1989 - cu ildə “Ət-süd altkompleksinin inkişafı və onun iqtisadi səmərəsinin yüksəldsilməsi (Azərbaycan SSR materialları əsasında)” mövzusunda namizədlik, 2002 - ci ildə isə “Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati - idarəetmə problemləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Bəyalı Məmmədov
Məmmədov Bəyalı İlyas oğlu (1972, Böyük Xocavar, Masallı rayonu – 1992, Ulu Qarabəy) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədov Bəyalı İlyas oğlu 1972 Masallı rayonu Böyük Xocavar kəndində anadan olub. Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərir. 1992-ci il avqustun 13-də Ağdərənin Metişen kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Təltifləri == Böyük Xocavar kənd tam orta məktəbi Bəyalı Məmmədov adını daşıyır.
Ocaqkəndi (Bəstamlı dehistanı)
Ocaqkəndi (fars. اجاق كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 513 nəfər yaşayır (101 ailə).
Yəhya Kamal Bəyatlı
Yəhya Kamal Bəyatlı (2 dekabr 1884, Üskub – 1 noyabr 1958 və ya 2 noyabr 1958, İstanbul) — Türk şairi. == Həyatı == Yəhya Kamal şeirlərini ən çox cümhuriyyət dövründə nəşr etdirmişdir. Onun şeirləri ölümündən sonra bu adlar altında kitablaşdırıldı: "Öz göy qübbəmiz" (1961), "Əski şeirin rüzgarıyla" (1962), "Rübailər və Xəyyam rübailərini türkcə söyləyiş" (1963), "Bitməmiş şeirlər" (1976). Yəhya Kamal 1903-cü ildə Parisə bir Qərb heyranı, alafranqalıq və jön türklük həvəskarı olaraq getdi. Lakin 1912-ci ildə türklüyünün fərqinə varmış, milli şüura çatmış bir türk olaraq döndü. Yəni təhsil aldığı, oxuduğu, öyrəndiyi məktəbdən xidmət edəcəyi, öyrəndiklərini tətbiq edəcəyi məmləkətinə qayıtdı. Qərb kültür, düşüncə, sənət və ədəbiyyatından alınması gərəkən dərsi və materialı almış, ancaq bunları öz orijinal sənətçi şəxsiyyətində əridərək və gərəkdiyi qədər işlədərək özünə aid milli bir ədəbiyyat yaratmış, orijinal bir milliyyətçilik düşüncəsi meydana gətirmişdir. O, Qərbin ağıllı bir tələbəsi olmuşdur. Qərbdən necə istifadə edilməsi gərəkdiyini başa düşmüş, nələri alıb, nələri almamaq lazım olduğunun şüuruna varmış bir türk ziyalısıdır. Qərbdən daha çox metod, texnika, anlayış, çıxış nöqtəsi, mentalitet kimi xüsuslarda yararlanmışdır.
Qazan (məişət əşyası)
Qazan — metaldan və ya odadavamlı materiallardan hazırlanan, yemək bişirmək üçün istifadə olunan xüsusi qab. Azərbaycanda qazanlar forma və hazırlandıqları materialdan asılı olaraq müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurlar. Aş qazanı, buxar qazanı (Mantı qazanı), xaş qazanı, dolma qazanı və s.
Qrafit əsaslı materiallar
Qrafleks (ing."flexible graphite ") - çevik qrafit - və ya penoqrafitdir. == Alınması == Bu maddəni almaq üçün qrafit tozuna nitrat turşusu hopduraraq, onu reduksiyaedici mühitdə sürətlə qizdirirlar. Bu zaman nitrat turşusu parçalanır və alınan qazların təzyiqi altında layları bir-birindən ayrılaraq köpüklənir. Alınmış yüksək məsaməli, əyilə bilən materialı yaxıb, ştamplayırlar. == İstifadə sahəsi == Qrafleks korroziyaya uğramır və yüksək temperatur zonalarında rezin və metal istifadə etmək mümkün olmadıqda, doldurucu kimi istifadə olunur. == Şüşəkarbon == Fenolformaldehid qatranını hava daxil olmadan 800oC-də pirolizə uğratdıqda şüşəkarbon alınır. Bu material turşu və əsaslara qarşı davamlıdır. Ondan hazırlanmış qablar bir çox xassələrinə görə platindən üstündür. == Piroqrafit == Mühüm konstruksiya materiallarından biri də piriqrafitdir. Piroqrafit təbii qrafitin sıxılmasından alınan yüksəkdavamlı materialdır.
Nikel əsaslı ərintilər
Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Bundan əlavə, ölkə iqtisadiyyatını ekoloji cəhətdən təmiz və davamlı hidrogen energetikası ilə təmin etmək məqsədilə, suyun elektrokimyəvi parçalanması prosesində qiymətli metallardan hazırlanan elektrodları əvəz etmək və hidrogenin istehsalı prosesinin maya dəyərinin azaldılması üçün yüksək elektrokatalitik aktivliyə malik yeni elektrodların hazırlanması vacibdir. Elektrokatalitik xüsusiyyətlərə, mikrosərtlik və aşınmaya davamlılığa malik nazik Co-Ni ərintilərinin elektrokimyəvi üsulla sintezi hidrogen istehsalının maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Ni-Co ərintiləri bir sıra davamlı, bərk məhlullar əmələ gətirdiyinə görə, müxtəlif tərkibi intervallarında onların elektrokatalitik xüsusiyyətlərini öyrənmək mümkündür. Müxtəlif ferromaqnit materialları arasında kobalt-nikel (CoNi) təkmilləşmiş maqnit və katalitik xüsusiyyətləri, eləcə də ayrıca Co nanoməftilləri ilə müqayisədə daha yaxşı mexaniki xüsusiyyətləri sayəsində əhəmiyyətli bir ərinti hesab olunur. Mükəmməl maqnit xüsusiyyətləri, sərtliyi, aşınmaya və korroziyaya davamlılığı sayəsində Ni-Co ərintiləri tədqiqatçılar üçün böyük maraq doğurur. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onları mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Nikel əsaslı ərintilər Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir.
Sıfır əsaslı büdcələşdirmə
Sıfır əsaslı büdcələşdirmə (ing. zero-based budgeting, ZBB) — əvvəlki dövrlərin büdcələrinin faktiki dəyərlərinin nəzərə alınmadığı büdcə planlaşdırma metodu. Bu zaman büdcələrin əsasını satış proqnozları, texnoloji məsrəf standartları və iqtisadi hesablamalar təşkil edir. Ümumiyyətlə, metod ənənəvi yanaşma ilə müqayisədə daha dəqiq nəticə verir. == Tərifi == İngilis professoru Kolin Druri sıfır əsaslı büdcələşdirməni planlaşdırılan xərclərin sıfırdan müəyyən edildiyi, yəni hər bir dövrün (ilin) ​​büdcəsinin cari xərclər proqramı yeni başlamış kimi tərtib edildiyi büdcə üsulu kimi müəyyən edir. Amerikalı iqtisadçı Je Şimin fikrincə, sıfır əsaslı büdcələşdirmə müəssisədə resursların bölüşdürülməsini təkmilləşdirmək üçün layihələrin və funksiyaların xərc-fayda təhlilindən istifadə edən planlaşdırma və büdcələşdirmə vasitəsidir. Ənənəvi büdcələşdirmə, əvvəlki ilin fəaliyyətlərinin əhəmiyyətli olduğunu və eyni tendensiya ilə davam etməli olduğunu nəzərə alaraq, əvvəlki ildən artan dəyişikliklərə diqqət yetirir. Sıfır əsaslı büdcələşdirmədə xərc və fayda smetaları sıfırdan, sıfırdan qurulur və əsaslandırılmalıdır. Hər bir menecer sıfır balansdan başlayaraq öz büdcə tələbini ətraflı əsaslandırmalıdır. == Mərhələləri == Sıfır əsaslı büdcələşdirmə aşağıdakı üç addımı əhatə edir: qəbul edilmiş qərarların ümumi paketi çərçivəsində qərarların qəbul edildiyi hər bir fəaliyyət növünün təsviri; həllərin prioritetliyinə görə qiymətləndirilməsi və sıralanması; ayrılmış vəsaitlərin ümumi həcmi nəzərə alınmaqla prioritet əsasında resursların ayrılması.Sıfır əsaslı büdcə tərtibi ixtiyari xərclər (menecerlər fəaliyyətə ayrılan vəsaitləri xərcləməkdə müəyyən sərbəstliyə malikdirlər) və köməkçi fəaliyyətlər üçün ən uyğundur.
Neft və Qaz Quyularının Əsaslı Təmiri (1980)
== Məzmun == Kinolentdə mədənlərdə neft və qaz quyularında yeraltı əsaslı təmir işlərindən danışılır. == Film haqqında == Film SSRİ Dövlət Texniki-Peşə Təhsili Komitəsinin sifarişi ilə çəkilmişdir.
Neft və qaz quyularının əsaslı təmiri (film, 1980)
== Məzmun == Kinolentdə mədənlərdə neft və qaz quyularında yeraltı əsaslı təmir işlərindən danışılır. == Film haqqında == Film SSRİ Dövlət Texniki-Peşə Təhsili Komitəsinin sifarişi ilə çəkilmişdir.