Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ByLock
ByLock — istifadəçilərə xüsusi, şifrəli bir əlaqə ilə əlaqə yaratmağa imkan verən bir smartfon tətbiqi idi. 2014-cü ildə Google Play, Apple App Store, BlackBerry OS və Windows Phone-da istifadəyə verildi. Tətbiq 2014-cü ilin aprel ayından etibarən tamamilə bağlandığı 2016-cı ilin martına qədər 600.000 dəfədən çox yükləndi. Türk Milli Kəşfiyyat Təşkilatı tətbiqin əsasən Türkiyə, Səudiyyə Ərəbistanı və İranda yükləndiyini bildirdi. Proqramın içindəki təhlükəsizlik sertifikatına görə, tətbiq müəllifi Deyvid Keynsdir. Türkiyənin ilk ingilis dilli qəzeti Hürriyet Daily News-a verdiyi müsahibədə Keyns, ByLock-un əsl yaradıcısının tətbiqi Apple App Storea yükləmək üçün onun kredit kartından istifadə edən keçmiş otaq yoldaşı olduğunu bildirmişdi. Keyns ayrıca, ByLock-un 2016-cı ilin yanvar ayından bəri mövcud olmadığını söyləmişdi. == Gülən camaatı ilə əlaqəsi == Türkiyədə tətbiqetməyə sahib olmaq, 2016-cı ilin iyununda uğursuz Türk çevrilişi cəhdi ilə əlaqəli olduğu iddia edilən Gülən Hərəkatına üzv olmağın sübutu sayılır. ByLock istifadəçiləri Türkiyə məhkəmələrində terrorçu sayıldı. Deutsche Welle-yə görə, 215.000 keçmiş ByLock istifadəçisindən təxminən 23.000-i Türkiyə hakimiyyəti tərəfindən tutuldu.
Bemici (Minnesota)
Bemici (ing. Bemidji) — ABŞ-nin Minnesota ştatında şəhər, Beltrami qraflığının inzibati mərkəzi. 2012–2016 ABŞ Siyahıyaalma Bürosunun ABŞ icma sorğusunun beşillik təxminlərinə görə, Becimici şəhərinin ümumi əhalisi 15.404 nəfərdir. Bemici şəhərində çoxlu hindilərə özəl xidmətlər, o cümlədən Hindi Səhiyyə Xidməti var. Şəhər Red-Leyk Hindu Rezervasiyası, Ağ Yer Hindu Rezervasiyası və Liç-Leyk Hindu Rezervasiyasının mərkəzidir. Bemici şəhəri Missisipi çayı sahilində salınmış ilk şəhər hesab edilir. == Etimologiya == Bemici adı Ocibve dilindəki Buh-mid-ji-ga-maug sözündən törəmişdir, "çarpazlaşan sulu bir göl" mənasını verir. Əksinə, şəhər Ocibve dilində Wabigamaang adlanır və "göl boğazlarında" mənası verir, çünki şəhərin bir hissəsi Bemici və İrvinq göllərinin boğazları üzərində yerləşir. Bəzi mənbələr şəhərin adını Bemici rəis ilə əlaqələndirir. == İqtisadiyyat == Bemici şəhərinin böyüyən bir iqtisadiyyatı var.
Bock (dudy)
Bock (Çexcə: Dudy) — ənənəvi Bohemiya tuluq zurnasıdır. Aləti çalma adəti XX əsrə kimi ilk əvvəl Blata, Chodsko, Bohemyanın Egerland və Saksonya bölgələri arasında çəkdi. Bock adı (almanca buck:erkək keçi) onun düzəldilməsində keçi dərisindən istifadə olunması ilə əlaqəlidir. Bockun dronu (musiqi alətinin hissəsi, səs çıxarır) adətən chanterin (musiqi alətinin bir hissəsi melodya yaradır, üzərində deşiklər olan boru) tonundan 2 oktava aşağı düşür. Bockun mövcud variantı ümumilikdə körüklə üfürüləndi. Buda tuluqzurnaçıya aləti çalmaqla bərabər mahnı oxumasınada şərait yaradır. Borunun yuxarı hissəsi adətən keçi başı formasındadır. Egerland tərzi alətlərdə dron (musiqi alətinin bir hissəsi, hansı ki səs çıxarır) torbadan aşağı asılarkən, Bohemiya tərzində isə onun çalanın çiynindən arxaya doğru uzanır. Bu musiqi aləti daha çox osrkestrlarda istifadə olunur. Bu musiqi aləti indi daha çox Çexiya Respublikasında, xüsusilə Cənubi Bohemiyadakı Strakonicede və Qərbi Bohemiyada Chodsko olaraq bilinən Domažlice regionunda istifadə olunur.